Zaur Darğalı və ya Zaur Darğallı[1] — 2017–2019-cu illər Kvemo Kartli bölgə qubernatorunun müavini. 2019-cu ilin 19 may tarixində keçirilən seçkilərə əsasən 78,6% səs toplayaraq Marneulinin bələdiyyə sədri seçilib.[2]
Zaur Darğalı | |
---|---|
gürc. ზაურ დარგალი | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 iyul 1988 (36 yaş) |
Partiya | |
Fəaliyyəti | dövlət rəsmisi, siyasətçi |
Zaur Darğalı 4 iyul 1988-ci ildə anadan olub. O, 2005–2009-cu ildə İlia adına Dövlət Universitetinin Kompüter texnologiaları və ingilis dili ixtisası üzrə təhsil alıb, bakalavr dərəcəsi üzrə həmin universiteti bitirib. Azərbaycan, gürcü, rus, ingilis, türk dillərini bilir.
Zaur Darğalı 2007–2012-ci illərdə Marneuli Gənclər Mərkəzinin yaranmasında iştirak edib. Həmin proqram çərçivəsində Avrasia İnkişaf Fondu komitəsinin və Marneuli Gənclər Şurasının üzvü olub. O, 2007–2011-ci ilər ərzində Müharibə və Sülh İnstitutu (IWPR), Qafqaz Jurnalistləri Şəbəkəsi, Regional Jurnalistlər Şəbəkəsi, İcma Radiosu, "Timer" qəzeti kimi media təşkilatlarında çalışıb. Zaur Darğalı 2008–2011-ci illərdə Marneuli Gənclər Mərkəzinin layihələr üzrə meneceri vəzifəsini icra edib. Həmçinin 2008–2011-ci illərdə müxtəlif layihələrdə fəal şəkildə iştirak edib, onlardan "Effektiv inteqrasiya naminə, daha yaxşı komunikasiya" (layihə eyni zamanda məcburi köçkün şəxslərlə bağlı məsələləri nəzərdə tuturdu), "Marneuli QHT-ləri inkişaf və əməkdaşlıq forumu" (layihə Marneulidə 12 QHT-nı əhatə edib) və s. Zaur Darğalı 2011–2013-cü illərdə Marneuli Mülki Məşğulluq Mərkəzinin koordinator müavini, növbəti illərdə isə USAD ofisinin koordinatoru vəzifəsində çalışıb. Habelə 2013-cü ildə "Gürcü arzusu" koalisiasının Marneulidə gənclər şöbəsinin rəhbəri olaraq fəaliyyət göstərib. Zaur Darğalı2013-cü ildə baş tutan prezident seçkilərində Marneuli rayon gərərgahının işlərində fəal şəkildə iştirak edib. O, 2014–2017-ci illərdə Barış və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Gürcüstanın Dövlət Nazirinin Kvemo-Kartli bölgə təmsilçisi olub. Bununla yanaşı, 2017-ci ildən Kvemo Kartli bölgə qubernatorunun müavini vəzifəsini icra edir.[3] 2019-cu ilin 19 may tarixində Gürcüstanın Mərkəzi Seçki Komissiyası Marneuli rayonunda 90 seçki məntəqəsinin hamısı üzrə nəticələri elan edib. "Gürcü Arzusu" partiyasının namizədi Zaur Darğallı səslərin 78,6%-ni əldə edərək Marneulinin bələdiyyə sədri seçilib.[2][2]
Ailəlidir, 2 övladı var.