Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti (qısaldılmış halda — "Azmelsutəsərrüfat" ASC) — "Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 fevral tarixli 372 nömrəli Fərmanı ilə yaradılmışdır.

Azmelsutəsərrüfat ASC
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi Dövlət müəssisəsi
Təsis tarixi 2006
Bağlanma səbəbi birləşdirilmə
Rəhbərlik
Rəhbərlik Zaur Mikayılov
mst.gov.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

5 noyabr 2020-ci ildən 30 mart 2023-cü ilə qədər Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olub.

ASC 30 mart 2023-cü ildə əmlakları ilə birlikdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında yaradılan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib.[1]

Azərbaycanda meliorasiya və su təsərrüfatına rəhbərlik məqsədilə 1920-ci ildə Azərbaycan SSR Xalq Torpaq Komissarlığı nəzdində su şöbəsi yaradılıb, 1921-ci ildə onun adı dəyişdirilərək su təsərrüfatı şöbəsi adlandırılıb. 1925-ci ildə Azərbaycan SSR Ali İqtisadi Şurası nəzdində Azərbaycan Su Təsərrüfatı idarəsi (Azvodxoz) yaradılmışdır.

O, 1941-ci ildən Azərbaycan Su Təsərrüfatı Xalq Komissarlığı, 1946-cı ildən Azərbaycan SSR Su Təsərrüfatı Nazirliyi, 1966-cı ildən isə Azərbaycan SSR Meliorasiya və Su Təsərrüfatı Nazirliyi, 1993-cü ildən Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi adlandırılmışdır.

Azərbaycan Respublikası Prezidentinin "Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi haqqında" 23 noyabr 2004-cü il tarixli fərmanı ilə komitə ləğv edilərək Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi, "Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" 23 fevral 2006-cı il tarixli 372 nömrəli fərmanı ilə agentliyin bazasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ("Azmelsutəsərrüfat" ASC) yaradılmışdır. O, meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərən və səhmləri dövlətə məxsus səhmdar cəmiyyətidir.

"Azmelsutəsərrüfat" ASC öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına, digər normativ-hüquqi aktlara və bu Nizamnaməyə uyğun olaraq həyata keçirir.

"Azmelsutəsərrüfat" ASC hüquqi şəxsdir, müstəqil balansa, xəzinə və bank hesablarına malikdir. Cəmiyyətin ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlaka cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.

"Azmelsutəsərrüfat" ASC üzərində Azərbaycan Respublikasının Dövlət gerbi təsvir edilmiş və Cəmiyyətin adı göstərilmiş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

"Azmelsutəsərrüfat" ASC əsas məqsədi meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərmək, torpaqların su təminatını həyata keçirmək, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını təşkil etmək, bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirməkdən ibarətdir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC Nizamnaməsinə uyğun olaraq respublikada iqtisadiyyatın müxtəlif sahələrini su ilə təmin edir, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını təşkil edir, suların istifadəsi və mühafizəsinə dövlət nəzarətini təmin edir, meliorasiya olunmuş torpaqlardan şor suların kənarlaşdırılmasını, sel və daşqın sularına qarşı mübarizə tədbirlərini həyata keçirir, yerüstü su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi baş sxemini, hövzə və ərazi sxemlərini müvafiq dövlət orqanları ilə birlikdə hazırlayır, transsərhəd su obyektlərindən istifadəni, meliorasiya və irriqasiya sistemlərinin dövlətlərarası birgə istismarını təmin edir, meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi üzrə sifarişçi funksiyalarını həyata keçirir. Cəmiyyət qarşısına qoyulan funksiya və vəzifələrini tabeliyində olan idarə, müəssisə və təşkilatlar vasitəsilə həyata keçirir. Cəmiyyətin tabeliyində olan idarə, müəssisə və təşkilatlar müvafiq qanunvericiliyə uyğun olaraq yaradıla, yenidən təşkil edilə və ləğv oluna bilər. Cəmiyyətin tabeliyində olan idarə, müəssisə və təşkilatların rəhbərləri həmin idarə, müəssisə və təşkilatların məqsəd və funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Cəmiyyətin tabeliyində olan idarə, müəssisə və təşkilatlar bu Nizamnaməyə əməl etməli, öz fəaliyyətləri barədə Cəmiyyətə hesabat verməli, Cəmiyyət tərəfindən keçirilən tədbirlərdə və Cəmiyyət qarşısında duran vəzifələrin həllində iştirak etməli və qanunvericiliyə uyğun olaraq digər vəzifələri yerinə yetirməlidirlər.

