Zaqafqaziya kəklikotu

Azərbaycanda- Kiçik Qafqazda yayılmışdır.

Zaqafqaziya kəklikotu
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Ümumi yayılması[redaktə | mənbəni redaktə et]

Qafqaz.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Statusu[redaktə | mənbəni redaktə et]

Azərbaycanın nadir bitkisidir .CR B1ab (i,ii,iii).

Bitdiyi yer[redaktə | mənbəni redaktə et]

Orta və yuxarı dağ zolaqlarında quru yamaclarda bitir.

Təbii ehtiyatı[redaktə | mənbəni redaktə et]

Azərbaycanda arealı dardır.

Bioloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Sürünən meyvəsiz zoğları olan yarımkolcuqdur. Çiçək saplaqlı budaqlarının hündürlüyü 10-30 sm, bəzən budaqlı, sıx tükcüklüdür. Yarpaqları saplaqlarda, təx¬mi¬nən hamısı eyni, çox nazik, az bilinən nöq¬təli vəzicikli, yumurtavari-uzun¬sov¬dan enli-yumurtavariyədək, uzun¬luğu 7–15 mm, eni 3–10 mm, alt tərəfi damar¬cıq¬larda tükcüklü, yan damarcıqları 2-3 cütdür. Çiçək qrupu başcıqlı və ya uzunsovdur. Çiçək saplaqları uzun, tükcüklüdür. Kasa¬cığın uzunluğu təx¬minən 5 mm olub alt tərəfi tükcüklüdür. Kasacığın yuxarı hissə¬sində olan dişciklər ensiz-lansetvari olub, kənarları tükcüklüdür. Çiçək tacı qırmızı, tükcüklüdür. VI-VII aylar arasında çiçəkləyir, VIII ayda meyvə verir.

Çoxalması[redaktə | mənbəni redaktə et]

Təbiətdə əsasən toxum vasitəsi ilə çoxalır.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri[redaktə | mənbəni redaktə et]

Başlıca olaraq insan fəaliyyətidir.

Becərilməsi[redaktə | mənbəni redaktə et]

Becərilməsi haqda məlumat yoxdur.

Qəbul edilmiş qoruma tədbirləri[redaktə | mənbəni redaktə et]

Qəbul edilmiş mühafizə tədbiri yoxdur.

Zəruri qoruma tədbirləri[redaktə | mənbəni redaktə et]

Azərbaycanın “Qırmızı Kitabı”na daxil edil-məsi tövsiyə edilir.

Məlumat mənbələri[redaktə | mənbəni redaktə et]

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.

http://dendrologiya.az/?page_id=112 Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Флора Азербайджана. т.7. 1957;
  • Azərbaycanın “Qırmızı” və “Yaşıl Kitabları”na tövsiyə olunan bitki və bitki formasi-yaları.1996; *Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.