I Selevk Nikator (q.yun. Σέλευκος Α' Νικάτωρ; E.ə. 358 — E.ə. 281) — Makedoniyalı İsgəndərin mühafizəçisi, sərkərdə.
I Selevk Nikator | |
---|---|
Doğum tarixi | e.ə. 358 |
Vəfat tarixi | e.ə. 281 |
Uşaqları | |
Fəaliyyəti | suveren[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Selevk Nikator əvvəlcə II Filipə xidmət etmişdi. Onun vəfatından sonra İsgəndərin mühafizəçisi olmuşdu.
I Selevk Nikator Makedoniyalı İsgəndərin vəfatından sonra başqa diadoxlarla birlikdə Selevkilər imperiyasının binasını qoydu. Digər diadoxlarla aparılan uzunsürən mübarizələr nəticəsində E.ə. 312-ci ildə Selevk Babilistanda daha da möhkəmləndi və öz çarlığını yaratdı. Bu dövrdən etibarən Şərqdə min ildən artıq müddətdə istifadə olunan Selevkilər erası (burada o səhvən "İsgəndər erası" adlandırılırdı) başlandı. Midiya, İran, Mesopotamiya, Şimali Suriya, Kiçik Asiyanın bir hissəsi, habelə Hindistan Selevkilər dövlətinə daxil idi.
Yeni Mada çarlığının hökmdarları, çox güman ki, o cümlədən Atropat özü artıq IV əsrin lap sonunda İran satraplıqlarına yiyələnmiş Selevkin (358–281) qəsdlərindən ölkəni nə yolla olursa-olsun qorumaq məcburiyyətində qalmışdılar.
Lakin Selevkin və hakimiyyətə onunla şərik olan I Antioxun bütün ciddi-cəhdlərinə baxmayaraq, e.ə. III əsrin ortalarına yaxın Selevkilər imperiyası fəlakət həddinə çatdı. Baktriya, Soqdiana və Parfiya əldən çıxdı.
E.ə.305-ci ildə I Selevk Nikator yunan-makedon hakimiyyətini bərpa etmək üçün Hindistana soxuldu, lakin heç bir müvəffəqiyyət əldə edə bilmədi. I Selevk müasir İran və Əfqanıstan ərazisinin çox hissəsini Çandraquptaya güzəştə getməyə məcbur oldu. Bundan sonra selevkilər bir daha Hindistan torpaqlarına soxulmadılar. Münasibətləri möhkəmləndirmək naminə selevkilər Çandraquptanın sarayına səfir göndərdilər. Bu səfir Meqasfen idi. O gördüklərini "Hindika" əsərində təsvir etmişdi.[2]
I Selevk Makedoniyaya etdiyi hərbi yürüş zamanı həlak olmuşdur.
E.ə. IV əsrdə yaşamış Flavi Arrianın məlumatına əsasən hətta Makedoniyalı İsgəndər Xəzərin şimal və şərq okeanları ilə əlaqəsinin olması haqqında olan mübahisələrə son qoymaq məqsədi ilə əvvəlcə sərkərdə Partokla bu məsələni araşdırmağı tapşırmış, daha sonra onun bütün sahillərini yoxlamaq üçün cənubda dəniz donanmasının yaradılması haqda Heraklitə əmr etmişdir. Lakin İsgəndərin ölümü bu məsələni 40 il geri saldı. Bunu onun varislərindən biri Selevk Nikator həyata keçirdi. O, e.ə. 285–280-ci illərdə Hirkan hakimi Partokla əmr etdi ki, bütün sahilboyu səfər etsin və burada əsas məqsədlərdən biri Xəzərin xarakterini öyrənmək idi. Yəni o, başqa dənizlərlə birləşirmi, birləşirsə hansı ilə. Partokl dövrünün savadlı dövlət xadimi və alimi idi. Lakin səfər nəticəsində yazdığı əsərdə çox qəribə bir nəticəyə gəlmişdir.
Makedoniyalı İsgəndərin diadoxları |
Antiqon • Antipatr • Evmen • Kassandr • Krater • Lisimax • Perdikka • Pifon • Poliperxon • Ptolemey • Selevk |