Kəlbəcər döyüşü

Kəlbəcər döyüşüQarabağ müharibəsi zamanı, 1993-cü il martın 27-dən aprelin 3-ünə kimi gedən döyüş. Döyüş Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Kəlbəcər rayonunu işğal etməsi ilə nəticələnmişdir.

Kəlbəcər döyüşü
Kəlbəcəri tərk edən azərbaycanlı qaçqınlar
Tarix 27 mart – 3 aprel 1993
Yeri Kəlbəcər rayonu, Azərbaycan
Nəticəsi Ermənistanın qələbəsi
Münaqişə tərəfləri

Ermənistan Ermənistan
Dağlıq Qarabağ separatçıları
Xarici dəstələr:

Azərbaycan Azərbaycan

Komandan(lar)

Ermənistan Qurgen Dalibaltayan
Ermənistan Samvel Babayan
Ermənistan Monte Melkonyan

Azərbaycan Surət Hüseynov
Azərbaycan Şamil Əsgərov
Azərbaycan "Xan"

Tərəflərin qüvvəsi

Naməlum
Rusiyanın 128-ci hərbi alayı[1]

Naməlum

İtkilər

Ölü:
100

Ölü:
200

Kəlbəcər rayonu Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) tərkibinə daxil olmasa da, Qarabağ bölgəsinin hissəsi olduğundan, Ermənistan və Azərbaycan ordusu buraya görə beş il döyüşmüşlər. Döyüş nəticəsində, erməni qoşunları Dağlıq Qarabağ hüdudlarından kənara çıxmışdı. DQMV və Ermənistanın sərhədləri arasında yerləşən Kəlbəcər rayonuna bir neçə kəndlər və onun paytaxtı Kəlbəcər aiddir. Rusiya mənbələrinə görə, Ermənistanda yerləşdirilən 128-ci alayın (7-ci Rusiya Ordusu) dağ qoşunları Kəlbəcəri blitzkriq əməliyyatı ilə ələ keçirdi.[2] İlk ağır müqavimətdən sonra, Azərbaycan qoşunları tezliklə dağıldı və rayon mərkəzi 1993-cü il aprelin 3-də işğal olundu.

Kəlbəcər rayonu bir neçə kanyon və Murovdağ kimi tanınan yüksək dağ silsiləsi ilə əhatə olunmuşdur. Dörd istiqamətdə hücüm edən erməni qüvvələri Kəlbəcər döyüşündə 1900 kvadrat kilometrdən çox ərazini ələ keçirdi. Bu, Ermənistanı Dağlıq Qarabağla əlaqələndirdi və Ermənistana yardım göndərmək üçün ikinci "dəhliz" açdı.

Qarabağ müharibəsi başlayan kimi həm şərq, həm də qərb tərəfdən erməni qüvvələri ilə əhatə olunan Kəlbəcərə ara-sıra hücumlar olurdu.[3] 1990-cı il iyul ayının 11-də erməni separatçıları tərəfindən "Tərtər - Kəlbəcər" sərnişin avtobusu partladaraq, dinc əhali olan maşın karvanına qarşı terror aksiyası həyata keçirdi. Terror hadisəsi nəticədə 14 nəfər həlak oldu, 35 nəfər yaralandı.[4]

1992-ci ilin aprelin 8-də Kəlbəcərin Ağdaban kəndi ermənilər tərəfindən işğal olundu. 39 nəfər kənd sakini qəddarcasına öldürüldü, 5 nəfər girov götürüldü, 100-dən artıq ev yandırıldı.[3]

1993-cü ildə Kəlbəcərin müdafiəsini 701 saylı briqada təşkil edirdi. Briqadanın komandiri ehtiyatda olan polkovnik Əzizağa Qənizadə idi. 701 saylı briqada 20 sentyabr 1992-ci ildə, 1993-ci il martın 30-na kimi Laçın rayonunun şimal-qərb hissəsində qarşısında duran döyüş tapşırığını yerinə yetirib.[3]

