Zeta banovinası (serb-xorv. Зетска бановина / Zetska banovina) — 1929-1941-ci illər arasında Yuqoslaviya krallığında mövcud olmuş vilayət (banovina).
Zeta banovinası | |
---|---|
42°22′48″ şm. e. 18°55′12″ ş. u. |
|
Ölkə | |
Daxildir | 32 qəza |
İnzibati mərkəz | Çetinye |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1929 |
Ləğv edilib | 1941 |
Sahəsi | 30 997 km² |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 925 516 nəfər (1931) |
Əhalinin sıxlığı | 29,9 nəfər/km² |
Vikianbarda əlaqəli mediafayllar |
Bosniya və Herseqovina tarixi | |
---|---|
Bu məqalələr ölkə seriyasındandır | |
Slavyanlardan öncəki dövr | |
İllirik • Dalmatsiya | |
Orta əsrlər | |
Bosniya banatı • Bosniya krallığı | |
Osmanlı İmperiyası | |
Bosniya əyaləti • Bosniya vilayəti | |
Avstriya-Macarıstan | |
Bosniya və Herseqovina kondominiumu | |
Yuqoslaviya | |
Vrbas banovinası • Drina banovinası • Zeta banovinası • Xorvatiya banovinası | |
Müstəqil Xorvatiya Dövləti | |
Bosniya və Herseqovina Sosialist Respublikası | |
Müstəqillik dövrü | |
Bosniya və Herseqovina Respublikası, Xorvatiya Herseq-Bosna Respublikası, Serb Respublikası, Qərbi Bosniya Respublikası | |
Bosniya və Herseqovina | |
Zeta banovinası krallığın cənub hissəsində yerləşirdi. Cənubda Adriatik dənizi, Albaniya və Vardar banovinası, qərbdə Morava banovinası, şimalda Drina banovinası və qərbdə Sahil banovinası ilə həmsərhəd idi. Banovinanın inzibati mərkəzi Çetinye idi. Banovinaya Zeta çayının adı verildi, orta əsr Monteneqro Zeta knyazlığı da eyni cür adlandırılmışdır.
1939-cu ildə Dubrovnik şəhəri ilə banovinanın bir hissəsi Xorvatiya banovinasının tərkibinə daxil oldu. 1941-ci ildə banovina ərazisi italyanlar tərəfindən işğal edilmiş Monteneqro və Albaniya arasında bölündü, Kotor şəhəri ilə ərazinin bir hissəsi İtaliyanın tərkibinə daxil oldu, banovinanın şərq əraziləri almanların işğalı altında olan Serbiyanın, qərb əraziləri isə Xorvatiya Müstəqil Dövlətinin bir hissəsi oldu. 1945-ci ildə Banovina ərazisi YSFR-a birləşdirmiş və ərazisi Çernoqoriya, Xorvatiya, Bosniya və Herseqovina, Serbiya və eləcə də Serbiya daxilində Kosovo Muxtar Sosialist Vilayəti arasında bölündü.
1931-ci ildə əhalinin dini tərkibi[1]: