Elşən Abdulrəhimov

Elşən Abdulrəhimov (Tam adı: Elşən Ələskər oğlu Abdulrəhimov; d.8 iyul 1971, Lənkəran) — Azərbaycan Kikboksinq Federasiyası Peşəkarlar üzrə yığmanın baş məşqçisi, Avrasiya çempionu, Azərbaycan Respublikasınınİdman Ustası”, “Əməkdar məşqçisi”, “Əməkdar Bədən Tərbiyəsi və İdman” işçisi.

Elşən Abdulrəhimov
Elşən Ələskər oğlu Abdulrəhimov
Şəxsi məlumatlar
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (52 yaş)
Doğum yeri Lənkəran
Təhsili Azərbaycan Dövlət Tibb Universiteti,
İdman növü Kikboksinq

Həyat və fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Abdulrəhimov Elşən Ələskər oğlu 8 iyul 1971-ci il tarixində Lənkəran şəhərində anadan olub. 1978-ci idə Lənkəran rayon Liman şəhəri 1 saylı orta məktəbini bitirib. 1992-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakultəsinə daxil olmuş, 1999-cu ildə oranı bitimişdir. İxtisası anestezioloq-reanimatoloqdur. 1999-2001-ci illərdə N saylı hərbi hissədə tibb xidməti leytenantı kimi hərbi xidmətdə olub. Ehtiyatda olan tibb xidməti leytenantıdır. 2002-2006-cı illərdə Bakı Dövlət Universitetini Hüquq fakultəsində 2-ci ali təhsil almışdır. Kikboksinq üzrə Azərbaycan Respublikasını “İdman Ustası”, Azərbaycan Respublikasının “Əməkdar məşqçisi”, Azərbaycan Respublikasının “Əməkdar Bədən Tərbiyəsi və İdman” işçisidir. 1990-cu ildə Avrasiya çempionu titulunu qazanıb. Kikboksinq idman növündən dünya çempionatının WAKO bürünc mükafatçısıdır.[1]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Fəxri Bədən Tərbiyəsi və İdman İşçilərinə fəxri adlar verildi". 2019-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-15.