Miri Yusif (əsl adı: Mirbabayev Miryusif Mirheydər oğlu; 27 oktyabr1977, Bakı)[1][2] — Azərbaycanlı müğənni, aktyor, bəstəkar və rəssam,[3] Azərbaycanın xalq artisti (2019).
Mirbabayev Miryusif Mirheydər oğlu 27 oktyabr 1977-ci ildə Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsində anadan olub. Valideynləri Mirbabayev Mirheydər Mirhüseyn oğlu və Mirbabayeva Adelya Yusif qızıdır.
Ondan böyük qardaşı və kiçik bacısı var. Qardaşı Mirbabayev Mirbağır Mirheydər oğlu iqtisadçıdır. Bacısı Mirbabayeva Günay Mirheydər qızı musiqiçidir.
Miri Yusifin uşaqlıq illəri yaşadığı 8-ci kilometr qəsəbəsi ilə bağlıdır. Onun "Bakılı Sərçələr" mahnısı və ona çəkilmiş klip məhz həmin yerlə bağlı xatirələrinə həsr olunmuşdur.
Miri Yusif məktəb illərindən sonra ABŞ-yə gedir.[4] Miri Yusif burada bir çox işdə çalışır. Özünün "karantin" adlandırdığı bu dövrdə yeni ruhda, yeni tərzdə mahnılar yazmağa başlayır.[5]
Vaxt keçdi və onun həyatı öz axarına düşməyə başladı. Ona Amerikada yaxın dostu Teymur Nuriyev dəstək oldu. Artıq o, arada bir Bakıya gələ bilirdi. Bakıya gəldiyi bir vaxtda konsertdə bir qızla qarşılaşdı. Ertəsi gün həmin qız öz qardaşı və ailə dostları Fidan Qasımovayla onların evinə gəldi[6][7][8]. Cəmi bir ay sonra — 09.10.2008-ci ildə ailə həyatı qurur. Bu sevginin ilk töhfəsi "Sənin üçün" hiti, ən böyük nəticəsi isə 9 ay sonra dünyaya gələn Mirhüseyn oldu. 2011-ci ildə Adel adlı qız övladı dünyaya gəldi.[9][10]
Musiqi karyerasına 1996-cı ildə "Dəyirman" qrupunun tərkibində başlayıb. Dəyirman bir-birini öncədən tanıyan bir dostluq qrupu idi.
Dəyirman qrupunun, daha sonra isə solo karyeraya başlayan Miri Yusifin prodüsseri Emin Əfəndidir. Emin də Dəyirman qrupunun digər üzvləri kimi bu dostluq komandasının bir parçası idi. Emin Əfəndi və Miri Yusifin iş birliyi indiyə qədər davam edir.
Dəyirman — Azərbaycanda fəaliyyət göstərən bir rep qrupu idi. Əvvəlcə qrup "GGG-ailəsi" adlandırılsa da, sonralar onun adı "Dəyirman"a dəyişdirildi. Azərbaycan tamaşaçıları qrupu müğənni Leyla ilə birlikdə "Sarı gəlin" mahnısına çəkdirdikləri klip ilə tanıdı. Sonralar "Dəyirman" Azərbaycanın bəzi xalq və uşaq mahnılarını rep üslubunda remiks etdi. Qrupun ən uğurlu mahnılarından biri "Ya Qarabağ, ya ölüm" sayılır.
Miri Yusif ABŞ-də yaşayarkən – 2005-ci ildə solo karyeraya başlamağa qərar verdi. İlk mahnı "Papa" mahnısı oldu. Daha sonra "Everrock Records" studiyasında "Avara" adlı ilk albomu yazıldı.
Bakıya qayıtdığı andan etibarən həyatında baş verən dəyişikliklər Miri Yusifin "Karma" albomunun yaranması yolunun başlanğıcı oldu. 1 dekabr 2010-cu il tarixində SS Production şirkətinin təqdimatı ilə "Karma" albomunun tanıtımı Miri Yusifin qısa solo konserti ilə müşaiyyət olundu.[11] Bu böyük səhnədəki konsertə yönəlmiş ilk addım oldu.
