Zahid Məmmədov (iqtisadçı)

Zahid Məmmədov (Zahid Fərrux oğlu Məmmədov; 31 mart 1965, Bakı) — Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi fəaliyyətin təşkili və idarəedilməsi departmentinin direktoru, iqtisad elmləri doktoru, professor (üç ölkənin diplomuna sahibdir — RF, TC, AR)[1], Azərbaycan Respublikasının "Əməkdar müəllim"i[2].

Zahid Məmmədov
Zahid Fərrux oğlu Məmmədov
Doğum tarixi 31 mart 1965(1965-03-31) (59 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Elm sahəsi Maliyyə
Elmi dərəcəsi iqtisad elmləri doktoru
Elmi adı professor
İş yeri Azərbaycan Dövlət İqtisad Universiteti
Alma-mater Sankt-Peterburq dövlət iqtisad universiteti
Təhsili
Tanınmış yetirmələri Ph.D Mustafa Abbasbəyli
Ph.D Elxan Vəliyev
Mükafatları Azərbaycan Respublikasının əməkdar müəllimi Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi
unec.edu.az/prof-zahid-f…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zahid Məmmədov 31 mart 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur (valideynləri Agdam r., Abdal- Gülablı kəndindən və Füzuli r., Kürmahmudlu kəndindədir). 1972–1982-ci illərdə Bakı, Nizami rayonu, № 12 orta məktəbin tam kursunu fərqlənmə ilə bitirib. 1979–1982-ci illərdə Bakı, Nizami rayonu, № 12 orta məktəbin komsomol komitəsinin katibi seçilmişdir. 1982-ci ildə D. Bünyatzadə adına Xalq Təsərrüfatı insitutunun maliyyə-kredit ixtisasına daxil olmuşdur. 1983–1985-ci illərdə SSRİ, RF Arxanqelsk vilayətində yerləşən hava hücümlarından müdafiə qoşunlarına bağlı hərbi həssədə xidmətdə bulunmuşdur. Hərbi xidmətdə hərbi hissənin komsomol komitəsinin katibi və radio stansiyanın rəisi vəzifəsində çalışıb.[3]

Ali və elmi-pedaqoji təhsili

[redaktə | mənbəni redaktə et]

1988-ci ildə Leninqrad Maliyyə İqtisad İnsitutunun Bakı filialının "Maliyyə–Kredit" ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir.[4]. 1985–1987-ci illərdə D. Bünyatzadə adına Xalq Təsərrüfatı insitutunun ictimai peşə fakültəsinin hüqüqşünas şöbəsini btirmiş və ona hüqüqşunas ixtisası verilmişdir. 1990–1993-cü illərdə Sankt-Peterburq Dövlət Maliyyə İqtisad Universitetinin "Pul tədavülü və bank işi" kafedrasında dövlət təyinatlı-məqsədli aspirant kimi təhsil aldı.1994–1998-ci illərdə Türkiyə Cümhuriyyəti Mərmərə Universitetində Bankçılıq ixtisası üzrə dövlət təyinatlı-məqsədli doktoranturada təhsil aldı. 2003–2006-cı illərdə Sankt-Peterburq Dövlət Maliyyə İqtisad Universitetinin "Pul tədavülü və bank işi" kafedrasında dövlət təyinatlı-məqsədli iqtisad elmləri doktoru proqramı üzrə təhsil almışdır.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • 1998-ci ildə RSFSR Təhsil Nazirliyinin 585 saylı göndərişinə əsasən Leninqrad Maliyyə İqtisad İnstitutunda gənc mütəxəssis kimi işə qəbul oundu.
  • 1993–1994-cü illərdə Sankt-Peterburq dövlət Maliyyə İqtisad Universitetininə müəllim və Sankt-Peterburq Fond birjası Depozitar Klirinq Trast Mərkəzinin direktor müavini vəzifəsinə təyin olundu.[5]
  • 1994–2011 Azərbaycan Dövlət İqtisad Universitetinin "Bank işi" kafedrasında baş müəllim, dosent vəzifəsində çalışıb.[6][7]
  • 2004–2006-cı illərdə "Barmek" şirkətlər qrupunda müşavir olub.
  • 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektorunun elmi işlər müşaviri oldu.[8]UNEC alimləri beynəlxalq forumda çıxış ediblər
  • 2011–2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin "Bank işi" kafedrasının professoru.
  • 2011–2012-ci illərdə RF Forex Club şirkətində makroiqtisadi tədqiqatlar mərkəzinin direktoru vəzifəsində çalışıb.[9]
  • 2013–2016-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin "Bank işi" kafedrasının müdiri vəzifəsinə seçildi.[10][11]
  • 2016–2018-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Elm" şöbəsinin müdiri vəzifəsinə təyin olundu.[12]
  • 2018-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Elmi fəaliyyətin təşkili və idarə edilməsi" departamentinin direktoru vəzifəsindədir.[13]
  • 2019-cu ildə Azərbaycan Televiziyasında (AzTV), şənbə saat 19.30 "Bizness klass" verilişinin ideya müəllifi və aparıcısı olmuşdur.
  • 2019-cu ildə İşıq Universitetinin iqtisadiyyat şöbəsinin professorudur.
  • Belarus Dövlət iqtisad universitetində qonaq professor[14]
  • Sakarya Universitetində qonaq professor.

