Zaur Cəfərov (pauerliftinqçi)

Zaur Cəfərov (tam adı: Cəfərov Zaur Əliağa oğlu; d. 5 sentyabr 1982, Sumqayıt, Azərbaycan SSR, SSRİ) — Azərbaycan pauerliftinqçisi[3], Azərbaycanın Əməkdar  Idman ustasi[4], Elitar idmançı, 6 qat dünya[5], 6 qat Avropa çempionu, dopinq kontrol diviziyonunda dünya və Avropa rekordçusu, mütləq dünya və mütləq Avropa çempionu, dünya kubokunun sahibi, 3 dəfə Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olmuş[6] Beynəlxalq turnirin qalibi və 2 dəfə mütləq çempionu, 9 qat Respublika  çempionu, beynəlxalq dərəcəli hakim, beynəlxalq dərəcəli idman ustası. Azərbaycan pauerliftinq tarixində ilk dəfə olaraq [3](AWPC versiyası üzrə, dopinq kontrol diviziyonunda) ən yüksək dərəcə tələbini 2 dəfə yerinə  yetirmış yeganə Elitar idmançı[7]. 2022-ci ildə Rusiyada keçirilən dünya kubokunda Azərbaycan pauerliftinq tarixində ilk dəfə olaraq  (AWPC versiyası üzrə, dopinq kontrol diviziyonunda) ən yüksək dərəcə tələbini yerinə yetirərək  “Elitar idmançı” titulunu qazanıb. 2023-cü ildə Qırğızıstanda keçirilən Avropa çempionatında ikinci dəfə “Elitar idmançı” tituluna yiyələnib. Göstərdiyi yüksək nəticələrə görə Pauerliftinq üzrə Ümumdünya İdman Təşkilatının rəhbərliyi tərəfindən 2023-cü ildə Rusiyada keçirilən Qran-Pri turnirində  pauerliftinqin ən yüksək mükafatı olan “Elitar üzüklə” təltif olunub. [8] [1]

Zaur Cəfərov
Cəfərov Zaur Əliağa oğlu

Pauerliftinqin ən yüksək mükafatı olan “Elitar Üzüklə” təltif olunub. “Elitar Üzük” göstərilən ən yüksək nəticəyə görə verilən mükafatdır. Zaur Cəfərov Azərbaycan pauerliftinq tarixində “Elitar Üzüklə” təltif olunan ilk mükafatçıdır.

Azərbaycan pauerliftinq tarixində ilk dəfə olaraq (AWPC versiyası üzrə, dopinq kontrol diviziyonunda) ən yüksək dərəcə tələbini 2 dəfə yerinə  yetirmış yeganə Elitar idmançı[1] [2]
Şəxsi məlumatlar
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyəti azərbaycanlı
Doğum tarixi (41 yaş)
Doğum yeri Sumqayıt, Azərbaycan SSR, SSRİ
Təhsili Ali təhsil
İxtisası Mühəndis biznesi və menecment; İqtisadiyyat və idarətmə; Aqrar sahədə heyətin idarə edilməsi
İdman növü Poverliftinq
Karyera illəri 1997h.h.
Məşqçisi Şəmsi Bayramov
Boyu 175 m
Çəkisi 110 kq
İdman dərəcəsi Azərbaycanın Əməkdar İdman Ustası, Elitar İdmançı, Beynəlxalq dərəcəli İdman ustası, Beynəlxalq dərəcəli hakim
Ağırlıq dərəcəsi 110
Komandası Azərbaycan Milli Poverliftinq komandası

Bioqrafiyası[redaktə | mənbəni redaktə et]

Təhsili[redaktə | mənbəni redaktə et]

5 sentyabr 1982-ci il tarixində Sumqayıt şəhərində anadan olub. Orta təhsilini Sumqayıt şəhəri 32 nomrəli Texniki və Təbiət Elmləri liseyində alıb. 1998-2002-ci illərdə Azərbaycan Texniki Universitetinin (MBM) mühəndis biznesi və menecment fakültəsini bakalavr, 2002-2004-cü illərdə Azərbaycan İqtisad universitetinin İqtisadiyyat və idarətmə fakültəsini fərqlənmə diplomu ilə magistraturasını bitirib. 2004-2007-ci illərdə Sumqayıt Dövlət Universitetinin "Aqrar sahədə heyətin idarə edilməsi" ixtisası üzrə doktoranturanı müdafiə etmişdir.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailəlidir, 3 oğul övladı var.

