Qəza

Qəza (rus. уе́зд) — 1.Orta əsrlərdə Osmanlı imperiyasında qazının olduğu inzibati ərazi – ilçə, qəza adlanırdı. 2.XIX əsrdə rusca "uyezd" sözünün qarşılığı kimi Azərbaycan dilində işlənməyə başladı. Vaxtilə bəzi ölkələrin inzibati ərazi bölgüsündə tətbiq edilmiş və hal-hazırda da bəzi ölkələrin inzibati ərazi bölgüsündə tətbiq edilən inzibati ərazi vahidi (adətən, 1-ci və 2-ci dərəcəli olur); Orta əsrlər Rusiyasında torpaq sahəsi.

  • Rusiya imperiyasında 1775-ci ildən inzibati ərazi bölgüsündə tətbiq edilmiş 2-ci dərəcəli inzibati ərazi vahidi (rus. уе́зд). Quberniyaların, yaxud vilayətlərin əraziləri inzibati cəhətdən qəzalara bölünürdü. RSFSRSSRİ dövründə - 1929-cu ildə, həyata keçirilmiş inzibati islahatlar nəticəsində, inzibati bölgüdə qəza inzibati vahidindən tamamilə imtina edilmişdir.
    • Cənubi Qafqazın, o cümlədən Azərbaycanın şimalının Rusiya işğalı dövründə, 1840-cı ildən, bu ərazi nzibati cəhətdən 2-ci dərəcəli qəzalara bölünürdü.
    • Estoniya, Latviya, Moldaviya və Adayev qəzasında isə inzibati bölgüdə qəza inzibati vahidindən 1940-cı ildən imtina edilmişdir.
  • Azərbaycan SSR-də 1920-ci ildən 1929-cu ilə qədər 1-ci dərəcəli inzibati ərazi vahidi.
  • Latviyada 1920-ci ildən 1949-cu ilə qədər inzibati bölgüdə tətbiq edilmiş 1-ci dərəcəli inzibati ərazi vahidi (latış. apriņķis‎).
  • Litvada inzibati ərazi bölgüsündə tətbiq edilən 1-ci dərəcəli inzibati ərazi vahidi (lit. apskritis); hal-hazırda Litva ərazisi inzibati cəhətdən 10 qəzaya bölünür.
  • Estoniyada inzibati ərazi bölgüsündə tətbiq edilən 1-ci dərəcəli inzibati ərazi vahidi (est. maakond); hal-hazırda Estoniya ərazisi inzibati cəhətdən 15 qəzaya bölünür.
  • Moldovada 2003-c ilə qədər, Rumıniyada isə hal-hazırda da 1-ci dərəcəli inzibati ərazi vahidi (rum. judeţ).
  • Polşada 2-ci dərəcəli inzibati ərazi vahidi (pol. powiat). 1999-cu ildən Polşada 379 qəza - povyat var.
  • Çində 3-cü dərəcəli inzibati ərazi vahidi.
    • Çin Respublikasında (Tayvan) 2-ci dərəcəli inzibati ərazi vahidi; Çin Respublikasının ərazisi inzibati cəhətdən 18 qəzaya bölünür.
  • Koreya Respublikasında 2-ci dərəcəli inzibati ərazi vahidi;
  • Yaponiyada 2-ci dərəcəli inzibati ərazi vahidi, 2007-ci ildə Yaponiyada 398 qəza vardı.