Elmi dərəcələri və elmi adları

[redaktə | mənbəni redaktə et]
  • 22 aprel 1993-cü ildə — SSRİ Nazirlər Şovetinin yanında Ali Attestasiya Komissiyasının qərarı ilə (protokol № 34) iqtisad elmləri namizədi (Ph. D) alimlik dərəcəsinə layiq görüldü.
  • 15 mart 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adı verildi(protocol № 15).
  • 27 oktyabr 1998-ci ildə TC Marmara Üniversitesi Bankaçılık və sığortaçılık enstitüsünün qərarı ilə Bankaçılık elmləri doktoru ünvanı və diploma verildi(diploma № 11).
  • 16 noyabr 2007-ci ildə RF Ali Attestasiya Komissiyasının qərari ilə iqtisad elmləri doktoru elmi dərəcəsinə layiq görüldü.
  • 2 may 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisad elmləri doktoru alimlik dərəcəsinə layiq görüldü.
  • 30 mart 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adı verildi.

Respublika və beynəlxalq elmi-ictimai fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  1. 2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində iqtisad elmləri namizədi alimlik dərəcəsi almaq üçün yaradılmış dissertasiya şurasının, sonradan isə iqtisad elmləri doktoru alimlik dərəcəsi almaq üçün yaradılmış dissertasiya şurasının üzvüdür.
  2. 12 dekabr 2006-cı ildə Rusiya Federasiyası Mərkəzi Bankı Sankt-Peterburq Baş idarəsi və Rusiya Banklar Birliyinin birgə keçirdiyi konfransda" bank böhranının infeksion xarakterti" mövzusunda çıxışına görə diplomla təltif olundu (oriqinal mövzu ilə cıxışına görə).
  3. 4–6 aprel 2007-ci ildə Rusiya Banklar Birliyinin XVIII qurultayının iştirakçısı olub və Rusiya Banklar Birliyinin rəsmi orqani "Milli Bank Jurnalı" jurnalında Azərbaycanın bank sistemi haqqında müsahibəsi dərc edilmişdir.
  4. 29 yanvar 2009-cu il Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin il tarixli Sərəncamı ilə (№ 16) iqtisadçı alimlərdən ibarət "işçi qrupu"nun koordinatoru təyin edilmişdir.
  5. 22 dekabr 2009-cu il tarixli — Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının 6/4 nömrəli qərarı ilə iqtisadiyyat üzrə problem şurasının üzvü təyin edilmişdir.
  6. 30 may 2008-ci il tarixli (protokol № 10-R) Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin qərarı ilə 08.00.10. – "Maliyyə, pul tədavülü, kredit" ixtisas şifri üzrə ilə iqtisadiyyat elmləri üzrə ekspert şurasının üzvü təyin edilmişdir.
  7. 6 fevral 2009-cu il tarixli (protokol № 02-R) — Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin ekspert şurasına yeni dönəm üçün yenidən üzv təyin edilmişdir.
  8. 19 fevral 2010-cu il tarixli (protokol № 04-R) Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin qərarı ilə ekspert şurasının sədr müavini təyin edilmişdir.
  1. Ən yeni iqtisadiyyat. Bakı.-2001. 320 c.
  2. Dünya təcrübəsi kontekstində Azərbaycan iqtisadiyyatı. Bakı: Azerneşr, 2008. 400 c.
  • "Bank fəaliyyətinin əsasları", 2013[15]
  • "Beynəlxalq valyuta-kredit münasibətləri və xarici ölkələrin pul-kredit sistemi", 2012[16]
  • "Pul, kredit, banklar", 2010[17]
  • "Pul, kredit və banklar", Suallara cavab[18]
  • "Деньги, кредит, банки"[19]
  • Bank işi (I cild)[20]