İdmançı karyerası[redaktə | mənbəni redaktə et]

1997-ci ildən etibarən həvəskar idmanla məşğul olmağa başlayıb, sonralar isə pauerliftinq idman novündə respublika cempionatlarına qatılıb. İlk iştirak etdiyi respublika birinciliyində, 2010-cu ildə, fəxri kürsünün ən yüksək zirvəsinə qalxıb. Sonralar Azərbaycan Pauerlifinq Federasiyasının milli heyətinə cəlb olunub. Respublika yarışlarında uğurla çıxış edən Zaur, ABŞ-də keciriləcək dünya çempionatına vəsiqə qazanib. 2015-ci ildə "The first" mükafatına layiq görülərək, "İlin idmançısı" seçilib.[9]



Uğurları[redaktə | mənbəni redaktə et]

  • 26.06.2011 - ABŞ, York Pensilvaniya, Dünya çempionatı - I yer
  • 15.06.2014 - Bakı, Azərbaycan, Avropa çempionatı - II yer [10]
  • 03.05.2017 - Naxçıvan, Azərbaycan, Heydər Əliyev adına beynəlxalq turnir - I yer
  • 03.05.2017 - Bakı, Azərbaycan, Heydər Əliyev adına Beynəlxalq turnir - Mütləq II yer
  • 05.11.2017 - Rusiya, Moskva, Dünya çempionatı - I yer [11]
  • 07.11.2017 - Rusiya, Moskva, Dünya çempionatı - I yer [12]
  • 30.05.2018 - Bakı, Azərbaycan, Heydər Əliyev adına Beynəlxalq turnir - I yer
  • 30.05.2018 - Bakı, Azərbaycan, Heydər Əliyev adına Beynəlxalq turnir - Mütləq çempion
  • 07.06.2018 - Rusiya, Soçi, Avropa çempionatı, Olimpiya V - I yer [13]
  • 11.06.2018 - Rusiya, Soçi, Avropa çempionatı, Olimpiya V - I yer [14]
  • 09.11.2018 - ABŞ, Florida, Orlando, Dünya çempionatı - I yer (Bayraq günü 09 - noyabr)[15][16][17]
  • 29.05.2019 - Bakı, Azərbaycan, Heydər Əliyev adına Beynəlxalq turnir - I yer
  • 29.05.2019 - Bakı, Azərbaycan, Heydər Əliyev adına Beynəlxalq turnir - Mütləq çempion[18]
  • 09.07.2019 - Rusiya, Soçi, Avropa çempionatı Olimpiya VI - I yer [19]
  • 12.07.2019 - Rusiya, Soçi, Avropa çempionatı Olimpiya VI - I yer [20]
  • 09.11.2019 - Finlandiya, Laxti, Dünya çempionatı - I yer (Bayraq günü 09 - noyabr)[21][22]
  • 09.11.2019 - Finlandiya, Laxti, Dünya çempionatı - Mütləq çempion (Bayraq günü 09 - noyabr)[23][24]
  • 17.12.2020 - Rusiya, Moskva Dünya çempionatı - I yer
  • 26.06.2022 - Macarıstan Kiskunfeledhaza, Avropa çempionatı - I yer (yeni Avropa rekordu, 26 -noyabr Silahlı Qüvvələr günü)[25]
  • 18.12.2022 - Rusiya, Moskva Dünya Kuboku - I yer "Elitar idmançı" titulu[26]
  • 18.12.2022 - Rusiya, Moskva Dünya Kuboku - I yer  (master)[27]
  • 07.03.2023 - Misir, Hurqada Dünya Kuboku - Beynəlxalq dərəcəli hakim dərəcəsi[28]
  • 26.06.2023 - Qırğızıstan, Bişkek Avropa çempionatı - I yer ( 6 dünya və 6 Avropa rekordu)[29][30]
  • 26.06.2023 - Qırğızıstan, Bişkek Avropa çempionatı - 2-ci dəfə "Elitar idmançı" titulu (26 - noyabr Silahlı Qüvvələr günü)[31]
  • 26.06.2023 - Qırğızıstan, Bişkek Avropa çempionatı - Mütləq çempion
  • 20.08.2023 - Rusiya, Moskva Qran-Pri turniri - I yer[32][33]
  • 20.08.2023 - Rusiya, Moskva Qran-Pri turniri - pauerliftinqin ən yüksək mükafatı olan “Elitar üzüklə” təltif. [2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. https://azertag.az/xeber/elitar_idmanchimiz_zaur_ceferovdan_300_kq_netice_ile_6_ci_avropa_chempionatinda_mohtesem_qelebe-2675980
  2. https://www.idman.biz/az/news/sports/605
  3. 1 2 "Заур Джафаров стал шестикратным чемпионом мира по пауэрлифтингу - ФОТО". Day.Az (rus). 2022-12-19. 2022-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-29.
  4. "Əməkdar idman usta". Archived from the original on 2023-01-31. İstifadə tarixi: 2023-10-09.
  5. olimpiyadunyasi. "Pouerliftinqçilərimiz Moskvadan uğurla qayıdıblar". olimpiyadunyasi.com (az.). İstifadə tarixi: 2023-09-29.
