Bu məqaləni vikiləşdirmək lazımdır. |
Ziyəddin Əjdər oğlu Sadıqov - Azərbaycan kimyaçı alimi, kimya elmləri doktoru[mənbə göstərin].
Ziyəddin Sadıqov | |
---|---|
Ziyəddin Əjdər oğlu Sadıqov | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri |
Qaratəhlə kəndi Qardabani rayonu Gürcüstan SSR |
Vəfat tarixi | (48 yaşında) |
Vəfat yeri |
Moskva Rusiya SFSR |
Dəfn yeri | Gürcüstan SSR, Qardabani |
Vətəndaşlığı | Azərbaycan SSR |
Milliyyəti | Azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | kimyaçı |
Fəaliyyət illəri | 1965-1983 |
Mükafatları |
Ziyəddin Sadıqov 22 dekabr 1934-cü ildə Qarayazının Qaratəhlə kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1954-cü ildə Qarayazının Qaratəhlə kənd orta məktəbini qızıl medalla, 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1959-1962-ci illərdə BDU-nun kimya fakültəsinin aspiranturasında oxumuşdur. Aspiranturanı bitirdikdən sonra BDU-nun üzvi kimya kafedrasında assistent, baş müəllim vəzifələrində işləmişdir. 1965-ci ildən "Yüksək molekullu birləşmələr kimyası" kafedrasının dosenti olmuş, 1965-1983-cü illərdə isə həmin kafedraya rəhbərlik etmişdir.
1963-cü ildə namizədlik, 1980-cı ildə isə Moskva şəhərində doktorluq dissertasiyasını müdafiə etmişdir.
Ziyəddin Sadıqovun elmi-tədqiqat işləri əsasən stirol və onun bəzi törəmələrinin izobutilen ilə birgə sopolimerləşmə reaksiyasına, alınmış məhsulların özlülük aşqarı kimi tədqiqinə və alınmış sopolimerlərin destruksiyasının qanunauyğunluqlarına həsr edilmişdir. Onun elmi-pedaqoji fəaliyyəti 60 məqalədə, o cümlədən 3 müəlliflik şəhadətnaməsində əks olunmuşdur. Onun rəhbərliyi ilə 6 elmlər namizədi hazırlanmışdır.
O dəfərlərlə beynəlxalq və ümumittifaq elmi konfrans və simpoziumlarında iştirak etmişdir.
Ziyəddin Sadıqov ADU-nun "Elmi əsərləri" jurnalının kimya seriyasının redaktor müavini olmuşdur.
Onun əməyi "Qırmızı Əmək Bayrağı", "Şərəf Nişanı" ordenləri və "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.
Ziyəddin Sadıqov 1983-cü il yanvarın 9-da vəfat etmişdir.