Zemestan Yurd kömür mədəni qəzası (fars. معدن زغال سنگ زمستان یورت آزادشهر) — İran İslam Respublikasının Gülüstan ostanının Azadşəhr şəhristanınında yerləşən Zemestan Yurd kömür mədənində 2017-ci ilin 3 may tarixində baş vermiş partlayış. Hadisə 1300 metr uzunluğu olan mədənin 700 metr dərinliyində baş verib. Partlayışa metan qazının sızması və qığılcımın səbəb olduğu bildirilir. Azadşəhr şəhristanındakı Zemestan Yurt daş kömür mədəni Gülüstan ostanının mərkəzi olan Qorqan şəhərindən 90 kilometr şərqdə yerləşir.[1]
kömür mədəni qəzası | |
---|---|
Tarix | 3 may 2017 |
Yeri | İran İslam Respublikası |
Vikianbarda əlaqəli mediafayllar |
Hadisə nəticəsində 35 nəfərə yaxın mədənçinin həlak olduğu və 15 nəfərə yaxın mədənçinin dağıntılar altında qaldığı bildirilir. Ərazidə axtarış və xilasetmə tədbirləri İran qırmızı aypara cəmiyyətinin Axtarma və xilasetmə şöbəsi tərəfindən aparılır. İran İslam Respublikasının prezidenti Həsən Ruhani partlayışdan sonra hadisənin baş verdiyi mədəni ziyarət edib.