İdarə Heyəti Cəmiyyətin kollegial icra orqanıdır. İdarə Heyəti qanunvericiliklə və bu Nizamnamə ilə Cəmiyyətin digər idarəetmə orqanlarının müstəsna səlahiyyətlərinə aid edilmiş məsələlər istisna olmaqla, Cəmiyyətin idarə edilməsi ilə bağlı bütün məsələləri həll edir. İdarə Heyətinin tərkibi 4 nəfərdən — sədr, onun birinci müavini və 2 müavindən ibarətdir. İdarə Heyətinin işinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən sədr rəhbərlik edir. Sədrin bir birinci müavini və iki müavini Cəmiyyətin sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Baş naziri tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad olunur. Cəmiyyətin sədri aparatının və tabeliyində olan idarə, müəssisə və təşkilatların rəhbər işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onların barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri görür.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı "ASC"-nin hal-hazırda rəhbəri Zaur Mikayılovdur. Sədrin müavinləri Rafiq AslanovZakir Quliyevdir.

S/S İdarə və ya

təşkilatın adı

1 Azdövsutəslayihə institutu
2 Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyi
3 Elmi-tədqiqat su problemləri institutu
4 Meliorasiya və irriqasiya obyektlərinin qeydiyyatı idarəsi
5 Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihənin Həyata Keçirilməsi üzrə İşçi qrup
6 Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti
7 "Samur-Abşeron suvarma sisteminin yenidən qurulması" layihəsinin həyata keçirilməsi üzrə İşçi qrup
Suvarma Sistemləri İdarələri
1 Abşeron suvarma sistemləri idarəsi
2 Ağdaş suvarma sistemləri idarəsi
3 Ağcabədi suvarma sistemləri idarəsi
4 Ağstafa suvarma sistemləri idarəsi
5 Ağsu suvarma sistemləri idarəsi
6 Astara suvarma sistemləri idarəsi
7 Balakən suvarma sistemləri idarəsi
8 Beyləqan suvarma sistemləri idarəsi
9 Bərdə suvarma sistemləri idarəsi
10 Biləsuvar suvarma sistemləri idarəsi
11 Cəbrayıl suvarma sistemləri idarəsi
12 Cəlilabad suvarma sistemləri idarəsi
13 Şabran suvarma sistemləri idarəsi
14 Füzuli suvarma sistemləri idarəsi
15 Goranboy suvarma sistemləri idarəsi
16 Göyçay suvarma sistemləri idarəsi
17 Göygöl suvarma sistemləri idarəsi
18 Hacıqabul suvarma sistemləri idarəsi
19 Xaçmaz suvarma sistemləri idarəsi
20 Xızı suvarma sistemləri idarəsi
21 Xocavənd suvarma sistemləri idarəsi
22 İmişli suvarma sistemləri idarəsi
23 İsmayıllı suvarma sistemləri idarəsi
24 Kəlbəcər suvarma sistemləri idarəsi
25 Kürdəmir suvarma sistemləri idarəsi
26 Qax suvarma sistemləri idarəsi
27 Qazax suvarma sistemləri idarəsi
28 Qəbələ suvarma sistemləri idarəsi
29 Quba suvarma sistemləri idarəsi
30 Qubadlı suvarma sistemləri idarəsi
31 Qusar suvarma sistemləri idarəsi
32 Laçın suvarma sistemləri idarəsi
33 Neftçala suvarma sistemləri idarəsi
34 Oğuz suvarma sistemləri idarəsi
35 Saatlı suvarma sistemləri idarəsi
36 Sabirabad suvarma sistemləri idarəsi
37 Salyan suvarma sistemləri idarəsi
38 Samux suvarma sistemləri idarəsi
39 Siyəzən suvarma sistemləri idarəsi
40 Şamaxı suvarma sistemləri idarəsi
41 Şəki suvarma sistemləri idarəsi
42 Şəmkir suvarma sistemləri idarəsi
43 Tərtər suvarma sistemləri idarəsi
44 Tovuz suvarma sistemləri idarəsi
45 Ucar suvarma sistemləri idarəsi
46 Yevlax suvarma sistemləri idarəsi
47 Zaqatala suvarma sistemləri idarəsi
48 Zəngilan suvarma sistemləri idarəsi
49 Zərdab suvarma sistemləri idarəsi
Kollektorların İstismar İdarələri
1 Baş Mil-Muğan Kollektorunun

istismarı idarəsi

2 Baş Şirvan Kollektorunun

istismarı idarəsi

3 Mərkəzi Muğan Kollektorunun

istismarı idarəsi

4 Mil-Qarabağ və Aşağı Şirvan

Kollektorlarının istismarı idarəsi

5 Aşağı Muğan Meliorativ

Sistemlərinin istismarı idarəsi

Meşə Meliorasiya İdarələri
1 Qarabağ meşə meliorasiya idarəsi
2 Mil-Muğan meşə meliorasiya idarəsi
3 Şirvan meşə meliorasiya idarəsi
Su Anbarlarının, Hidroqovşaqların və

