Vladimir Vladimiroviç Kazantsev (14 aprel 1973 Yarovoye, SSRİ), daha çox Zaza Napoli səhnə adı ilə tanınan rus pop müğənnisi, artist və teleaparıcısıdır.
Zaza Napoli | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 14 aprel 1973 (51 yaş) |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, Dreq-kvin |
zazanapoli.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Vladimir Kazantsev 14 aprel 1973-cü ildə Yarovoe şəhərində anadan olub. 1991-ci ildə Vladim kolleci bitirərək ibtidai sinif müəllimi diplomu aldı. Daha sonra məktəbdə ixtisasına uyğun çalışmağa başladı. Orada bir il işlədikdən sonra işini tərk edərək Şərqi Sibir Dövlət Mədəniyyət İnstitutunun teatr sənəti fakültəsinin teatr və kino aktyoru ixtisasına daxil oldu.[1][2][3] Paytaxta köçməzdən əvvəl Ulan-Udedə yaşamış, yerli Dövlət Televiziya və Radio Verilişləri Şirkətində çalışmış, teatrda oynamış və rəsmi konsertlər vermişdir .[4]
2004-cü ildən 2020-ci ilə qədər Tatyana Sumçenko ilə evli olub, boşanıb[5][6][7] .
1997-ci ildə Moskvaya köçdü və 1998-ci ildə Cənnət quşları travesti teatrını təsis etdi. 2002-ci ildə "Buz dövrü" adlı kriminal filmdə, 2006-cı ildə isə Zaza Napoli obrazında "Gözəl doğulma" serialında rol alıb.[8] Həmçinin "Lənətlənmiş Cənnət" trillerində və "Oyun Kralları" komediyasında və başqa filmlərdə çəkilib.[9][10] 2007-ci ildə NTV kanalında teleaparıcı kimi fəaliyyətə başladı.
2017-ci ildə 22 trekdən ibarət "Sizin üçün …" adlı debüt albomunu buraxdı. O, "Nənələr", "Gəlin içək" və "Rəfiqə" adlı mahnılarına klip çəkdirdi. Elə həmin il o, 12 trekdən ibarət "Bu mümkündür …" adlı digər albomunu buraxdı. 2020-ci ildə "Məxməri cənnət"[11][12], 2021-ci ildə isə yeni "Gülümsə" adlı albomu işıq üzü gördü.
2020-ci ildə Youtube-da "Böyüdücü arxasında" şousunun aparıcısı olub.[13]