Zaqatala itburnusu (lat. Rosa zakatalensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir — NT. Azərbaycanın nadir, prioritet endemik növüdür. Regional IUCN Statusu: NT.
Zaqatala itburnusu | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Zaqatala itburnusu |
||||
Beynəlxalq elmi adı | ||||
|
Hündürlüyü 0,8-1,5 m-ə qədər olan bozumtul qonur əyilmiş budaqlara malik xırda kollardır. Qopartikanları xırda olub qaidə hissəsi enliləşəndir. Yarpaqları 1-2 sm uzunluğunda kiçik yarpaq cıqlardan təşkil olunmuşdur. Yarpaqaltıqları dar və çılpaq, yaşılımtıl sarı rənglidir. Çiçəklər ağ və ya çəhrayımtıldır. Çiçəkləri kiçik olub, tək-tək və-ya 2-3 ədədi bir yerdə olur. Meyvəsi armudvarı, çılpaq, narıncı qırmızıdır. Meyvə yoğun qaidəsinə doğru nazikləşən qırmızı saplağa malikdir. May ayında çiçəkləməyə başlayır və iyulda meyvə verir.
Qafqazda quru bozqır yamaclarda təbii arealı vardır.
Böyük Qafqazın qərb hissəsi (Zaqatala rayonu — Axoxdərəsi, Car kəndinin ətrafı; Balakən və Zaqatala arasındakı yolda; Şəki rayonu — Baş Zəyzit kəndinin ətrafı.
Aşağı və orta dağ qurşaqlarında quru bozqırlaşmış daşlı qayalı yamaclarda yayılmışdır.
Azərbaycanda dar bir arealı vardır.
Təbiətdə generativ və vegetativ yolla çoxalır.
Başlıca olaraq insan fəaliyyətidir.
Məlumat yoxdur.
Xüsusi mühafizə tədbirləri tərtib edilməmişdir. Yasaqlıqların təşkili vacibdir.
Populyasiyanın təbii ehtiyatı azalır. Əhali tərəfindən həddindən artıq toplanılması azalma tendensiyasını artırır.
Meyvələrin intensiv toplanılması və iqlimdir.
Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilib.
Xüsusi mühafizə tədbirləri aparılmayıb. Yasaqlıqların təşkili vacibdir.