Zaqrebçanka (xorv. Zagrepčanka) — Xorvatiyanın paytaxtı Zaqreb şəhərində yerləşən "biznes qülləsi", ölkənin ən hündür binası. Tikili Savskaya küçəsi 41 ünvanında yerləşir.[1]
Zaqrebçanka | |
---|---|
xorv. Zagrepčanka | |
45°47′54″ şm. e. 15°57′44″ ş. u. | |
Ölkə | |
Tikilmə tarixi | 1971-1976 |
Mərtəbə sayı | 27 |
Memarlıq quruluşu | Müasir memarlıq[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Zaqrebçanka Xorvatiyanın hündür tikililəri içərisində ilk yeri tutur (əgər antenaları nəzərə alsaq). 27 mərtəbəli bu binanın hündürlüyü 94,6 metrdir. Binanın damında yerləşdirilmiş radio qülləsi tikintinin ümumi hündürlüyünü 109 metrə qədər artırır. İki yeraltı mərtəbəsi mövcuddur ki, avtomobilləri park etmək üçün istifadə edilir. Binada 8 lift xidmət edir.
Göydələn üç mərtəbəli biznes obyektləri, instalyasiya incəsənəti və fəvvarəni özündə birləşdirən memarlıq kompleksidir.
Zaqrebçanka qülləsi 3 hissədən ibarətdir. Mərkəzi hissə 26 mərtəbədən, qərb qanadı 21, şərq qanadı isə 19 mərtəbədən ibarətdir. Binanın fasadına ağ mərmərdən lövhələrlə və güzgü yaşıl şüşəylə üzlük çəkilmişdir. 25 və 26-cı mərtəbələr arasındakı məkanda 23 üçbucaqlı çıxış var. Mərkəzi korpus 24 dirəkdən, yan qanadlar isə 23 dirəkdən ibarətdir. Yan korpus şaquli oxa doğru əyilmiş hiperbolikdir.
Qüllə Yuqoslaviya Sosialist Federativ Respublikasında 1976-cı ildə memar Slavko Jelinek və Berislav Vinkoviç tərəfindən inşa edilib.[2]
Tikintinin tamamlanmasından təxminən on il sonra ağır mərmər kaşılar fasaddan qopub düşməyə başladı. Bu tikinti üçün sifariş edilmiş materialın aşağı keyfiyyətiylə bağlı idi. Ehtiyat tədbiri kimi əməkdaşlar taxta lövhələrdən və polad barmaqlıqlardan edilmiş improvizasiya olunmuş tunel vasitəsilə binaya daxil olmalı idilər. Göydələnin bu kədərli xüsusiyyəti onun haqlı olaraq "Cəhənnəm qülləsi" ləqəbinə layiq görülməsinə səbəb oldu. .
"Zaqrebçanka"nın yenidən qurulmasına yalnız 2000-cilərdə başlandı və tikintisi kifayət qədər həvəssiz formada davam etdi. Çünki, qərb qanadının zədəsi XXI əsrin ilk onilliyinin 2-ci yarısında bütovlükdə aradan qaldırılsa da, şərq qanadı tərəfindən görünüş əvvəlki kimi qalırdı.
2006-cı ilə qədər Zagrebçanka ölçülərinə görə Xorvatiyada ən yüksək tikinti ünvanını qoruyub saxlayırdı. Yevrotauer göydələni onu üstələyə bilmədi (cəmi 97,8 m). Bununla belə, ümumi hündürlüyünə görə (antennayla birlikdə — 109 m) o ən yüksək xorvat ofis binası ünvanını bu gün də qoruyub saxlayır.[3][4]
Dəmiryollarından qərbə doğru Zaqrebçankanın görünüşü
"Zaqrebçanka"nın gecə vaxtlarında görüntüsü