Ziyilcikli gərməşov

Ziyilcikli gərməşov (lat. Euonymus verrucosus) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü.

Ziyilcikli gərməşov
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Kiçik Asiyada, Skandinaviyada, Orta Avropada təbii halda yayılmışdır. İlk dəfə Balkan yarımadasında təsvir edilmişdir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Alçaqboylu (1–2 m) koldur. Cavan zoğları sıx, kütləşmiş, qaramtıl ziyillərlə örtülüdür. Yarpaqları açıq-yaşıldır, ellips və ya uzunsov ellipsvarı formalıdır, kənarları xırda dişlidir. May-iyun aylarında çiçəkləyir. Çiçəkləri yarpaq qoltuğunda yerləşir, çiçək saplağı uzundur, hər saplaqda 7-yə qədər çiçək olan çiçək qrupu yarımçətirdə yerləşir. Kasacığı 4 dilimlidir, ləçəkləri tünd-qırmızı və ya yaşılımtıl-boz rənglidir. Xoşa gəlməyən ağır iyi vardır. Meyvəsi avqust-oktyabr aylarında yetişir. Meyvəsi 4 bölümlü qutucuqda olmaqla saplaqdan asılmış vəziyyətdədir. Toxumu yumurtavarı, qara, parlaq, yarıya qədər qırmızımtıl örtüklə örtülüdür.

Rütubətli ərazilərdə, humusla zəngin torpaqlarda yaxşı bitir. Şaxtayadavamlıdır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük və Kiçik Qafqazda, Lənkəran zonasında, Naxçıvanın meşə və kolluqlarında bitir.

Payızda qırmızımtıl meyvəsi və sarımtıl-çəhrayı yarpaqları çox gözəl olur.