Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Zaur Mirzəzadə (23 sentyabr 1983, Bakı) — Prodüser, kino prodüser, kino rejissor, ssenari müǝllifi.
Zaur Mirzəzadə | |
---|---|
Zaur Mübariz oğlu Mirzǝzadǝ | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Fəaliyyəti | Prodüser |
Mirzǝzadǝ Zaur Mübariz oğlu 23 sentyabr 1983-cü ildǝ Bakıda anadan olub. 1990-cı ildǝ 189 saylı orta mǝktǝbǝ daxil olub, 1995-ci ildǝ "287 saylı Zǝkalar" liseyinǝ daxil olub, 2000-ci ildǝ hǝmǝn liseyi bitirib. Süleyman Əlǝsgǝrov adına 1 nömrǝli musiqi mǝktǝbindǝ tar ixtisası üzrǝ tǝhsil alıb. 2000-ci ildǝ Bakı Dövlǝt Universitetinin biologiya fakültǝsinǝ daxil olub, amma bu ixtisas üzrǝ tǝhsilini davam etdirmǝk istǝmǝdiyindǝn bu sahǝdǝ tǝhsilini yarımçıq qoyub. 2001-ci ildǝ "Neft vǝ Qaz yataqlarının işlǝnmǝsi vǝ istismarı" fakültǝsinǝ daxil olub, 2005-cı ildǝ bitirib.
2005-2006-ci illǝrdǝ ordu sıralarında xidmǝt edib.
2007 vǝ 2008-ci illǝrdǝ Ukraynada 2017-2018-ci illǝr isǝ Çexiyada rejissorluqdan vǝ prodüser işindǝn masterklasslar almışdır. Hal hazırda ikinci ali tǝhsilini alır.
İncǝsǝnǝtǝ hǝdsiz maraq göstǝrǝn Mirzǝzadǝ, 2007-ci ildǝ tǝhsilini davam etdirmǝk üçün Ukraynanın paytaxtı Kiyev şǝhǝrinǝ yola düşür, rejissorluqdan master klasslar alır. Bir müddǝt orda qalır reklam çarxları çǝkir vǝ tv layihǝlǝrdǝ çalışır. 2008-ci ildǝ Bakıya qayıdır Lider Tv- yǝ işǝ düzǝlir vǝ 2013-ci ilǝdǝk orda çalışır. Bir çox layihǝlǝrdǝ hǝm aparıcı,hǝm prodüser,hǝm rejissor, hǝmdǝ müǝllif kimi iştirak edib. 2013-cü 2014-cü illǝrdǝ "Express" bankın marketinq şöbǝsindǝ böyük mütǝxǝssis vǝzifǝsindǝ çalışıb. Space radiosunda aparıcı kimi fəaliyyət göstərib. 2018-2019-cu illərdə Bakı şəhər Baş Mədəniyyət İdarəsində şöbə müdiri vəzifəsində çalışıb. Hazırda "Azərbaycanfilm" kinostudiyasının prodüseri vəzifəsində çalışır
Kinoya hǝdsiz maraq göstǝrǝn Zaur Mirzǝzadǝ ard-arda böyük kassa toplayan vǝ ǝhalini kinoteatrlara cǝlb edǝn filmlǝr istehsal edir. 2014-ci il "Xoxan", 2016-cı il "Naxox", 2018-ci il "Tǝhmin vǝ Zaur".
Filmin adı | Janr | Vəzifə |
---|---|---|
Qafqaz (film,2013) | Dram (qısametrajlı) | Prodüser |
Xoxan (film, 2014) | Qorxu filmi, Komediya | Baş prodüser,aktyor |
Naxox (film, 2016) | Qorxu filmi, Komediya | Baş prodüser, quruluşçu rejissor, ssenari müəllifi. |
Təhmin və Zaur | Romantik komediya. | Baş prodüser, quruluşçu rejissor, ssenari müəllifi |
Adı | Janr | Yayım | Vəzifə |
---|---|---|---|
Suala Cavab (veriliş, 2008) | Əyləncəli yumoristik | Lider TV | Redaktor |
ƏN (veriliş, 2008) | Maarifləndirici-əyləndirici | Lider TV | Redaktor,Aparıcı,Produser |
Kinoman (veriliş, 2009) | İnformativ | Lider TV | Produser,Redaktor,Aparıcı |
Barkod (veriliş,2010) | Maarifləndirici | Lider TV | Aparıcı,Produser |
5-ci element (veriliş,2010) | Novruz Bayramı haqqında televiziya filmi | Lider TV | Ssenari müəllifi,rejissor,aktyor |
Sehirli xalat (veriliş,2011) | Yeni il konserti | Lider TV | Ssenari müəllifi,rejissor,aparıcı |
Lift (verliş,2012) | Realiti Şou | Lider Tv | İdeya müəllifi,redaktor,prodüser,aparıcı |
1001-ci səhər (veriliş,2012) | Əyləncəli-musiqili | Lider TV | İdeya müəllifi,redaktor,rejissor,prodüser |
Videobazz (veriliş,2012) | Əyləncəli-yumoristik | Lider TV | İdeya müəllifi,redaktor,prodüser |
Cavanlıq (teleserial,2012) | Yumoristik televiziya serialı | Lider TV | İdeya müəllifi,ssenari müəllifi,kreativ prodüser,aparıcı |
Lift 2 (veriliş,2013) | Realiti Şou | Lider Tv | İdeya müəllifi,redaktor |
YVG radio şou (veriliş,2015) | Əyləncəli | Space Radio | İdeya müəllifi,aparıcı |
100\100 şou (veriliş,2018) | Əyləncəli | ARB | İdeya müəllifi,baş prodüser |
Novruz üçün konsert (veriliş,2019) | 3-gün açıq havada konsert | Lider Tv | Təşkilatçı |
Səhərdən sonra (veriliş,2019) | İnformativ | Lider Tv | Baş prodüser |
Ulduzlu təmir (veriliş,2019) | İnformativ | Lider Tv | Baş prodüser |