Zemfira Nərimanova (tam adı: Zemfira Əli qızı Nərimanova; 20 aprel 1959, Bakı) — Azərbaycan Respublikasının xalq artisti (2000), Prezident təqaüdçüsü (2019).
Zemfira Nərimanova | |
---|---|
Zemfira Əli qızı Nərimanova | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | aktrisa |
Mükafatları |
Nərimanova Zemfira Əli qızı – 1959-cu il aprel ayının 20-də Bakıda doğulub. 1976-cı ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino fakültəsinə daxil olub. 1980-ci ildə Akademik Milli Dram Teatrın aktyor truppasına ştata götürülüb.
Zemfira Nərimanova 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2000-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adları ilə təltif olunub. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə,[1] 6 may 2015-ci ildə[2], 6 may 2016-cı ildə[3], 1 may 2017-ci ildə[4] və 9 may 2018-ci ildə[5] Prezident Mükafatına, 10 may 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[6]
Tamaşanın adı | Rol | Müəllif |
---|---|---|
Yastı təpə | Şeyda | Əkrəm Əylisli |
Yad adam | Sofi | Leonhard Frank |
Şərqli diş həkimi | Yeremyak | Akop Paronyan |
Xurşidbanu Natəvan | Təhminə | İlyas Əfəndiyev |
Kimdir haqlı? | Arzu | Bəxtiyar Vahabzadə |
Sizi deyib gəlmişəm… | Qadın | Anar |
Məhəbbət yaşadır | Nübar | Nahid Hacızadə |
İblis | Rəna və Qaraçı | Hüseyn Cavid |
Atabəylər | Kəniz | Nəriman Həsənzadə |
Nişanlı qız | Qəmər | Sabit Rəhman |
Biganələr hoteli | Mariya | Rüstəm İbrahimbəyov |
Torpağa sancılan qılınc | Çiçək | Nəbi Xəzri |
Həyatın dibində | Nastya | Maksim Qorki |
Kölgələrin oyunu | Kleopatra | Yuliu Edlis |
Məlik Məmməd | Nağılçı | nağıl-tamaşa |
Üç quruşluq opera | Moruq Cenni | Bertolt Brext, Kurt Vayl |
Lənkəran xanının vəziri | Nisə xanım və Şölə xanım | Mirzə Fətəli Axundov |
Tufandan əvvəl | Məhəbbət | Arif Süleymanov |
Kərgədan buynuzu | Kama | Maqsud İbrahimbəyov |
Yayda qartopu oyunu | Ayna xanım | Vaqif Səmədoğlu |
Sevgililərin cəhənnəmdə vüsalı | Xumar | İlyas Əfəndiyev |
Tənha iydə ağacı | Knyaz | İlyas Əfəndiyev |
Məhəbbət və azadlıq | Kleya | Gilerme Figeyredu |
Dəlilər və ağıllılar | Südabə | İlyas Əfəndiyev |
Ah, Paris…Paris!.. | Züleyxa | Elçin |
Özümüzü kəsən qılınc | Banuçiçək | Bəxtiyar Vahabzadə |
Sokratı anma gecəsi | Dudan | Çingiz Aytmatov, Muxtar Şahanov |
Mənim ərim dəlidir | Xanım | Elçin |
Lənkəran xanının vəziri | Şölə xanım | Mirzə Fətəli Axundov |
Hərdən mənə mələk də deyirlər… | Qadın | Kamal Abdulla |
Kəllə | Paolina | Nazim Hikmət |
Anlaşılmazlıq | Marta | Alber Kamyu |
Körpüdən mənzərə | Biatris | Artur Miller |
Napoleon | Josefina | Ferdinand Brukner |
Xanuma | Tekle | A. Saqareli |