Zaqatala kilsəsi — Zaqatala şəhərinin mərkəzində yerləşən 1830-ci ildə inşa edilən kilsə.[1] Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə görə əvvəllər IV–V əsrə aid Alban məbədi, indi isə XIX əsrə aid Rus kilsəsi kimi qeydiyyata alınan bu məbəd erməni mənbələrinə görə Müqəddəs Qevorq kilsəsidir. 1851-ci ildə inşa edilib,[2] 1953-cü ilə qədər kilsə olaraq fəaliyyət göstərib.[3]
Zaqatala Kilsəsi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Zaqatala |
Yerləşir | Zaqatala |
Tikilmə tarixi | 1830-cu il |
Vəziyyəti | qeyri-işlək |
İstinad nöm. | 5210 |
|
Yerli sakinlərin sözlərinə görə, bu məbəd öz ölçülərinə və memarlıq üslubuna görə həmin dövr olduğu məbədlərdən fərqlənir. Lakin, məbəddəki bir sıra elementlərin sonradan əlavə edilməsi məlumdur. Qırmızı kərpicdən inşa olunmuş məbədin geniş sütunlu və üç mərtəbəli zalı zəng qülləsi ilə tamamlanır. Məbədin inşasında şərq memarlığı elementlərindən geniş istifadə olunsa da, məbədin bayır divarlarındakı səkkizgüşəli xaçlar diqqəti daha çox cəlb edir. Sovet hakimiyyəti dövründə isə məbədin divarlarının boyandığı deyilir. Həmçinin sonradan bu məbəddə yanğın baş verdiyi də bildirilir.[4]
Hazırda bu məbəd baxımsız vəziyyətdədir. Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrsin Qorunması şöbəsi bildirib ki, abidənin bərpası üçün "dövlət tərəfindən heç bir maliyyə ayrılmayıb və yaxın gələcəkdə də gözlənilmir".[4]