Zahir Nuriyev (tam adı: Zahir Zəbi oğlu Nuriyev; 8 sentyabr 1971, Bakı, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]
Zahir Nuriyev | |
---|---|
Zahir Zəbi oğlu Nuriyev | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (18 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | "20 Yanvar Şəhidi" |
Vətəndaşlığı | SSRİ |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutu |
Fəaliyyəti | Tələbə |
Zahir Nuriyev 1971-ci il sentyabr ayının 8-də Bakı şəhərində anadan olmuşdur.[2] 1978-ci ildə Bakı şəhəri Nəsimi rayonunda 19 saylı orta məktəbin 1-ci sinfinə getmişdir. 1988-ci ildə orta məktəbi bitirib indiki Azərbaycan Texniki Universitetinin Maşınqayırma fakültəsinə qəbul olmuşdur. Şəhidlik ərəfəsində təhsilini həmin universitetdə davam etdirirdi.
Subay idi.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə evdən çıxmış və bir daha geri dönməmişdir. Atası elə həmin gecədən Zahiri axtarmağa başlamışdır. Əvvəlcə küçələrdə, sonrakı günlər isə xəstəxanaları, morqları, hətta həbsxanaları da axtarmış, lakin heç bir yerdə tapa bilməmişdir.
1997-ci ildə Zahirə şəhid statusu verilmiş, 2000-ci ildə isə şəkli Şəhidlər Xiyabanında əbədiləşdirilmişdir.