1993-cü il fevral ayının 15-də Ağdərə rayonunun işğalı nəticəsində briqada blokada vəziyyətinə düşdü. 3-cü taborun tərkibində yalnız atıcı silahlarla silahlanmış 400 nəfərlik heyətin briqadanın tabeliyindən çıxarıldı. Həmin tabor Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu inzibati mərkəzi istiqamətində sərhəd xidməti vəzifələrini yerinə yetirirdi. 110 km-lik Ermənistanla dövlət sərhədində təqribən hər 10 km-lik məsafədən bir, 30 nəfərdən ibarət sərhəd dəstələri yerləşmişdi. Onlara kiçik təxribat dəstələrini zərərsizləşdirmək həvalə olundu. Kəlbəcər rayonunun Müdafiə Şurası tərəfindən yerli çağırışçılardan özünümüdafiə taboru təşkil edilsə də orada hərbi mütəxəssislər yox idi. Tez formalaşdırılmış tabor, tanklardan, artilleriya və minaatanlardan istifadə edən ermənilərin hərbi hissəsinin hücumunu dəf etmək imkanına qadir olmadı. Əzizağa Qənizadənin əmri ilə fevralın 14-də briqadanın 1-ci taboru (130 nəfər) Kəlbəcər rayonunun girişində Çərəktar kəndi yaxınlığında əlverişli mövqedə yerləşdirildi.[3]

Kəlbəcər bölgəsi

[redaktə | mənbəni redaktə et]
1992-ci ildə Kəlbəcərdən olan qaçqın

Kəlbəcər Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin qərb sərhədi arasında yerləşir. Dik dağ silsiləsi arasında yerləşən, bölgənin müharibə vaxtı əhalisi təqribən 45.000–60.000 nəfər etnik azərbaycanlılarkürdlərdən ibarət idi.[5]

Kəlbəcərin işğalı zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən 511 dinc sakin öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb, 53 mindən artıq insan öz dədə-baba torpaqlarından qovulub. İşğal nəticəsində Kəlbəcərdə 130 yaşayış məntəqəsi ermənilərin nəzarətinə keçib, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, 9 xəstəxana, 13 000 fərdi mənzil dağıdılıb, 37 852 ha meşə sahəsi, təbii ehtiyatlar, o cümlədən zəngin qızıl yataqları talan edilib. 1993-cü ilin hesablarına görə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulub.[4]

2019-cu ildə Kəlbəcər rayonunun əhalisi Azərbaycanın 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayırdı.[4]

Güclü müqavimət

[redaktə | mənbəni redaktə et]

Mart ayının sonlarında məğlubiyyətə uğramış Azərbaycan hərbi qüvvələri bölgədən mülki şəxsləri şimalda yerləşən Yevlax şəhərinə və Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə köçürmüşdü. Ermənilər dörd istiqamətdən Kəlbəcərə girmək üçün bir neçə yüz nəfərlik bir dəstə toplamışdılar: Melkonyanın özünə tabə Qarabağ və tanklardan ibarət dəstəsi cənub-şərqdən; Vardenis şəhərindən yüz əlli nəfərlik dəstə qərbdən; üçüncü qüvvə şimaldakı Ağdaban kəndindən və əsas hücum qüvvəsi Narınclar kəndindən hücum etməli idi.[6]

Martın 26-da ermənilər 1 alay, tank, PDM, 3 ədəd döyüş vertolyotunun havadan dəstəyi ilə şiddətli artilleriya hazırlığından sonra Getavan-Çərəktar istiqamətində hücuma keçdilər. Müdafiə mövqelərində duran 1-ci motoatıcı tabor (MAT) ermənilərin çoxsaylı üstünlüyünə baxmayaraq hücumu dəf etdi. Bu döyüşdə ermənilərin bir tankı, iki PDM, bir Mİ-24 helikopteri, 50 nəfərə qədər şəxsi heyəti məhv edilmişdi. Birinci taborun 5 döyüşçüsü həlak olub, 6 nəfəri yaralanmışdı.[3]

