Başqırdıstan Dram Teatrı (tam adı: Məjit Qafuri adına Başqırdıstan Dram Teatrı; başq. Мәжит Ғафури исемендәге Башҡорт дәүләт академия драма театры) — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı olan Ufa şəhərində fəaliyyət göstərən dram teatrı[1].
Başqırdıstan Dram Teatrı | |
---|---|
başq. Мәжит Ғафури исемендәге Башҡорт дәүләт академия драма театры | |
Ümumi məlumatlar | |
Əvvəlki adı | 1-ci Başqırdıstan Dövlət Teatrı |
Teatrın tipi | Akademik |
Əsası qoyulub | 4 dekabr 1919 |
Yerləşməsi | |
54°43′07″ şm. e. 55°56′26″ ş. u.HGYO | |
Ölkə | |
Yerləşir | Kirov rayonu |
Ünvan | Rusiya, Ufa şəhəri, Zəki Validi küçəsi, 34. |
|
|
bashdram.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Teatrın əsası 4 dekabr 1919-cu ildə Sterlitamakda 1-ci Başqırdıstan Dövlət Teatrı kimi qoyulmuşdur[1]. İlk bədii rejissoru və direktoru V.Q. Murtazin-İmanski olmuşdur[2][3].
1922-ci ildən Ufaya köçürülmüş, Ufa Dövlət nümunəvi teatrının tatar-başqırd truppası ilə birləşdirilmişdir[1].
Burada başqırd və tatar müəlliflərinin pyesləri, həmçinin rus və dünya klassiklərinin əsərləri tamaşaya qoyulurdu[1].
1929-1930-cu illər teatr üçün dönüş mövsümü olmuşdur. Belə ki, həmin mövsümdə teatr başqırd ədəbi dilinə keçmiş və Moskvadakı Malı Teatr ilə yaradıcılıq əməkdaşlığı haqqında müqavilə bağlamışdır[1].
Teatrın tarixində V.Q. Murtazin-İmanski, Z.İ. Bikbulatova, T.M. Biktaşeva, L.V. Valiyev, V.Q. Qalimov, T.Q. İmaşev, R.V. İsrafilov, M.A. Maqadeyev, A.K. Mübarəkov, Ş.M. Murtazina, A.Q. Sadıkova, R.S. Sırtlanov, Q.R. Şamukov, X.Q. Yarullin və başqalarının böyük rolu olmuşdur[1]. 1935-ci ildən akademik dram teatrı statusuna malikdir[3]. 1971-ci ildən başqırd mütəfəkkiri Məjit Qafurinin adını daşıyır[1]. Teatrın qarşısında Məjit Qafurinin abidəsi qoyulub.