Zirehli transportyor

Ən çox istifadə olunan ZTR-lərdən biri olan ABŞ istehsalı M113. Vyetnam müharibəsi.
Almaniya Silahlı Qüvvələrinə məxsus, məsafədən idarə olunan döyüş modulu ilə təchiz olunmuş "GTK Boxer".

Zirehli transportyor (ZTR) piyada qoşun hissələrinin döyüş ərazisinə təhlükəsiz şəkildə çatdırılması məqsədilə hazırlanmış zirehli döyüş maşını növüdür.[1] Zirehli transportyoru piyadanın döyüş maşınından fərqləndirən əsas cəhət onların daşıya bildikləri silah sistemləridir.

İsrail Silahlı Qüvvələrinin verdiyi məlumata görə "Namer" dünyada ən möhkəm zirehlə təchiz olunmuş ZTR-dir.[2]

Əsas etibarilə müxtəlif çaplı pulemyotlarla təchiz olunan bu kimi döyüş maşınları bəzi hallarda geri təpməsiz top, tank əleyhinə idarəolunan raket və ya minaatanla da silahlana bilər. Birbaşa döyüş əməliyyatları üçün dizayn olunmayan bu maşınlar əsasən daşıdıqları hərbçiləri şrapnel yaralanmasından və düşmən pusqusu zamanı atəşdən qorumaq vəzifəsi daşıyır. Bu nəqliyyat vasitəsinə nisbətən daha möhkəm zirehlə örtülü olan zirehli döyüş maşınları isə birbaşa döyüşdə iştirak etmək üçün yaradılmışdır.

Müasir dövrdə bir çox ölkənin silahlı qüvvələrində istismar olunan ZTR-lərə ABŞ istehsalı M113, Rusiya istehsalı BTR-60, BTR-70, BTR-80 və s. misal göstərmək olar.

  1. Treaty on conventional armed forces in Europe. Organization for Security and Co-operation in Europe. 1989. 2013-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 dekabr 2017.
  2. In wake of last year's war in Gaza, Defense Ministry ramps up orders for new APCs Arxivləşdirilib 2015-05-28 at the Wayback Machine By YAAKOV LAPPIN, 05/05/2015, Jerusalem Post

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]