Zaytuna Bikbulatova

Zaytuna Bikbulatova (tam adı: Bikbulatova Zaytuna İslamovna, başq. Зәйтүнә Ислам ҡыҙы Бикбулатова; 28 may (10 iyun) 1908, Ufa quberniyası23 fevral 1992, Ufa) — başqırd aktrisası[1]. SSRİ xalq artisti (1973)[1].

Zaytuna Bikbulatova
başq. Зәйтүнә Ислам ҡыҙы Бикбулатова
Digər adı Adil İsgəndərov
Doğum tarixi
Doğum yeri Çişmin, Safarovo
Vəfat tarixi (83 yaşında)
Vəfat yeri Ufa
Dəfn yeri
  • Ufa müsəlman qəbiristanlığı[d]
Milliyyəti başqırd
Vətəndaşlığı SSRİ SSRİ
Fəaliyyəti Aktrisa
Mükafatları "SSRİ xalq artisti" fəxri adı — 1973

10 iyun 1908-ci ildə Çişmin rayonunun Safarovo kəndində anadan olmuşdur[1].

23 fevral 1992-ci ildə Ufada vəfat etmişdir[1]. Ufa müsəlman qəbiristanlığında dəfn edilmişdir.

Makarim Maqadeyevlə evli olmuşdur.

Zaytuna Bikbulatova Ufa İncəsənət Texnikumunun teatr şöbəsini bitirmişdir[1].

Səhnə fəaliyyətinə 1927-ci ildən Ufadakı Başqırdıstan Dram Teatrında başlamışdır[1].

1961–1984-cü illərdə Başqırdıstan Teatr Xadimləri İttifaqının sədri olmuşdur[1].

O, bir sıra müxtəlif xarakterli, real səhnə obrazları yaratmışdır[1]. Əsas rolları:

  • Laurensiya ("Qoyun bulağı", L. de Veqa)
  • Dezdemona ("Otello", U. Şekspir)
  • Larisa ("Cehizsiz qız", A. Ostrovski)
  • Anna Karenina ("Anna Karenina", L. Tolstoy)
  • Tanya ("Tanya", A. Arbuzov)
  • Möhtərəmə ("Biz ayrılmayacağıq", İ. Abdullin)
  • Züleyxa ("Tənha qayınağacı", M. Kərim)
  • Fatimə ("Həyat nəğməsi", M. Əmir) və b.
  • Ufa şəhərindəki M. Frunze küçəsində yerləşən 1 nömrəli evə aktrisanın şərəfinə xatirə lövhəsi vurulmuşdur.
  • Çişmin rayonunun Safarovo kəndində yerləşən küçələrdən biri onun adını daşıyır.
  1. 1 2 3 4 5 6 7 8 BİKBULATOVA Zaytuna İslamovna Arxivləşdirilib 2022-08-16 at the Wayback Machine. ensiklopediya.gov.az  (az.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]