Magistral Kanalların İstismar İdarələri

1 Ağstafaçay hidroqovşağının

istismarı idarəsi

2 Bəhramtəpə hidroqovşağının

istismarı idarəsi

3 Yuxarı Xanbulançay hidroqovşağının

istismarı idarəsi

4 Mil-Muğan hidroqovşağının

istismarı idarəsi

5 Tərtərçay hidroqovşağının

istismarı idarəsi

6 Viləşçay su anbarının istismarı idarəsi
7 Əyriçay su anbarının istismarı idarəsi
8 Yuxarı Qarabağ kanalının

istismarı idarəsi

9 Yuxarı Şirvan kanalının istismarı idarəsi
10 Samur-Abşeron kanalının istismarı idarəsi
11 Cənubi Muğan kanalının istismarı idarəsi
12 Şəmkirçay su anbarı və maşın kanalının

istismarı idarəsi

13 Kür-Araz çaylarında bəndlərin

istismarı idarəsi

Meliorasiya İdarələri
1 Ağcabədi meliorasiya idarəsi
2 Sabirabad meliorasiya idarəsi
3 Ucar meliorasiya idarəsi
4 Beyləqan meliorasiya idarəsi
Mexaniki Suvarma İdarələri
1 Ağdam mexaniki suvarma idarəsi
2 Mollakənd mexaniki suvarma idarəsi
3 Pirəzə mexaniki suvarma idarəsi
4 Sabirabad mexaniki suvarma idarəsi
Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarələri
1 Acınohur qış otlaqlarının su təminatı

sistemlərinin istismarı idarəsi

2 Bozdağ qış otlaqlarının su təminatı

sistemlərinin istismarı idarəsi

3 Ceyrançöl qış otlaqlarının su təminatı

sistemlərinin istismarı idarəsi

4 Qobustan qış otlaqlarının su təminatı

sistemlərinin istismarı idarəsi

5 Mərkəzi Muğan qış otlaqlarının su

təminatı sistemlərinin istismarı idarəsi

6 Pirsaat qış otlaqlarının su təminatı

sistemlərinin istismarı idarəsi

7 Şirvan qış otlaqlarının su təminatı

sistemlərinin istismarı idarəsi

Subartezian Quyularının İstismarı İdarələri
1 Ağcabədi subartezian quyularının

istismarı idarəsi

2 Beyləqan subartezian quyularının

istismarı idarəsi

3 Bərdə subartezian quyularının

istismarı idarəsi

4 Goranboy subartezian quyularının

istismarı idarəsi

5 Şəmkir subartezian quyularının

istismarı idarəsi

6 Şəki subartezian quyularının

istismarı idarəsi

7 Tərtər subartezian quyularının

istismarı idarəsi

8 Tovuz subartezian quyularının

istismarı idarəsi

Melioservis İdarələri
1 Ağdam melioservis idarəsi
2 Beyləqan melioservis idarəsi
3 Bərdə melioservis idarəsi
4 Cəlilabad melioservis idarəsi
5 Kürdəmir melioservis idarəsi
6 Qazax melioservis idarəsi
7 Lənkəran melioservis idarəsi
8 Masallı melioservis idarəsi
9 Neftçala melioservis idarəsi
10 Saatlı melioservis idarəsi
11 Sabirabad melioservis idarəsi
12 Salyan melioservis idarəsi
13 Ucar melioservis idarəsi
14 Yevlax melioservis idarəsi
15 Zaqatala melioservis idarəsi
16 Zərdab melioservis idarəsi


Zavodlar və İxtisaslaşmış İdarələr
1 Meliorasiya-mexaniki təmir zavodu
2 Bakı ixtisaslaşdırılmış elektrik avadanlıqlarının təmir-quraşdırma

və sazlama idarəsi

+
3 Sumqayıt sənaye kombinatı
4 Gəncə ixtisaslaşdırılmış təmir-quraşdırma və sazlama idarəsi
5 Bəhramtəpə dəmirbeton zavodu
6 Texnoloji-istehsalat komplektləşdirmə idarəsi
7 Hidrogeoloji-meliorativ xidmət idarəsi
  1. "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb". 2023-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-30.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]