Zaur Yusifov

Zaur Əli oğlu Yusifov (1 yanvar 1984, İliç rayonu15 mart 2022, Bakı) — Kikboksinq üzrə dünya çempionu, İki dəfə Azərbaycan çempionu, respublika turnirinin qalibi, 2005-ci ildə Avrasiya çempionu.[1]

Zaur Yusifov
Yusifov Zaur Əli oğlu
Şəxsi məlumatlar
Vətəndaşlığı
Doğum tarixi 1 yanvar 1984(1984-01-01)
Doğum yeri
Vəfat tarixi 15 mart 2022(2022-03-15) (38 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
İdman növü Kikboksinq
Məşqçiləri
İdman dərəcəsi Əməkdar idman ustası
Hərbi rütbəsi baş leytenant

Həyatı[redaktə | mənbəni redaktə et]

1984-cü il yanvarın 1-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşdur. Azərbaycan Beynəlxalq Universitetində hüquq təhsili almışdır. 2013–2017-ci illərdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Bakı Regional İdarəsində inspektor vəzifəsində işləmişdir.[2]

İdman karyerası[redaktə | mənbəni redaktə et]

15 yaşında idmanla məşğul olmağa başlamışdır. Elşən Abdulrəhimovun rəhbərliyi altında məşqlərini davam etmişdir. kikboksinq üzrə iki dəfə Azərbaycan çempionu, respublika turnirinin qalibi, 2005-ci ildə Avrasiya çempionu adını qazanmışdır. 2014-cü ildə İtaliyanın Karrara şəhərində keçirilən dünya çempionatında bütün rəqiblərinə qalib gələrək, qızıl medal qazanıb.[3] 24 sentyabr 2016-cı ildə kikboksinqin K-1 versiyası üzrə Fight Vision-4 beynəlxalq yarışda dünya kəmərinin qalibi olmuşdur.[4] 7 mart 2016-cı ildə "Caspian" İdman Klubunun prezidenti seçilmişdir.[5]. "ZZ" İdman Klubunun rəhbəri olmuşdur.[6] Məşqçi kimi fəaliyyətini davam etmişdir. Tələbələri beynəlxalq yarışlarda iştirak edirdilər. Tələbəsi Miryəhya Seyidov Gürcüstanda keçirilən dünya oyunlarında çempion olmuşdur[7]

İdmançı olmaqla yanaşı, xeyriyyə aksiyalarında da iştirak edirdi.[8]. 2016-cı ildə idman paltarına AzərbaycanTürkiyə bayraqlarını vurmaqla, Türkiyə mediasında gündəmə gəlmişdir.[9]

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının "əməkdar idman ustası" idi.[10] Ölkədə idmanın inkişafında göstərdiyi xidmətlərə görə Azərbaycan Kikboksinq Federasiyasının "Fəxri Fərmanı" ilə təltif edilmişdir.

Qətl hadisəsində iştirakı[redaktə | mənbəni redaktə et]

9 may 2019-cu ildə kriminal aləmdə "Emin 444" kimi tanınan Emin Səfərovun qətlinə görə həbs edilmişdir. 8 oktabr 2021-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində Zaur Yusifovun qətldə iştirakı sübuta yetirilmədiyi üçün bəraət verilmişdir və o, məhkəmə zalından azadlığa buraxılıb.[11][12]

Vəfatı[redaktə | mənbəni redaktə et]

15 mart 2022-ci ildə Zaur Yusifov Emin Səfərovun xalası oğlu Samir Şirəliyev tərəfindən qətlə yetirilmişdir.[13] Binəqədi qəsəbəsində dəfn edilmişdir.[14] Zaur Yusifovun qətli Rusiyanın nüfuzlu saytları sports.ru, lenta.ru, yandex.ru, mk.ru və sair media orqanlarında yayımlanmışdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""Uğur qazanmaq idmançıdan yüksək peşəkarlıq tələb edir"". 2021-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-15.
  2. Zaur Yusifov 2013–2017-ci ildə Miqrasiya Xidmətinin Bakı Regional İdarəsində inspektor vəzifəsində işləyib.
  3. Zaur Yusifov: "Azərbaycanın müstəqilliyi gənc nəslə ən böyük töfhədir" — MÜSAHİBƏ[ölü keçid]
  4. "Bakıda kikboks üzrə mötəbər yarış başlayır". 2022-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-17.
  5. "Dünya Çempionu Zaur Yusifov prezident təyin edilib". 2019-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-16.
  6. ""ZZ" Kikboksinq Klubunun üzvləri ölkə çempionu oldu". 2022-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-16.
  7. Kikboksçumuz Miryəhya Seyidov ermənini darmadağın etdi — FOTOLAR
  8. "3 yaşlı talassemiyalı qıza idmançılardan DƏSTƏK — FOTO". 2017-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-17.
  9. Dünya şampiyonundan özel jest
  10. "Gənclər və İdman Nazirliyi ona "Əməkdar idman ustası" adı vermişdi
  11. "Bakıda kriminal avtoritetin qətlində təqsirləndirilən şəxs azadlığa buraxıld". 2022-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-15.
  12. avtoriteti öldürməkdə təqsirləndirilən dünya çempionu AZADLIQDA
  13. "Zaur Yusifovun qətlinə görə "Emin 444"ün xalası oğlu saxlanıldı". 2022-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-15.
  14. "Dünya çempionu Zaur Yusifov dəfn edildi — Foto". 2022-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-16.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]