Zakir Məmmədov (bioloq)

Zakir Məmmədov (Məmmədov Zakir Hüseyn oğlu; 1 iyul 1946, İrəvan) — Biologiya elmləri doktoru; professor; Azərbaycan Fizioloqları Cəmiyyətinin və Rusiya Neyroelmlər Cəmiyyətinin üzvü.[1]

Zakir Məmmədov
Doğum tarixi 1 iyul 1946(1946-07-01) (78 yaş)
Doğum yeri
Elm sahəsi biologiya
Elmi dərəcəsi
İş yeri
Təhsili

Zakir Məmmədov 1946-cı ildə İrəvan şəhərində doğulub. Kiyev Politexnik İnstitutunu bitirb.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

"Neokorteksin bioelektrik aktivliyinin monoamin-erqik tənzimlənməsi" mövzusunda namizədlik, "Neyron və sinapsların plastik xüsusiyyətlərinin modulyasiyasında biogen monoaminlərin ştirakının neyrofizioloji mexanizmləri" mövzusunda isə doktorluq dissertasiyası müdafiə edib.

Membran proseslərinin analizinə əsaslanaraq sübüt edilmişdir ki, MA-ergik neyrotransmissi-yanın sinapsxarici komponenti sinir hüceyrələrinin plastik təminatını tənzimləyən əsas faktorlardan biridir. Müəyyən edilmişdir ki, bu proseslərdə aparıcı rolu elektrik qıcığına həssas olan neyronal membranın Ca-keçiriciliyi oynayır. Neyron şəbə-kələri səviyyədə göstərilmişdir ki, iz proseslərinin formalaşmasında MA-ergik neyrotransmissiyanın sinaptik və sinapsxarici komponentlərinin iştirakı komplementar xarakter daşıyır. Alınan nəticələr əsasında təlim və yaddaş proseslərinin aktuallaşmasında MA-ergik neyrotransmissiyanın ikili təbiəti haqqında təsəvvürlər ilk dəfə olaraq irəli sürülmüşdür.[2]

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
  • AMEA-ın Fəxri fərmanı (№ 19/7-362)

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Z. Mamedov, D.Ignatiev. Effect of serotonin in EEG of the neocortex. Neurosci.&Behav. Physiology (P1. Press USA) ⁄1984, №6, P. 493-496.
  • Mamedov Z.G., Bures J., Sensory feedbak mo-dulators the central pacemaker of licking in rats. Neurosc.Letters.1988, №45.P.1-6.
  • Мамедов З.Г., Гасанов Г.Г., Гулиева Т.Т. Регуляция пластических свойств электровоз-будимой мембраны нейрона норадреналином. Ж. Нейрофизиология, 1991, т.23, №1, стр.112-116.
  • Мамедов З.Г. Моноаминергические меха-низмы пластичности нервной системы. Изд-во «Çaşı oğlu», Баку, 2002, 244с.
  • Məmmədov Z.H., Kərəmova N.Y. Praktiki sağlam və oliqofrenik yeniyetmələrdə emosional stresin dərketmə proseslərinə təsiri. AMEA «Mərüzələr», 2007, Т. LXII, № 3-4, 112-119.
  • Z.Mamedov, R.Ghelemghash, et al. Effect оf Early Maternal Deprivation with chronic stress on behavior of rats: It’s Relation to Age and sex. J. Basic and Appl. Sci. Res., 2012, 2 (5). http://www. text road. com/.
  1. "Fiziologiya İnstitutunun elmlər doktorları: Məmmədov Zakir Hüseyn oğlu". 2020-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-15.
  2. "Fiziologiya İnstitutunun elmlər doktorları: Məmmədov Zakir Hüseyn oğlu". 2020-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-15.