Zaqatala-Şəki mahalı

Zaqatala-Nuxa dairəsi və ya Zaqatala-Nuxa mahalıAzərbaycan Sovet Sosialist Respublikasında 1929–1930-cu illərdə mövcud olmuş inzibati-ərazi vahidi. Zaqatala-Şəki dairəsi və ya Zaqatala-Şəki mahalı kimi də anlandırılmışdır.

Zaqatala-Nuxa dairəsi
Ölkə
İnzibati mərkəz Şəki
Tarixi və coğrafiyası
Yaradılıb 8 aprel 1929
Ləğv edilib 25 yanvar 1930
Zaqatala-Nuxa dairəsi 1929-cu ilin aprel ayından 1930-cu ilin yanvar ayınadək
Zaqatala-Nuxa dairəsi 1929-cu ilin aprel ayından 1930-cu ilin yanvar ayınadək

Zaqatala-Nuxa dairəsi VI Ümum-Azərbaycan Sovetlər Qurultayının 8 aprel 1929-cu il tarixli qərarı ilə Azərbaycan SSR-də qəzaların ləğv edilməsi nəticəsində yaradılmışdır.[1] NuxaZaqatala qəzalarını əvəz etmişdir.

Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 25 yanvar 1930-cu il tarixli qərarı ilə Zaqatala-Nuxa dairəsi ləğv edilərək iki yerə — ZaqatalaNuxa dairələrinə bölünmüşdür.[2]

  1. История государства и права Азербайджанской ССР (1920–1934 гг.). Баку: Элм. 1973. səh. 410–412.
  2. "İnzibati-ərazi vahidləri" (PDF). Prezident Kitabxanası. 2021-05-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-08-25.