Zevqma (yun. Ζεῦγμα) ― Türkiyənin müasir Qaziantep ilində yerləşən qədim yunan şəhəri. Adı Fırat çayını həmin yerdən keçən[1] və zevqma adlandırılan ponton körpüsü səbəbi ilə belə qoyulmuşdur.[2] Zevqma mozaika muzeyində yerdəki mozaika var və dünyanın ən böyük mozaika muzeylərindən biridir.
Zevqma | |
---|---|
37°03′31″ şm. e. 37°51′57″ ş. u. | |
Yer | Belkis, Qaziantep ili, Türkiyə |
Tip | Yaşayış məntəqəsi |
Tarix | |
İnşaatçı | I Selevk Nikator |
Əsası qoyulub | E.ə. 300 |
Yer qeydləri | |
Vəziyyəti | Qismən su altında qalıb |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Zevqma I Selevk Nikator tərəfindən eramızdan əvvəl 3-cü əsrin əvvəllərində[3] Fərat üzərindəki ilk körpünün olduğu yerdə qurulmuşdur.[4][5]
E.ə. 64-cü ildə şəhəri Romalılar idarə edirdi. Zevqma strateji baxımdan əhəmiyyətli bir yerdə yerləşdiyindən Romalılar üçün böyük əhəmiyyət daşıyırdı. Şəhərdə 70 000-ə qədər insan yaşayırdı və şəhər Romalılar üçün hərbi və ticarət mərkəzinə çevrilmişdi.[2] Zevqma 253-cü ildə Sasanilər tərəfindən dağıdılsa da, daha sonra yenidən bərpa edilmişdir.
Zevqma Son qədim dövrdə piskoposluq idi. Lakin VII əsrdə fars və ərəb basqınları səbəbi ilə şəhərin tərk edildiyi görünür. Orta əsrlərdə şəhərdə müvəqqəti olaraq ərəblər yaşayırdılar.
17-ci əsrdə dağıntıların yaxınlığında türk kəndi olan Belkis inşa edilmişdir.
Zevqma Qaziantep ilinin Nizip ilçəsinə 10 km məsafədəki[6] Belkıs məhəlləsində yerləşir.[7][8]
Zevqmada 1987-ci ildən başlayan qazıntı işləri günümüzdə Ankara Universiteti tərəfindən davam etdirilir.[9] Qazıntılar zamanı çıxarılan mozaikalar təxminən 2 500 kvadrat metrlik sahəni əhatə edir.[10] Bu mozaikalar bir müddət Qaziantep Arxeologiya muzeyində sərgilənmiş, 2011-ci ildə isə Zevqma mozaika muzeyinə daşınmışdır.[11]
Zevqma 2012-ci ildən bəri UNESCO-nun Ümumdünya İrsi İlkin siyahısında yer alır. Ərazidəki mövcud arxeoloji qalıqlara Yunanistan aqorası, Roma aqorası, iki ziyarətgah, stadion, teatr, iki hamam, Roma legioner bazası, Roma legionunun inzibati tikililəri, yaşayış məhəllələrinin əksəriyyəti, Yunan və Roma dövrünə aid şəhər divarları və şərq, cənub və qərb nekropolları daxildir.[12]
2014-cü ildə Zevqmada üç böyük şüşə mozaika tapılmışdır və bunlardan birində doqquz muza təsvir olunmuşdu.[13]
2020-ci ilin fevralında Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin verdiyi məlumatda Zevqma mozaika muzeyinin 2019-cu ildə rekord səviyyədə, 340 569 ziyarətçi topladığı bildirilmişdir.[14]