Zaur Mikayılov

Zaur Rauf oğlu Mikayılov (1974, Şamaxı rayonu) — Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri (2023).

Zaur Mikayılov
bayraq
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri
bayraq2
Vəzifədədir
30 mart 2023-cü ildən
Prezidentİlham Əliyev
5 aprel 2021 – 30 mart 2023
ƏvvəlkiƏhməd Əhmədzadə
SonrakıVəzifə ləğv edilib
Şəxsi məlumatlar
Doğum tarixi 1974
Doğum yeri
Təhsili

Zaur Rauf oğlu Mikayılov 1974-cü ildə Şamaxı rayonunda anadan olub. 1999-cu ildə Boğaziçi Universitetinin "Biznesin idarə olunması" fakültəsini bitirib.

Ailəlidir, üç övladı var.

1999–2009-cu illərdə Telekommunikasiya sahəsində Mobil operatorlarda Marketinq meneceri, Baş kommersiya müdiri, Baş direktor müavini kimi bir sıra vəzifələrdə çalışıb.

2009–2016-cı illərdə Paşa İnşaat şirkətində Obyektlərin İstismarı, Biznes Mərkəzinin baş meneceri, Daşınmaz Əmlakın idarə olunması departamentində Baş menecer vəzifələrində işləyib. Belə ki o, "Port Baku Towers"in baş direktoru olub.

2016–2018-ci illərdə Agro Dairy MMC-də Baş Menecer vəzifəsində çalışıb. Adıçəkilən şirkət "Paşa Holdinq"in strukturuna daxildir.

2018–2021-ci illərdə Azərbaycan Supermarketləri MMC-də İcraçı direktor vəzifəsində çalışıb.

05 aprel 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.[1]

30 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib.[2]

  1. "Z.R.Mikayılovun Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-05.
  2. "Z.R.Mikayılovun Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-19.