Zakir Əliyev (professor)

Zakir Məmməd oğlu Əliyev (7 iyun 1944, Qasım İsmayılov rayonu14 oktyabr 2024) — Azərbaycan tibb alimi, nevropatoloq. Tibb elmləri doktoru (1987), professor (1989).

Zakir Əliyev
Doğum tarixi 7 iyun 1944(1944-06-07)
Doğum yeri
Vəfat tarixi 14 oktyabr 2024(2024-10-14) (80 yaşında)

1944-cü il 7 iyun tarixində Gornaboy rayonunda dünyaya gəlib.1966-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. 1977–89-cu illərdə II nevrologiya və tibbi genetika kafedrasında dosent, 1989–92-ci illərdə prof., 1992–2011 illərədə uşaq nevrologiyası kafedrasında müdir vəzifəsində çalışmışdır.[1] 2011-ci ildən ATU nun II Nevrologiya və Tibbi Genetika kafedrasının professoru idi.[2] 2 metodiki tövsiyənin[2] və 85 elmi əsərin müəllifidir.[1] Azərbaycan Nevroloqlar Assosiasiyasının vitse — prezidenti idi.[2] 2021-ci ildə pasiyentləri təhqir etməsi ilə bağlı iddia gündəmə gəlmişdi.[3] 14 oktyabr 2024-cü ildə vəfat etmişdir.[4]

  1. 1 2 "ƏLİYEV Zakir Məmməd oğlu".
  2. 1 2 3 "Azərbaycan Tibb Universiteti | Professor Zakir Əliyev". amu.edu.az. 2024-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-14.
  3. Medicina.az. "Azərbaycanda nevroloq qəbuluna gələn uşaqları təhqir edir - "Ağıldankəmsən..."". www.medicina.az (az.). 2021-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-14.
  4. "Azərbaycanda tanınmış nevroloq vəfat etdi". Oxu.az (az.). İstifadə tarixi: 2024-10-14.