Zemfira Avramovna Sahilova (oset. Цъæхилты Аврамы чызг Земфирæ; d. 24 aprel 1943, Alagir, Şimali Osetiya MSSR, RSFSR, SSRİ) — Sovet və Rusiya teatr və kino aktrisası, pedaqoq, Petrovsk Elm və İncəsənət Akademiyasının həqiqi üzvü, "Katyuşa" Estetika və Gözəllik İnkişaf Mərkəzinin təsisçisi və rəhbəri, Moskva Mərkəzi İncəsənət İşçiləri Evinin idarə heyətinin üzvü, Rusiya Dizaynerlər İttifaqının üzvü, Rusiyanın əməkdar incəsənət xadimi, Alaniya Şimali Osetiya Respublikasının əməkdar incəsənət xadimi.
Zemfira Sahilova | |
---|---|
oset. Цъæхилты Аврамы чызг Земфирæ | |
Doğum adı | Zemfira Avramovna Sahilova |
Doğum tarixi | |
Doğum yeri | Alagir, Şimali Osetiya MSSR, RSFSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Rusiya |
Həyat yoldaşı | Georgi Saqolov[1] |
Uşağı | 3 |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 1966-bu günə qədər |
Təhsili | Boris Şşukin adına Teatr Məktəbi |
Mükafatları |
• Rusiyanın əməkdar incəsənət xadimi • Petrovsk Elm və İncəsənət Akademiyasının həqiqi üzvü • Alaniya Şimali Osetiya Respublikasının əməkdar incəsənət xadimi • Ədəbiyyat və incəsənət sahəsində Lomonosov Ordeni • "Xidmətlərinə görə" "Rusiya" ictimai fəallıq medalı • Moskvanın 850 illiyinə xatirə medalı • "Respublikanın ləyaqəti" ordeni • "Yüzilliyin mesenatı" medalı • "Osetiyanın Şərəfi" Ordeni |
IMDb | ID0874646 |
24 aprel 1943-cü ildə Şimali Osetiyanın Alagir şəhərində anadan olmuşdur.
1966-cı ildə Boris Şşukin adına Teatr Məktəbində B. Y. Zaxava və A. İ. Borisovun kursunu bitirmişdir. Təhsil aldığı illərdə Vaxtanqov teatrında çıxış etmişdir. Daha sonra Mossovet adına teatrda fəaliyyət göstərmişdir. 1960-cı illərin sonunda teatrın əsas heyətinin tərkibində Vadim Beroyev və Tatyana Bestayeva ilə yanaşı, səhnəyə "Osetin qışlağı"[2] adlı gənclərdən ibarət qrup da çıxırdı. Gənc olmalarına baxmayaraq, həmin dövrdə xeyli məşhurluq əldə etmişdilər.
Zemfira Sahilova 1970-ci illərdə teatrı tərk etmiş və gələcək fəaliyyətini kinematoqrafla bağlamışdır.
1966-cı ildən 1982-ci ilədək 30-dan artıq Sovet kinofilmində müxtəlif rollar ifa etmişdir.
Tanınmış Azərbaycan kinorejissoru Həsən Seyidbəylinin "Sən niyə susursan?" kinofilmində çəkilən Zemfira Sahilovanın, bu filmin köməyi ilə kino aktrisası kimi ampluası müəyyən edildi. Bundan sonra onu tez-tez gözəl qadınların, daha çox SSRİ-nin cənub və şərq xalqlarının nümayəndələrinin rolunu ifa etmək üçün kinoya dəvət edirdilər.
1993-cü ildə "Katyuşa" Estetika və Gözəllik İnkişaf Mərkəzini təsis etmişdir. Bu, 4 yaşından 17 yaşına qədər uşaqların qeyri-kommersiya maarif təsisatı idi.[3]
Moskva Mərkəzi İncəsənət İşçiləri Evinin idarə heyətinin və Rusiya Dizaynerlər İttifaqının üzvüdür.[4] Rusiyanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.
O, istedadlı, ehtiraslı, heyranedici dərəcədə gözəldir.
— Vladimir Dolinski[5]