"Mən Heç Kiməm" adlı yeni sinql Miri Yusifin fəlsəfi axtarışının ilk nəticələrindən oldu. Musiqisi və sözləri Miri Yusifə məxsus olan bu track 2011-ci ilin sentyabr ayında sırf internet vasitəsilə yayımlanan "KARVAN EP" albomuna daxil edildi. Sözü gedən albom həm şərq, həm də qərb kaloritlərini özündə cəmləşdirən Miri Yusifin ilk EP albomu idi. Bu albomda yer alan "Səndən Olmaz" mahnısı isə 2011-ci ildə "İlin Hit Mahnısı" mükafatına layiq görüldü. Həmin ilin oktyabr ayının 15-də eyni adlı mahnının Eleven klubunda canlı alətlərin müşayəti ilə ilk klub konserti gerçəkləşdi.
Miri Yusifin sayca 4-cü albomu olan "Nirvana" 2012-ci ildə işıq üzü gördü.[12] Albomun musiqi prodüsseri Emin Kərimidir. Albomdakı Nigar Camal ilə duet oxunulan, bəstəkarı İsa Məlikova aid olan "Qal" trackinin klipi youtube kanalına yükləndiyi ilk gün ərzində 40.000 baxışla 2012-ci ilə qədər Azərbaycan Musiqi aləmində görülməyən rekord göstərici əldə etdi. "Nirvana"nın əvvəlki albomlardan fərqi onda idi ki, albomda yer alan bütün mahnılar canlı olaraq musiqi alətləri ilə müşayiət olunurdu. Albomun dizaynında isə Miri Yusifin uşaq vaxtı çəkdiyi şəkillərdən istifadə olunmuşdu.
"Məktub" mahnısı isə avqust ayında kliplə bir yerdə internetdə yayımlanandı. Məhz buna görə də bu mahnı 2012-ci ildə Miri Yusifə "Fəxri Fərman" mükafatını qazandırdı.
2013-cü ilin ilk aylarında musiqisi və sözləri Miri Yusifə məxsus olan "Mən Küləyəm" sinqlı internet və radio vasitəsilə yayımlandı. Qısa zaman keçməsinə baxmayaraq, bu mahnı pərəstişkarlar tərəfindən böyük şöhrət qazandı. 8 Mart ərəfəsində "Beynəlxalq Qadınlar günü" münasibətilə Miri Yusif Eleven klubunda xanımlar üçün öz musiqili hədiyyəsini – "ilk akustik" konsertini uğurla verdi. Konsertdə bütün mahnılar akustik və bas gitara, perkussiya alətlərinin köməyilə səsləndirildi. Böyük anşlaqla qarşılanan bu konsert çoxsaylı istəklərin nəzərə alınmasıyla yenidən həmin məkanda 15 Martda təkrarlandı.[13]
Miri Yusifin böyük konserti isə İyun ayının 28-i Yaşıl Teatrda tamaşaçıları bir araya topladı. 3 saata yaxın açıq havada davam edən konsertdə 2000-ə yaxın tamaşaçı iştirak etdi.
2013-cü ilin sonlarına yaxın "Ağ Qarğa" albomu dinləyicilərə Heydər Əliyev adına Sarayda keçirilən canlı konsertdə təqdim olundu. Albomun musiqi prodüsseri "Nirvana"da olduğu kimi Emin Kərimidir. Albomda bir sıra yeni bəstələr yer aldı, o cümlədən retro mahnılardan biri olan "Küçələrə Su Səpmişəm" tam fərqli tərzdə muğam və rokla sintez olunaraq ifa olundu. Həmçinin alboma daxil olan "İki Doğma İnsan" mahnısı "İlin mahnısı" mükafatını qazandı.
2014-cü il 13 və 14 İyunda Yaşıl Teatrda "Yayın Ən Böyük" konserti reallaşdı. İki gün ərzində anşlaqla keçən solo konsertdə 4000-dən çox dinləyici iştirak etdi. Ən son illərdə 2016-cı ilin İyul ayinin 8–9-u "2 GÜN Solo Konsert" adlı konsert proqramı ilə "Yaşıl Teatr"da çıxış etdi. 1 Mart 2017-ci ildə Elektra Events Hall-da "Ad Günu" adlı canlı solo konsert baş tutur. Bu konsertlər arasında 24 Noyabr 2017-ci ildə Böyük Britaniyada, The QUBE PROJECT adlı məkanda Dj Chinanın da iştırakı ilə Miri Yusifin konserti baş tutdu. Həmçinin o, çox vaxt "Eleven" adli night clubda tez-tez canlı solo konsert verir.
Dəyirman qrupunda fəaliyyət göstərdiyi dönəmlərdə rep ifaçısı olsa da solo karyeraya başladıqdan sonra Etnik, Reggi, Rok, Şanson, R&B, Caz və Flamenko tərzində mahnılar yazmağa başladı.