Zaman budaq cümləsi

Zaman budaq cümləsi baş cümlədəki hərəkətin, əlamətin zamanını bildirir və nə vaxt? nə zaman? haçan? suallarından birinə cavab olur.

  • Zaman budaq cümləsində də baş cümlə budaq cümlədən əvvəl və sonra gələ bilər. Baş cümlə əvvəl gəldiyi zaman əlaqə vasitəsi ki tabelilik bağlayıcısı olur. Bu zaman baş cümlədə o vaxt, onda, o zaman, o vədə, elə bir vaxtda və s. kimi əvəzlik-qəliblər işlənir. Məs: Mən onda kəndə çatdım ki, qaranlıqlaşırdı. Sadıq o zaman dükana çatdı ki, dükana yeni mallar gəlmişdi.
  • Budaq cümlənin baş cümlədən əvvəl gəldiyi cümlələrdə əlaqə vasitəsi o zaman ki, o gün ki, o vaxt ki, nə zaman ki, nə vaxt ki, haçan ki, elə ki və s. bağlayıcı sözlər olur. Bu zaman baş cümlədə əvəzlik-qəlib qarşılıq söz kimi iştirak edir ( işlənməyə də bilər). Məs: O zaman ki qarlı dağlar örtülərdi dumana, onda dənizlərin dalğasından səs düşərdi ormana. Elə ki məclis qurtardı, hamı dağılışdı.

Zaman budaq cümləsi[redaktə | mənbəni redaktə et]

  1. O vaxt ki o, müsahibinin sözlərini eşitdi, əvvəlcə qulaqlarına inanmadı.(M.H.)
  2. Yolu yarı etmişdik ki, dəniz çalxalanmağa başladı.(İ.Ş.)
  3. Elə ki məclis qurtardı, hamı dağılışdı.(``Koroğlu``)
  4. Bakıda haçan xəzri olsa, onda qışdır.
  5. Nə qədər ki mən sağam, siz çətinliklə qarşılaşmayacaqsınız.
  6. O günü bədbəxt oldum ki, ərim öldü, oğul ümidinə qaldım.(C.M)
  7. Az keçməmişdi ki, dəvə səsi eşidildi.
  8. Sən elə bir vaxtda rast gəldin mənə, ömrümün eşq badəsi içilmiş idi. (C.N)
  9. Nə qədər ki hava Muğanda xoşdur, Hələ solmamışdı gül də, çiçək də.
  10. Gün çıxdımı, torpağı təndir kimi qızdıracaq.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]