Beynəlxalq əhəmiyyətli elmi jurnallardakı məqalələri

[redaktə | mənbəni redaktə et]
  • "Посткризисная модернизация банковской системы Турции"[21]
  • "Вестник финансовой академии" № 1 (55) 2010 г.[22]
  • "Реформирование банковского сектора Турции после кризиса 2001 года"[23]
  • "Особенности деятельности центрального банка Азербайджана"[24]
  • Banklar haqqında normativ- hüquqi aktlar toplusu. Bakı, Qanun, 2009. 1092 s.[25]
  • Dövlət maliyyəsi normativ- hüquqi aktlar toplusu. Bakı, Qanun, 2010. 1000 s.[26]

Digər vəsaitlər

[redaktə | mənbəni redaktə et]
  • З.Мамедов. "Алгоритм перехода к сильной экономике: мировой опыт и азербайджанская практика", 2016[27][28]
  • Z. Məmmədov. "Bank fəaliyyətinin əsasları", 2015 (Dərs vəsaiti)[29]
  • Z. Məmmədov. "Bank fəaliyyətinin əsasları", 2013[30]
  • Z. Məmmədov. "Pul, kredit, banklar", 2010[31]
  • "Müasir maliyyə-kredit institutlarının fəaliyyət istiqamətləri" fənni üzrə TƏDRİS PROQRAMI[32]
  • "Bank sistemində böhran və antiböhran idarəetmə" fənni üzrə PROQRAM[33]
  • Maliyyə bazarları terminlərinin İZAHLI LÜĞƏTİ[34]
  • Глоссарий основных страховых терминов[35]
  • "Bankların xarici-iqtisadi fəaliyyətinin əsasları" tədris fənninin PROQRAMI[36]
  • "Bank nəzarəti və audit" fənninin PROQRAMI[37]
  • "Maliyyə, pul tədavülü və kredit" fənni üzrə tədris PROQRAMI[38]
  • "Pul-kredit tənzimlənməsi" fənni üzrə tədris PROQRAMI[39]
  • "Beynəlxalq valyuta və kredit münasibətləri" fənni üzrə tədris PROQRAMI[40]
  • "Bank uçotu" fənninin tədris proqramı[41]
  • "İnvestisiyanın maliyyələşdirilməsi və kreditləşdirilməsi" fənninin tədris proqramı[42]
  • "Pul və banklar" fənninin tədris proqramı[43]
  • "Bank işi" fənni üzrə proqram (XİQ üzrə)[44]
  • Qiymətli kağızlar fənninin proqramı[45]
  • "Pul-kreditin tənzimlənməsi" fənni üzrə imtahan sualları (Magistratura)[46]
  • 5301.01. "Daxili fiskal siyasət və dövlət maliyyəsi" Elm sahəsi üzrə fəlsəfə doktoru proqramı İxtisas fənn Proqramı[47]
  • Состояние и перспективы развития космической промышленности Азерб. в условиях экономики знаний[48]
  • Анатомия финансового кризиса: валютный, долговой, фондовый и банковский[49]
  • Xalq kapitalizminin formalaşmasında və inkişaf etməsində qiymətli kağızlar bazarının rolu[50]
  • Magistr dissertasiyalarının hazırlanması, təqdim olunması və müdafiəsi haqqında Metodik Göstəriş[51]
  • Elmi və elmi-pedaqoji kadr hazırlığının hüquqi əsasları (Metodiki vəsait)[52]
  • Modern ali məktəb: məqsədlər, vəzifələr, problemlər və perspektivlər[53]

