Bakı Ali Neft Məktəbi

Bakı Ali Neft Məktəbi və ya qısaca: BANMAzərbaycanda dövlət ali təhsil müəssisəsi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxildir.

Bakı Ali Neft Məktəbi
BANM
Loqonun şəkli
BANM-ın loqosu
BANM-ın loqosu
Əsası qoyulub 29 noyabr 2011
Rektor Elmar Qasımov
Şəhər Bakı
Ölkə
Ünvan Xocalı prospekti, 30
Metro Xətai
Sayt socar.az
bhos.edu.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan ali təhsil orqanlari sırasına yeni daxil edilmiş Bakı Ali Neft Məktəbi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli Fərmanı əsasında ARDNŞ-nin tərkibində yaradılmışdır.

Bakı Ali Neft Məktəbinin tələbələri nəzəri bilikləri mənimsəməklə yanaşı ARDNŞ-nin müəssisə və təşkilatlarında peşə təlimi və istehsalat təcrübəsi də keçirlər. Bu məqsədlə BANM-in tədris infrastrukturu ən müasir təlim avadanlıqları ilə təchiz olunmuşdur.

Hazırda BANM-in bakalavr səviyyəsində təhsil alan tələbələri Heriot-Vatt Universitetinin tədris proqramlarına uyğun təlim keçirlər. Birinci kurs tələbələri üçün "İngilis dili" və "Kompüter və İnformasiya Kommunikasiya Texnologiyaları" fənləri intensiv şəkildə və yüksək səviyyədə tədris olunur.

Maddi-texniki bazası

[redaktə | mənbəni redaktə et]

Bakı Ali Neft Məktəbi Bakı şəhərinin "Ağ Şəhər" adlanan hissəsində yerləşir.

Bibiheybət ərazisində yerləşən yeni şəhərcik isə 2017-ci ildə tikilib istifadəyə verilmişdir. 7 hektar ərazisi olan kampusun tikintisinə 2012-ci ildə başlanılıb və tədris üçün tam hazır vəziyyətə gətirilib.

Bakı Ali Neft Məktəbinin kampusu əsas tədris korpusunu, kitabxana kompleksini, kütləvi tədbirlər üçün akt zalını, idarəetmə bölmələrinin yerləşdiyi binanı, yeməkxananı, uşaq bağçasını, ən müasir tələblərə cavab verən və qapalı idman zallarından, qapalı üzgüçülük hovuzundan, açıq tennis, voleybol, basketbol meydançalarından və stadiondan ibarət idman və 400 nəfərlik yataqxana kompleksini birləşdirir.

Belə ki, "ABB" şirkəti kampusda inteqrasiya edilmiş idarəetmə və təhlükəsizlik laboratoriyasını, "Schneider Electric" şirkəti qəza hallarının idarəedilməsi və avtomatlaşdırılması laboratoriyasını, "AVANDSİS group" və "Schneider Electric" şirkətləri birlikdə avtomatik sistemlərin elementlərini və proqram təminatını, "Emerson process management" şirkəti isə nəzarət-ölçmə və idarəetmə laboratoriyasını Bakı Ali Neft Məktəbinə hədiyyə ediblər.

Bundan başqa, neft-qaz mühəndisliyi, kimya və proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedralarının ərazisində laboratoriya işlərinin yerinə yetirilməsi üçün müasir avadanlıqlar, qurğular yerləşdirilib, bərpaolunan enerji mühəndisliyi və elmi-tədqiqat laboratoriyaları istismara verilib.

Ali məktəbin kitabxanası tələbələrə bir çox tədris materialları və hesablama texnikası ilə yanaşı həmçinin lazımı məlumatın əldə olunmasına yardım edəcək mütəxəssis məsləhətləri təklif edir. Bundan əlavə tələbələrə Heriot-Vatt Universitetinin kitabxanasının elektron resurslarından istifadə etmək imkanı yaradılmışdır. Burada tələbələr elektron bazalarda axtarış aparmaq, e-jurnal, e-kitab, konfrans materialları və s. sənədləri istifadə etmək və yükləmək imkanına malikdirlər.

Beynəlxalq əlaqələr

[redaktə | mənbəni redaktə et]

Mütəxəssis hazırlığı Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

BANM və Heriot-Watt universiteti arasında sazişin bağlanması

Neft-qaz mühəndisliyi və Kimya mühəndisliyi ixtisasları üzrə təhsil Heriot-Vatt Universitetinin tədris proqramları və bu universitetin mütəxəssislərinin iştirakı ilə həyata keçirilir. Bu iki ixtisas üzrə BANM-i bitirmiş tələbələr Bakı Ali Neft Məktəbinin və Heriot-Vatt Universitetinin diplomlarını əldə edəcəklər.

Bakı Ali Neft Məktəbinə tələbə qəbulu 6 ixtisas üzrə həyata keçirilir:

Tələbələr üçün

[redaktə | mənbəni redaktə et]

Tələbələrin hamısının təmsil olunduğu tələbə forumu təşkil olunmuşdur və burada tələbə həyatı ilə bağlı məsələlər və ideyalar müzakirə olunur. Tələbə idarəetmə orqanları tələbələrə dəstək proqramı, ali məktəbi idman yarışlarında, ictimai klub və cəmiyyətlərdə təmsil etmək, əyləncəli proqramların təşkil edilməsi və s. kimi dərsdənkənar tədbirlər təşkil edirlər.

Tələbə Elmi Cəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Tələbə Elmi Cəmiyyəti (TEC) Bakı Ali Neft Məktəbinin tələbələrini elmi fəaliyyətə cəlb edən və gələcəyin liderləri kimi formalaşdıran ictimai qurumdur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]