Zaur Şəfiyev (9 dekabr 1980, Bakı) — aktyor, rejissor asistenti, prodüser, səs aktyoru, mətn oxuyan.
Zaur Şəfiyev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Milliyyəti | ləzgi |
Vətəndaşlığı |
Azərbaycan SSR Azərbaycan |
Fəaliyyəti |
aktyor prodüser rejissor asistenti səs aktyoru mətn oxuyan |
Fəaliyyət illəri | 2009-indiyədək |
İstiqamət |
serial teatr kino |
Zaur Şəfiyev 1980-ci il dekabrın 9-da Bakı şəhərində anadan olmuşdur. Birinci sinfə Xətai rayonu 59 saylı orta məktəbində getmiş, daha sonra təhsilini Nizami rayonu 215 saylı məktəbdə davam etdirmiş və 1997 ci- ildə 245 saylı məktəbdən məzun olmuşdur. Daha sonra Xəzər Universitetinin beynəlxalq münasibətlər fakültəsini bitirmişdir.[1] Sonra Rüstəm İbrahimbəyovun kino məktəbində kinoprodüser fakültəsində təhsil almış, İbrus Teatrında aktyor kimi işləmişdir. İlk rolu Rüstəm İbrahimbəyovun Molyerin Tartüf pyesi əsasında Azərbaycan adına uyğunlaşdıraraq səhnəyə qoyduğu tamaşada olub.[2]
Zaur Şəfiyev bir sıra seriallarda, filmlərdə və qısametrajlı filmlərdə çəkilmışdir. Qısametrajlı filmlərindən biri ilə Kann kinofestivalında iştirak etmişdir.[2]
Aktyor 2012-2013-cü illərdə Azərbaycan və Gürcüstan kinematoqraflarının birgə istehsalı olan serialda çəkilmiş, serial əvvəlcə Fuad və Nene olaraq adlandırılmış[3], daha sonra isə Əli və Teo olaraq dəyişdirilmişdir.[4] Serial 2014-cü ilin sonlarında Lider TV-də yayınlanmışdır. [5] 16 bölümdən ibarət olan serial 2016-cı ildə YouTube kanalında rus dili versiyasında paylaşılmışdır.[6]
2013-ci ildə Almaniya, Ukrayna, Gürcüstan, Bolqarıstan istehsalı olan Ursus filmində Tələt rolunda çəkilmişdir. Filmin dünya üzrə premyerası 2019-cu ile planlaşdırılır. [7] [8][9]
2017-ci ildə Reproduktiv Sağlamlıq çərçivəsində Yarı yolda qoyma reklamında oynayan aktyor,[10] hal – hazırda ARB kanalında yayımlanan Sarı gəlin adlı serialda Oğuz rolunda çəkilir.
Son oynadığı qısametrajlı film Не кино'nun təqdimatı 3 iyul 2018-ci ildə Yarat mərkəzində keçirilmişdir.[11]
Film | |||
---|---|---|---|
İl | Ad | Rolu | Qeyd |
2010 | Biz sizə müharibə elan edirik[16] | Alvi[17] | |
2010 | Qardaşdan yaxşısı yox imiş[18] | ||
2012 | Sübhün səfiri[19] | Xasay Usmiyev | |
2012 | Gil | Qot/Elsevər Qəribov | Qısametrajlı film |
2013 | Qorxma, mən səninləyəm! 1919 | Murad[20] | |
2016 | Pərdə | Emin | |
Xeyr, daha doğrusu , bəli | Alik[21] | Qısametrajlı film | |
Whirligig[22] | |||
Hamıya qarşı[23] | Səsləndirmə | ||
2015 | Ursus | Tələt[20] | |
2017 | İkinci pərdə | ||
Uptown & Out | Mike[24] | Qısametrajlı film | |
Bəd Santa 2 | Səsləndirmə[25] | ||
2018 | Hе кино | Qısametrajlı film | |
Serial | |||
İl | Ad | Rolu | Qeyd |
2011 | Qaranlıqlar çiçəyi | Cavid | |
2012 | Sirr | Emil | |
2012 | 3 bacı | Badcio | |
2013 | Həyat sən nə qəribəsən? | Tunar Xanlarov | |
2014 | Əli və Teo | Əli | |
2015 | Oğurlanmış arzular | Kənan | |
2018 | Sarı gəlin | Oğuz |
İl | Müğənni | Albom | Klip |
---|---|---|---|
2016 | Röya | Darıxdım | |
2012 | Miri Yusif | Məktub |