Ziyadxan Kiryakov — Böyük Vətən müharibəsi veteranı, Marneuli şəhər Mərkəzi bazarının direktorunun birinci müavini, Təqaüdçülərin Hüquqlarının Müdafiəsi Assosiasiyasının yaradıcısı[1].
Ziyadxan Kiryakov | |
---|---|
Ziyadxan Süleyman oğlu Kiryakov | |
Doğum tarixi | |
Doğum yeri | Gorarxı, Marneuli |
Vətəndaşlığı | Gürcüstan |
Milliyyəti | azərbaycanlı |
Mükafatları |
Ziyadxan Kiryakov 1926-ci il may ayının 15-də Marneuli rayonunun Gorarxı kəndində dünyaya göz açıb. Orta təhsilini Tbilisidə alıb. 1942-ci ildə könüllü olaraq ordu sıralarına daxil olub və müharibədən sonra 1945-ci ildə ordudan tərxis edilib. Hazırda əmək və müharibə veteranıdır[1].
Ziyadxan Kiryakov hazırda 7 nəvə, 9 nəticə babasıdır.
İş fəaliyyətinə 1946-cı ildən Tbilisi şəhərində Tədarük nazirinin katibi vəzifəsi ilə başlayıb.
1995-ci ildən bu günə qədər Marneuli şəhərinin Mərkəzi bazarının direktorunun birinci müavini vəzifəsində çalışır. 2003-cü il iyul ayının 8-də Marneuli şəhərində Təqaüdçülərin Hüquqlarının Müdafiəsi Assosiasiyasını yaradıb.
Dövlət qarşısında göstərdiyi xidmətlərə görə 2003-cü ildə eks-prezident Eduard Şevardnadzenin 668-cı qərarına əsasən Marneuli şəhərində müharibə veteranları hərəkatının inkişafında, gürcü və Azərbaycan xalqları arasında dostluğun möhkəmləndirilməsində və veteranların sosial vəziyyətinin yaxşılaşdırılmasında göstərdiyi öz şəxsi yardımına, səmərəli əməyi və ictimai işgüzarlığına görə, Marneuli şəhər Veteranların Hüquqlarının Müdafiəsi Komitəsinin və Gürcüstan Azərbaycanlıları Birliyinin Qocalar şurasının rəhbəri, müharibə və əmək veteranına qayğısına görə Ləyaqət ordenilə mükafatlandırılıb.