Zeybəklər

Zeybəklər— Qərbi Anadoluda qaçaqlar.

Osmanlı dövlətinin girişdiyi uzunmüddətli müharibələrdə məğlubiyyətə uğraması Anadoludakı hakimiyyətini son dərəcə zəiflətmiş, dərəbəyi də deyilən böyüklü-kiçikli əyanların meydana çıxmasına səbəb olmuşdur. Dərəbəyilərin dövrü təxminən bir əsrədək davam etmişdir.

Məhz bu əyanların dövründə Qərbi Anadoluda, Aydın, İzmir və Manisa vilayətlərində zeybəklərin də ortaya çıxdığı müşahidə olunur. Bunlar dövlətə qarşı çıxır, varlılardan qopardıqları pul ilə keçinirdilər. Zeybək sözünün mənşəyi hələlik qaranlıq qaldığı kimi, onların zühurunda o zonadakı oymaqların bir rol oynayıb-oynamadıqları da yaxşı bilinmir. Zeybəklərin fəaliyyətinə heç cür son qoya bilməyən dövlət döyüşkən olduqları üçün onlardan muzdlu əsgər kimi orduda istifadə etmişdir. Bundan əlavə, peçeneq kostyumunun Zeybək kostyumu ilə oxşarlıqları haqqında məlumatı Bizans salnamələrində müəyyən edilən Klod Kahen İslami Qaynaqlara Görə Malazgirt Döyüşü başlıqlı məqaləsində izah etmişdir. Bizans komandirlərindən olan Alyattenin komandanlığı altında olan peçeneq əsgərləri qarşı cəbhədəki Səlçuq əsgərlərindən seçilə bilmirdilər. Bəzi tarixçilərin fikrincə, peçeneq kültürünün Zeybək kültüründə böyük təsiri vardır.[1][2]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Hayati Kuzucu, Türk Milli Kimliğinin Oluşması Süreci ve Yukarı Teke Örneği Bağlamında Dirmil’in Demografisi, Burdur 2017, s. 119.
  2. Mehmet Eröz, Milli Kültürümüz ve Meselelerimiz, Doğuş Yayın ve Dağıtım, İstanbul 1983, s. 85-86.