Zoğala nekropolları

Zoğala nekropolu ICulfa rayonunda, Milax kəndindən şimal-şərqdə, I Zoğala yaşayış yerinin yaxınlığında son orta əsrlərə aid arxeoloji abidə.

Ərazisi şimal qərb və cənub şərqdə dərin dərə ilə məhdudlaşır. Nekropoldakı qəbirlər q.-ş. istiqamətindədir. Heç birinin başdaşı saxlanılmamışdır. Abidənin IV–VII əsrlərə aid olması ehtimal edilir.

Zoğala nekrapolu II — Culfa rayonunda, Zoğalaçayın sağ sahilində, yaşayış yerinin yaxınlığında arxeoloji abidə. Qəbirlər yanlarda iri sal daşlardan qurulmuşdur. Bəzi qəbirlərin üzərində üst daşlarına rast gəlinir. Onların yan daşları torpağın aşınması nəticəsində üzə çıxmış, bəziləri qazılıb dağıdılmışdır. Qəbirlər müxtəlif istiqamətlərə yönəldilmiş vəziyyətdədir. Qərb-şərq istiqamətində olan qəbirlərdən birinin uzunluğu 1,3 m, eni 0,7 m idi. Qəbir kamerası baş və ayaqda bir, yanlarda bir neçə yastı sal daşla qurulmuşdu. Nekropolu I–VII əsrlərə aid etmək olar.

  • Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan 2008