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
  • 19 oktyabr 1983-cü ildə – № 48 "воин спортсмен" döş nişanı
  • 18 may 1984-cü ildə – "Sovet Ordusunun əla işçisi" döş nişanı.
  • 6 dekabr 2010-cu ildə – Sankt-Peterburq İdarəetmə və İqtisadiyyat Akademiyası Elmi Şurasının qərarı ilə I dərəcəli Fərqdarlıq ordeni ilə təltif edildi (№ 280).
  • 27 sentyabr 2011-ci ildə – Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının qərarı ilə " Fəxri Fərman" təltif edildi.
  • 27 aprel 2015-ci ildə – Azərbaycan Respublikası Təhsil Nazirinin əmri ilə "Azərbaycan Respublikası Qabaqcıl təhsil işçısı" döş nişanı ilə təltif edildi.
  • 24 sentyabr 2020-ci ildə – Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə — Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə "Əməkdar müəllim" Azərbaycan Respublikasının fəxri adı verildi.
  • Təhsilin inkişafına yönələn kreativ təkliflərə görə "Firidun bəy Köçərli" adına mükafata layiq görülüb.[54]
  1. professor Zahid Fərrux oğlu Məmmədov Arxivləşdirilib 2012-05-16 at the Wayback Machine, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası.
  2. Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  3. UNEC-də aparılan elmi tədqiqatlar kommersiyalaşdırılır 28.11.2019
  4. "UNEC-də "Thomson Reuters"in "Web of Science" platformasının təlimlərinə start verilib". 2021-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-07.
  5. professoru Sankt-Peterburq Dövlət İqtisad Universitetinin yubileyində
  6. "UNEC-də elmi tədqiqat işlərinin perspektivləri müzakirə edilib". 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-07.
  7. *Azerbaycan Devlet İktisat Üniversitesi Heyetinden Muzaffer Elmas’a Ziyaret…
  8. differensial əməkhaqqı sistemi professor-müəllim heyəti arasında elmi rəqabəti gücləndirib" [ölü keçid]
  9. "UNEC müəllimlərinin reytinqində üçüncü – prof. Zahid Məmmədov". 2020-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-07.
  10. "Thomson Reuters"in nümayəndəsi iqtisadiyyat fakültəsində Arxivləşdirilib 2017-06-28 at the Wayback Machine
  11. ВЫХОД – Журнал "world economics magazine" [ölü keçid]
  12. "Мудрый ученый". 2021-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-07.
  13. "UNEC-də "Web of Science" sertifikasiya proqramı üzrə təlimlərə start veriləcək". 2020-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-07.
  14. "Профессор З.Ф.Мамедов о стратегическом партнерстве белорусских и азербайджанских университетов". 2022-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-11.
  15. "Bank fəaliyyətinin əsasları" (PDF). 2022-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-04-07.
  16. "Xarici ölkələrin pul-kredit sistemi" (PDF). 2022-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-04-07.
  17. "Pul, kredit, banklar" (PDF). 2022-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-04-07.
  18. "Pul, kredit və banklar və Suallara cavab" (PDF). 2022-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-04-07.
  19. "Деньги, кредит, банки" (PDF). 2022-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-04-07.
  20. "Bank işi (I cild)" (PDF). 2022-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-04-07.
  21. ""Посткризисная модернизация банковской системы Турции"" (PDF). 2022-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-04-07.
  22. ""Вестник финансовой академии" № 1 (55) 2010 г." (PDF). 2022-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-04-07.
  23. ""Реформирование банковского сектора Турции после кризиса 2001 года"" (PDF). 2022-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-04-07.
  24. ""Особенности деятельности центрального банка Азербайджана"" (PDF). 2021-05-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-04-07.
