Əsl innab (lat. Ziziphus jujuba) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin i̇nnab cinsinə aid bitki növü.
Əsl innab | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Triba: Cins: Növ: Əsl innab |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Dünyanın bir sıra ölkələrində təbii və yabanı şəkildə rast gəlinir.
6–8 m hündürlükdə yarpağını tökən kiçik ağac və koldur. Yarpaqları növbəlidir. Dairəvi yarpaqların qaidə hissəsində 2 ədəd tikana çevrilmiş yarpaqaltlıqları və çiçək qrupu yerləşir. Çiçəkləri 2 cinsli, 5 üzvlüdür. Ulduzvarı və görkəmsizdir, kasacığı nəlbəkivaridir. Geniş üçbucaq formalı, dilimlidir. Ləçəkləri xırda, enli, qaşıqvarı, erkəkcikləri əhatə edəndir. Sütuncuğu 1–2, bəzən 3 bölümlüdür. Yumurtalığı 2-dir, bəzən 3–4 yuvalıdır. Meyvəsi çəyirdəkmeyvəyə oxşardır, ətli, şirəli, izokarplıdır. Toxumları hamar, şırımsızdır. Oduncağı sıx və möhkəmdir, nüvə və canlı oduncağa ayrılmayandır, seyrək boruludur, qırmızımtıl-qonur və ya qırmmızıdır.
Günəşli yerləri və yaxşı drenajlı torpaqları sevir.
Böyük və Kiçik Qafqazda, Naxçıvan MR-da təbii halda rast gəlinir.
Qida bitkisidir. Meyvələrindən mebel sənayesində, yeyintidə, təbabətdə və s. sahələrdə geniş istifadə olunur.