Zaur Ələsgərov (tam adı: Zaur Rasim oğlu Ələsgərov; 1969, Bakı, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]
Zaur Ələsgərov | |
---|---|
Zaur Rasim oğlu Ələsgərov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (20 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | "20 Yanvar Şəhidi" |
Dəfn yeri | Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | SSRİ |
Atası | Rasim |
Milliyyəti | azərbaycanlı |
1969-cu il 19 iyunda Bakıda anadan olmuşdur. Əvvəlcə 246 nömrəli məktəbi[2], daha sonra isə 2 nömrəli texniki-peşə məktəbini maşinist köməkçisi ixtisası üzrə bitirmişdir. Əsgəri xidmətini Qazaxıstanın Semipalatinsk (indiki Semey) şəhərində keçirmişdir.[3]
O gecə dostları ilə birlikdə XI Qızıl Ordu meydanına getmiş və bir daha qayıtmamışdır. Qohumları onu yanvarın 20-də onu heç yerdən tapa bilməmişdir. Yanvarın 21-də meyidini təcili yardım maşını Semaşkodakı mərkəzi meyidxanaya gətirmişdir. Haradan gətirildiyi məlum deyil. Meyidin üzərində başından, ürək nahiyəsindən və ayağından aldığı üç güllə yarası olmuşdur.
Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Bakı şəhəri, 6-cı mikrorayon, S. Lazo küçəsi, ev 203, mənzil 23