  25. "Elmi məqalələr tədqiqatlara əsaslanmalıdır". 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-07.
  26. "UNEC-də "Universitetin elmi fəaliyyətində elmi nəşrlərin rolu: təhlil və qiymətləndirmə" konfransı keçirilib". 2016-10-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-07.
  27. ilə "Thomson Reuters" agentliyi birgə konfrans keçirəcək
  28. "Для Азербайджана вполне хватит десяти банков-"универмагов". 2016-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-07.
  29. "(Dərs vəsaiti) 2015" (PDF). 2022-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-04-07.
  30. "Bank fəaliyyətinin əsaslar, 2013" (PDF). 2022-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-04-07.
  31. "Z.Məmmədov. "Pul, kredit, banklar", 2010" (PDF). 2022-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-04-07.
  32. "Müasir maliyyə-kredit institutlarının fəaliyyət istiqamətləri üzrə TƏDRİS PROQRAMI" (PDF). 2022-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-04-07.
  33. "Bank sistemində böhran və antiböhran idarəetmə" (PDF). 2022-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-04-07.
  34. "Maliyyə bazarları terminlərinin İZAHLI LÜĞƏTİ" (PDF). 2020-02-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-04-07.
  35. "Глоссарий основных страховых терминов" (PDF). 2022-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-04-07.
  36. "Bankların xarici-iqtisadi fəaliyyəti" (PDF). 2022-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-04-07.
  37. "Bank nəzarəti və audit" (PDF). 2022-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-04-07.
  38. "Maliyyə, pul tədavülü və kredit" (PDF). 2020-02-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-04-07.
  39. ""Pul-kredit tənzimlənməsi" fənni üzrə tədris PROQRAMI" (PDF). 2022-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-04-07.
  40. "Arxivlənmiş surət" (PDF). 2022-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-04-07.
  41. "Beynəlxalq valyuta və kredit münasibətləri" (PDF). 2022-03-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-04-07.
  42. "İnvestisiyanın maliyyələşdirilməsi" (PDF). 2022-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-04-07.
  43. və banklar" fənninin tədris proqramı [ölü keçid]
  44. ""Bank işi" fənni üzrə proqram (XİQ üzrə)" (PDF). 2022-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-04-07.
  45. "Qiymətli kağızlar fənninin proqramı" (PDF). 2022-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-04-07.
  46. "Arxivlənmiş surət" (PDF). 2022-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-04-07.
  47. "Elm sahəsi üzrə fəlsəfə doktoru proqramı İxtisas fənn Proqramı" (PDF). 2022-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-04-07.
  48. "Состояние и перспективы развития космической промышленности Азерб. в условиях экономики знаний" (PDF). 2017-01-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-04-07.
  49. "Arxivlənmiş surət" (PDF). 2022-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-04-07.
  50. "Xalq kapitalizminin formalaşmasında və inkişaf etməsi" (PDF). 2022-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-04-07.
  51. "Magistr dissertasiyalarının hazırlanması və müdafiəsi haqqında Metodik Göstəriş" (PDF). 2022-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-04-07.
  52. "Elmi və elmi-pedaqoji kadr hazırlığının hüquqi əsasları" (PDF). 2022-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-04-07.
  53. "Arxivlənmiş surət" (PDF). 2022-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-04-07.
  54. ""Firidun bəy Köçərli mükafatı"nın qalibləri elan edildi - SİYAHI". 2024-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-11.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]