Bu məqalənin giriş hissəsi yoxdur. |
Kinopovest cinayət axtarışı əməkdaşları tərəfindən qiymətli balıq növlərinin qeyri-qanuni ovlanmasının təhqiqindən, nəinki maddi, həm də mənəvi ziyan vuran brakonyerlərin ifşa olunub həbs edilməsindən danışır. Filmin gənc qəhrəmanları-dəniz sahilindəki qəsəbəyə istirahətə gəlmiş Samir (Samir Bəbirov) və Səbinə (Səbinə Həsənova) istər-istəməz istintaqa kömək edirlər. Burada eyni zamanda şəxsi və ictimai münasibətlər probleminə toxunulur, milis işçilərinin fədakar əməyindən, öz işinə sadiq adamlardan, sabahkı həyata başlayacaq gənclərdən söhbət açılır.
De ki, məni sevirsən! | |
---|---|
Janr |
dram detektiv məhəbbət uşaq |
Rejissor | Maqsud İbrahimbəyov |
Ssenari müəllifi | Maqsud İbrahimbəyov |
Baş rollarda |
Səbinə Həsənova — Səbinə Samir Bəbirov — Samir Zemfira Sahilova — Zemfira xanım Rəsmi Cəbrayılov — Rəsmi Natiq Rəsulzadə — Natiq |
Operator | Valeri Kərimov |
Bəstəkar | Firuz Bahar |
Rəssam | Fikrət Bağırov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 14 sentyabr 1977 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 63 dəq. |
Ölkə | SSRİ |
Dil | azərbaycanca |
İl | 1977 |
Texniki məlumatlar |
7 hissə 1886 metr genişekranlı 35 mm |
Rəng | rəngli |