Zilanlı (kürd. Zîlanlî) — Azərbaycanda kürddilli[1][2] tayfa ittifaqı. Rusiya-İran müharibəsindən (1826-1828) sonra zilanlılar İrandan köçüb Azərbaycan ərazisində məskunlaşmışlar. Tayfa bir neçə tirəyə bölünmüşdür. XIX əsr mənbələrində göstərilir ki, zilanlılar Hüseyn xan Zilanlının başçılığı ilə Azərbaycana gələrək bir sıra yaşayış məntəqələri salmışlar. Azərbaycanın Qubadlı rayonunda eyniadlı kənd mövcuddur.[3] Zilanlı tayfa ittifaqının köçü ilk öncə Arazboyu ərazilərə olmuşdur. Zilanlı tayfa ittifaqı Buriki, Cəlali, Milaya, İradi, Zabuq, Cunuq, Çaxmanlı, Arizanlı və Halisanlı tayfalarından ibarət idi. Bu tayfaların bir qismi Arazboyu ərazilərə, əsas qismi isə İrəvan quberniyasının Naxçıvan qəzasına köçmüşdür.[4]