Zinət Aman

Zinət Aman (ing. Zeenat Aman; 19 noyabr 1951, Bombey[1]) — məşhur Hindistan aktrisası , modeli və rəqqasəsi.

Zinət Aman
ing. Zeenat Aman
Doğum tarixi 19 noyabr 1951(1951-11-19) (72 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti aktrisa, model[d], gözəllik müsabiqəsi iştirakçısı, kino aktrisası
Fəaliyyət illəri 1971-ci ildən
Təhsili
IMDb ID0023868
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zinət Aman 19 noyabr 1951-ci ildə anadan olub. Atası Amanulla Xan müsəlman, anası isə indus olub. 13 yaşında atasını itirməyi Zinətin həyatında ağır izlər qoyub. Zinətın anası ikinci dəfə almanla ailə qurub. Məhz bu evlilik Zinətın həyatını tam dəyişdirib. Ögey atasının mədəni və intellektual olması Zinət üçün bir sıra imkanlar açıb. Unversitetə daxil olan Zinət əla oxuduğuna görə ABŞ-a, Los-Ancelesə oxumağa göndərilib. Burada o fotomodel kimi də fəaliyyət göstərib. 1970-ci ildə Zinət Aman "Miss Hindistan" gözəllik müsabiqəsində 3-cü yeri tutur. Bununla o, öz ölkəsini "Miss Asiya" beynəlxalq gözəllik müsabiqəsində təmsil etmək hüququ qazanır. Bu müsabiqədə Zinət Aman birinci yeri tutur və Hindistana bu müsabiqədə qələbə gətirən ilk şəxs olaraq ölkə tarixinə düşür. Bundan sonra Zinət kinoda çəkilməyə başlayır. Onun ilk filmi 1971-ci ildə ekranlara çıxır. Sovet prokatında "Bacı və qardaş" adı ilə tanınan bu film ona uğur gətirir. Narkoman qızın acı taleyini oynayan Zinət bu roluna görə nüfuzlu mükafat alır.

Zinət Amanın kino karyerasında 80-dən çox film var. "Əbədi məhəbbət nağılı", "Samrat", "Qədim məbədin xəzinəsi", "Üç muşketyor kimi" kimi və digər filmləri populyardır.

Zinət Amanın SSRİ ilə Hindistanın birgə çəkdiyi "Əlibaba və qırx quldur" filmindəki rolu da yaddaqalandır. "Xattuba" hit treyki sovet maqnitafonlarının dəbdən düşməyən mahnılarından idi. Kino karyerası uğurlu olan Zinət Amanın şəxsi həyatı kifayət qədər qalmaqallı və ağır olub. İki dəfə ailə həyatı quran Zinət bu nikahlarla bağlı xeyli əzablı günlər yaşayıb. Evli və iki uşaq atası olan Sancay Xanla ailə quranda Zinət xoşbəxt olacağına inanırdı. Zinət onunla birgə Rac Kapurun çəkdiyi "Abdulla" filmində çəkilib. O Sanjadan hədsiz asılı idi. Lakin bu ailə həyatı uzun sürməyib. Ziyafətlərin birində Sanjay Xanın birinci arvadı Zaruna Zinəti itələyib yıxır. Daha sonra ona yaxınşalan Sancay Zinəti hamının gözü qarşısında yumruq və şillə ilə döyür. Zərbə o qədər güclü olur ki, Zinatın gözündə 4 dəfə cərahiyyə əməliyyatı aparılır. Lakin zərbənin izi bu gün də onun gözündə aydın hiss olunur. Bundan bir az sonra Sancay Xan Zinat Amanın ona xəyanət etdiyini elan edərək ayrıldığını bildirir.

Dörd il sonra Z. Aman kinoaktoyor Mazhar Xanla ailə qurur. Bu nikahdan onların iki oğlu dünyaya gəlir. 12 illik ailə həyatı 1998-ci ildə sona çatır. Boşanma zamanı Mazhar Xan ağır xəstə idi. Bir müddət sonra o vəfat edir. Bu isə qalmaqala yol açır. Mazhar Xanın qohumları onun ölümündə Z. Amanı ittiham edirlər. Qəzəbli qohumlar Zinət Amanın evinə hücum edir və aktrisanı möhkəm döyürlər. Z. Amanın 13 yaşlı oğlu da anasını döyənlər arasında olur.

Sonrakı illərdə Z. Amanın həyatı sabitləşir. İki oğlu ilə münasibətləri düzəlir. İndi onlar anaları ilə birgə yaşayırlar.[2]

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]
  • Boyu : 175 sm
  • Sinə : 97 sm
  • Bel : 61 sm
  • Omba : 97 sm
  1. 1 2 Deutsche Nationalbibliothek Record #137807724 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. "Arxivlənmiş surət". 2019-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-19.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]