Zhangjiajie Milli Meşə Parkı

Çjantszyatsze Milli Meşə Parkı (çin. 湖南张家界国家森林公园, Pinyin. Húnán Zhāngjiājiè Guójiā Sēnlín Gōngyuán) — Çinin Xunan əyalətinin Çjantszyatsze şəhərində yerləşən milli park.

Çjantszyatsze Milli Meşə Parkı
Sahəsi 4810 ha
Yaradılma tarixi 1982
Yerləşməsi
29°19′28″ şm. e. 110°24′53″ ş. u.
Ölkə  ÇXR
Yerləşməsi Xunan əyaləti
Yaxın şəhər Çjantszyatsze
Çjantszyatsze Milli Meşə Parkı xəritədə
Çjantszyatsze Milli Meşə Parkı
Çjantszyatsze Milli Meşə Parkı
Milli park
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çjantszyatsze Milli Meşə Parkı, 397,5 km²'lik Vulingyuan Mənzərə və Tarixi yerinin bir hissəsidir.[1] Vulingyuan 1992-ci ildə UNESCO dünya irsi sahəsi olaraq olaraq tanındı.[2] 2001-ci ildə Torpaq və Sərvətlər Nazirliyi tərəfindən "Çjantszyatsze Qumdaşı Meşəsi Milli Geoparkı" adı ilə qorunmağa başlandı. 2004-cü ildə isə Çjantszyatsze geoparkı UNESCO Qlobal geopark siyahısına əlavə edildi.[3]

2016-cı ilin avqust ayında Çində yerləşən şüşə körpülərdən biri Çjantszyatsze şüşə körpüsü milli meşə parkı içərisində ziyarətə açıldı. 6 metr genişliyində olan şüşə körpü, dəniz səviyyəsindən 1,430 metr, yerdən isə 300 metr yüksəklikdə və 430 metr uzunluğundadır. Şüşə körpü Tianmen dağı ətrafındakı uçurumda gəzmək imkanı təmin edir.[4] Açılışdan on üç gün sonra, çox sayda ziyarətçi gəldiyi üçün körpü fəaliyyətini dayandırdı.[5] 2016-cı il sentyabrın 30-u körpü yenidən fəaliyyətini bərpa etdi.[6]

  1. "Arxivlənmiş surət". 2020-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-02.
  2. "Arxivlənmiş surət". 2021-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-02.
  3. http://www.unesco.org/new/en/natural-sciences/environment/earth-sciences/unesco-global-geoparks/list-of-unesco-global-geoparks/china/Çjantszyatsze/
  4. "Arxivlənmiş surət". 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-02.
  5. "Arxivlənmiş surət". 2020-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-02.
  6. https://www.tribuneindia.com/news/archive/world/world%E2%80%99s-longest-highest-glass-bridge-reopens-303771

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]