  6. "Pauerliftinq üzrə dördqat dünya çempionu Zaur Cəfərov növbəti qələbəsini qazanıb". AZERTAC. 2019-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-02.
  7. "Zaur Cəfərov pauerliftinqin ən yüksək mükafatı olan "Elitar Üzüklə" təltif olunub". İdman və Biz (az.). 2023-08-21. İstifadə tarixi: 2023-09-29.
  8. "Zaur Cəfərov pauerliftinqin ən yüksək mükafatı olan "Elitar Üzüklə" təltif olunub". AZERTAC.
  9. VI Beynəlxalq The First Mükafatları - FOTOLAR[ölü keçid]
  10. European Championships 2014 Arxivləşdirilib 2020-04-11 at the Wayback Machine (ing.)
  11. WPC Worlds/bp-soft 2017 Arxivləşdirilib 2018-10-10 at the Wayback Machine (ing.)
  12. WPC Worlds/bp-sp 2017 Arxivləşdirilib 2020-04-11 at the Wayback Machine (ing.)
  13. "2018/ European Championships/bp-sp-pro 2018 (ing.)". 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-06.
  14. 2018/ European Championships/bp-soft-pro-2pl 2018 Arxivləşdirilib 2021-10-28 at the Wayback Machine (ing.)
  15. "Dördqat dünya çempionu Zaur Cəfərov: ABŞ-də keçirilən mundialda himnimizin beş dəfə səsləndirilməsi qürurverici idi". 2021-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-02.
  16. World Championships/bp-sp 2018 Arxivləşdirilib 2020-02-09 at the Wayback Machine (ing.)
  17. "Четыре азербайджанца стали чемпионами мира в США". 2020-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-06.
  18. "Pauerliftinq üzrə dördqat dünya çempionu Zaur Cəfərov növbəti qələbəsini qazanıb". 2021-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-02.
  19. European Championship Olympia - 6/bp-soft-pro 2019 Arxivləşdirilib 2021-10-27 at the Wayback Machine (ing.)
  20. European Championship Olympia - 6/bp-equip-pro 2019 Arxivləşdirilib 2021-10-27 at the Wayback Machine (ing.)
  21. "Zaur Cəfərov dünya çempionu oldu". 2021-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-02.
  22. World Championships /bp-sp 2019 Arxivləşdirilib 2021-10-27 at the Wayback Machine (ing.)
  23. "Azərbaycan idmançısı 5-ci dəfə dünya çempionu oldu". 2019-12-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-12-02.
  24. World Championships /absolute men 2019 Arxivləşdirilib 2021-10-27 at the Wayback Machine (ing.)
  25. "Azərbaycan təmsilçiləri pauerliftinq üzrə açıq Avropa çempionatında uğurla çıxış ediblər". AZERTAC.
  26. "Pauerliftinqçimiz Zaur Cəfərovdan tarixi nailiyyət - BAKU TV". baku.tv (az.). İstifadə tarixi: 2023-09-29.
  27. "Заур Джафаров стал шестикратным чемпионом мира по пауэрлифтингу". DAY.AZ. 2022-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-29.
  28. "Titullu pauerliftinqçimiz Zaur Cəfərov növbəti uğura imza atıb". AZERTAC. 2023-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-29.
  29. "Elitar idmançımız Zaur Cəfərovdan 300 kq nəticə ilə 6-cı Avropa çempionatında möhtəşəm qələbə". Elitar idmançımız Zaur Cəfərovdan 300 kq nəticə ilə 6-cı Avropa çempionatında möhtəşəm qələbə (az.). İstifadə tarixi: 2023-09-29.
  30. "Elitar idmançımız Zaur Cəfərovdan 300 kq nəticə ilə 6-cı Avropa çempionatında möhtəşəm qələbə". AZERTAC.
  31. "Elitar idmançımız Zaur Cəfərovdan 300 kq nəticə ilə 6-cı Avropa çempionatında möhtəşəm qələbə". AZERTAC.
  32. "Zaur Cəfərov pauerliftinqin ən yüksək mükafatı olan "Elitar Üzüklə" təltif olunub". İdman və Biz (az.). 2023-08-21. İstifadə tarixi: 2023-09-29.
  33. "Zaur Cəfərov pauerliftinqin ən yüksək mükafatı olan "Elitar Üzüklə" təltif olunub". AZERTAC.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Diqqət: Susmaya görə "Zaur_Cəfərov_(idmançı)" çeşidləmə açarı susmaya görə əvvəlki "Zaur_Cəfərov_(İdmançı)" çeşidləmə açarını inkar edir.