Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Zahid Xəlil (doğum adıyla: Zahid Abdulla oğlu Xəlilov; 20 mart 1942, Yevlax) — Azərbaycan yazıçısı, şair, pedaqoq, filologiya elmləri doktoru, professor, 91-lərin üzvü.
Zahid Xəlil | |
---|---|
Zahid Abdulla oğlu Xəlilov | |
Doğum adı | Zahid Xəlilov |
Doğum tarixi | 20 mart 1942 (82 yaş) |
Doğum yeri | Yevlax, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | ADU Filologiya fakültəsi Jurnalistika şöbəsi |
İxtisası | jurnalist |
Fəaliyyəti |
yazıçı tərcüməçi pedaqoq |
Fəaliyyət illəri | 62 |
Əsərlərinin dili | azərbaycanca |
Janrlar | hekayə və şeir |
İlk əsəri | Vətənim (şeir; 1958) |
Tanınmış əsərləri | Vətənim (şeir; 1958) |
Mükafatları | "Qızıl qələm", "Zolotoy telyonok","Qızıl Kəlmə" |
Zahid Xəlil 1942-ci il mart ayının 20-də Yevlax şəhərində anadan olub. 1948-1958-ci illərdə Sabir adına 2 saylı şəhər orta məktəbində təhsil alıb. Orta məktəbi bitirdikdən sonra 1959-1965-ci illərdə ADU-nun (indiki BDU) Filologiya fakültəsinin Jurnalistika şöbəsində qiyabi təhsil alıb. Əmək fəaliyyətinə Yevlax Tütün Fermentləmə zavodunda texnik kimi işə başlayıb. 1965-1966-cı illərdə Yevlax şəhər mədəniyyət evinin müdiri, "Qələbə" adlı rayonlararası qəzetin redaksiyasında ədəbi işçi, "Mübarizə" adlı Yevlax rayon qəzetində məsul katib, "Mübarizə" adlı Goranboy rayon qəzetində ədəbi işçi, məsul katib vəzifələrində işləyib. 1966-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda nəşr olunan "Gənc müəllim" qəzetinin redaktoru təyin olunub. 1969-1970-ci illərdə universitetdə partiya komitəsinin katibi seçilib. 1970-ci ildə "Ədəbiyyat tarixi" kafedrasında baş müəllim, 1980-ci ildə "Ədəbiyyat və onun tədrisi" kafedrasında dosent işləyib. 1977-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1975-ci ildə filologiya elmləri namizədi, 1990-cı ildə filologiya elmləri doktoru, 1991-ci ildə professor adını alıb. 1997-ci ildən ADPU-nun Pedaqoqika fakültəsinin dekanı işləyir. Hazırda Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının müdiri vəzifəsində çalışır. 2002-ci ildə "Qızıl qələm" mükafatı laureatı adına layiq görülüb.
"Vətənim" adlı ilk şeiri 1958-ci ildə, "Yeni Yevlax" qəzetində çap olunub və ondan sonra yazıçı məşhur oldu. Dövri mətbuatda müntəzəm çıxış edir. 1982-ci ildə "Literaturnaya qazeta"da dərc olunan "Kölələr" və "Limonad içməyim" hekayələrinə görə redaksiyanın "Zolotoy telyonok" mükafatına layiq görülüb və ondan sonra uşaq yazıçısı kimi tanınmağa başladı.
Uşaq ədəbiyyatını tədqiq edən Beynəlxalq Cəmiyyətin Moskvada keçirilən simpoziumunda (1981), Praqada keçirilən "Məktəbəqədər yaşlı uşaqlar üçün ədəbiyyat" adlanan ümumittifaq konfranslarda iştirak edib. Keçmiş SSRİ Dövlətnəşrkomun və SSRİ Yazıçılar İttifaqının Uşaq Ədəbiyyatı Şurasının üzvü olub. Zahid Xəlilin onlarla povest, nağıl və hekayə kitabları on minlərlə nüsxə çap olunub. Kitabları rus dilinə tərcümə edilib milyonlarla tirajla nəşr olunub. 2016-cı ildə çap olunan “Ağ leyləklər” kitabı “Qızıl kəlmə” mükafatına layiq görülüb.