Zar yolunda osetin qaçqınların güllələnməsi (gürc. ოსი ლტოლვილების ჩაცხრილვა ძარის გზაზე; rus. Расстрел осетинских беженцев на Зарской дороге) — Gürcüstanın Cənubi Osetiya bölgəsində, mərkəz Tsxinvali şəhərinin yaxınlığında yerləşən Zar kəndinin inzibati ərazisində gürcü hərbiçilər tərəfindən döyüş bölgəsindən çıxarılan etnik osetin qaçqınlara qarşı həyata keçirilmiş kütləvi silahlı hücum. Silahlı hücum qaçqınların daşındığı yük maşını və avtomobillərdən ibarət avtomobil karvanını hərəkət vəziyyətində olduğu zaman gülləbaran ediləməsi ilə gerçəkləşdirilmişdir. Tarix ədəbiyyatlarına Zar qətliamı və ya Zar yolunda faciə kimi keçmiş hadisə nəticəsində çoxu uşaq, qadın və yaşlılar olmaqla 36 nəfər öldürülmüşdür.[1][2]
Zar yolunda osetin qaçqınların güllələnməsi | |
---|---|
Cənubi Osetiya müharibəsi | |
Hücum yeri |
Zar kəndi, Tsxinvali yaxınlığı, Cənubi Osetiya |
Hücum hədəfi | Osetin qaçqınlar |
Vaxt |
20 may, 1992 |
Hücum üsulu | Kütləvi formada güllələnmə |
Həlak olanlar | 36 nəfər |
Hadisə 1992-ci ilin 20 may tarixində Cənubi Osetiya müharibəsindən qaçan etnik osetinlilərə məxsus avtomobil və yük maşını karvanlarının Zar kəndinin ərazisində keçən yolda atəşə tutulması ilə baş vermişdir. Zar kəndi tanınmamış Cənubi Osetiya Respublikasının paytaxtı Tsxinvali şəhərinin yaxınlığında yerləşməkdədir. Hadisənin baş verdiyi gün Zar kəndi gürcü qüvvəllərinin təmas xəttinə yaxın bölgədə yerləşirdi və qonşuluqda yerləşən Kekhvi və Kurt kəndləri gürcü döyüşlərin nəzarəti altında idi. Hadisə şahidlərinin ifadələrinə görə ilk atəş, heç bir dayan xəbərdarlığı olmadan avtomobil karvanının hərəkətdə olduğu zaman açılmışdı.
Ölümcül yarası olan 11 yaşlı oğlannın cəsədi, hadisə yerindən 50 metr kənarda aşakarlanması osetin qaçqınlarınını gülləbarandan qaçmağa çalışdığını, ancaq gürcü silahlılar tərəfindən təqib edildiyini göstərmişdir. Hadisə günün səhərisi Şimali Osetiyanın Ali Şurasının fövqalədə iclası keçirildi və BMT-nin baş katibinə Gürcüstan tərəfindən gercəkləşdirilən Cənubi Osetiyadakı soyqırımın dayandırılması tələbi ilə müraciət edildi. Hadisədən üç gün sonra Gürcüstan hökuməti ölkə prokurorluğunun istintaqçılarının hadisə yerinə getməyə çalışdığını, ancaq bütün cəhdlərin osetin silahlılar tərəfindən alındığını bəyan etdilər.
Gürcüstan tərəfi, Cənubi Osetiyanın hadisənin obyektiv araşdırılmasında maraqlı olmadığını bildirmişdir.[3] Həmin dövrdə Gürcüstan ombudsmanı olmuş Robinson Tushuraşvili Zar yolunda baş vermiş terror hücumunun həyata keçirilməsində Zviad Qamsaxurdiyaya bağlı silahlı qruplaşmaları günahlandırmışdır.
1995-ci ildə Cənubi Osetiya polisinin əməkdaşları, Zar kəndinin ərazisində baş vermiş qətliamda şübhəli bilənən iki nəfər gürcü əsilli şəxsi həbs etdilər. Cənubi Osetiyanın Tsxinvali bölgəsinə tabe, Tamaraşeni kəndindən olan şübhəlilər avtomobil karvanının gəlmə vaxtını gürcü hərbiçilərə bildirməkdə günahlandırılırdı. Bir il sonra saxlanılan hər iki şəxs, həbsxanadan qaçmağı bacarmışdır. Baş vermiş qətliam və xüsusi ilə də dinc əhalinin kütləvi formada gülləbaran edilməsi Cənubi Osetiya cəmiyyəti üzərində ciddi təsirlər buraxmışdır.
Hər il 20 may tarixi Cənubi Osetiyada Gürcüstan təcavüz qurbanlarının xatirəsinə hörmət günü kimi qeyd edilməkdədir. Cənubi Osetiya rəsmiləri baş vermiş terror hücumunu, osetin xalqına qarşı törədilmiş soyqırım olduğunu iddia etməkdədir.[4] 2007-ci ildə Cənubi Alanya nəşriyyatı tərəfindən Zar kəndi ərazisində baş vermiş gülləbaran qurbanlarının xatirəsinə Zar yolunda faciə adlı broşür nəşr edilmişdir.[5]