Martın 27-si səhər saat 09:00-da Monte Melkonyanın iki tabora qədər canlı qüvvəsi, D-30 artilleriya divizionu, iki minaatan batareya, zenit batareyası, tank bölüyü, 10 qədər PDM-in atəş dəstəyi ilə artilleriya hazırlığından sonra, Kəlbəcər özünümüdafiə 1-ci bölüyünün mövqelərinə hücuma keçərək Ağdaban yaşayış məntəqəsini işğal etdi.[7] Saat 11:00-da geri çəkilən 1-ci özünümüdafiə bölüyü Bağlıpəyə yaşayış məntəqəsi qarşısında müdafiə üçün mövqeləndi. Saat 12:00-da ermənilər Mİ-24 vertolyotlarının atəşilə 1-ci MAT müdafiə rayonuna, zenit toplarının atəş mövqelərinə havadan zərbə endirməklə hücuma keçdi. 1-ci Tabor ermənilərin hücumunu ikinci dəfə dəf etdi. Zenit batareyasının topçularından 3 nəfər həlak oldu, 2 nəfər yaralandı. Saat 17:00-da ermənilər 1-ci taborun müdafiə rayonuna yenə də həmlə etdi. 1-ci Tabor mütəşəkkil hərəkət edərək öz mövqelərini qoruyub saxladı. Lakin ermənilər açıq cinahı müəyyənləşdirdi. Onlar 701-ci Briqadanı sol cinahdan, yandan keçərək, həyat əhəmiyyətli Kəlbəcər-Ağdərə-Laçın-Kəlbəcər yol bağlantısını ələ keçirmək məqsədilə müdafiənin dərinliyinə irəlilədi. Yaranmış əməliyyat durumu ilə əlaqədar olaraq, Ə. Qənizadənin əmri ilə bir zirehli dəstə Laçında gedən döyüşlərdən çıxarılaraq, Kəlbəcərə göndərildi.[3]

28 mart saat 15:00-da Melkonyanın qüvvələri Bağlıpəyə yaşayış məntəqəsinin şimalından 1-ci ozünümüdafiə bölüyünün mövqelərinə hücuma keçdi və Azərbaycan silahlı dəstələrini darmadağın etdi. Kəlbəcər rayonu 1-ci özünümüdafiə bölüyü öz fəaliyyətini bitirdi. Saat 17:30-da erməni qüvvələri, Laçın rayonundan Bağlıpəyə istiqamətində irəliləyən, zirehli dəstəsinin mövqelənməsinə imkan vermədən, işğal etdiyi hakim yüksəkliklərdən faydalanaraq hücuma keçdi. Zirehli dəstə 2 PDM, 4 şəhid, 5 nəfər yaralı itki verməklə geri çəkildi. Saat 19:00–da 2 tank, 3 PDM, 20 nəfər əsgər qüvvə ilə həyat əhəmiyyətli Kəlbəcər-Ağdərə-Laçın yol bağlantısı və Tunel qarşısında, zirehli dəstə müdafiə mövqelərində mövqeləndi. Erməni tərəfi 1-ci MAT-un arxasına çıxdı, onu əsas qüvvələrdən ayırdı. Tabor mühasirəyə düşməmək məqsədilə Ağqaya-Tunel istiqamətində geri çəkilmək əmri aldı.[3]

29 mart saat 15:00-da Melkonyanın qüvvələri Nəreştar-Keçiliqaya, Mərcimək-Zülfüqarlı yaşayış məntəqələri istiqamətində hücuma keçərək, Kəlbəcər fədailərin 2-ci və 3-cü hazırlıqsız özünümüdafiə bölüklərini darmadağın etdi. Saat 11:00-da vəziyyət kritik həddə çatmışdı. 1-ci Ordu Korpusunun komandiri general Nəcməddin Sadıqov cəbhənin yarılmış sahəsinə, “Tunel” mövqelərinə gələrək vəziyyətlə yerində tanış oldu. Saat 13:00-da Bakı şəhərindən məcburi toplanmış 75 nəfər qənc əsgər Tunel mövqeyinə gətirildi. Onlar təlim görməmiş, komandirləri olmayan, bir-birini tanımayan, silahdan istifadə etməyi bacarmayan, silahları və sursatları paylanmamış və əsgərlərə təhkim edilməmişdi. Briqadanın komandanlığı əsgərlərə silahları paylanmasını, onlardan istifadə etməyin öyrədilməsini, kiçik komandirləri təyin edilməsini, 15 dəqiqə ərzində döyüş hazırlığı keçməyi və Mərcimək yaşayış məntəqəsinin mövqelərdə yerləşdirilməsini təmin etdi. Saat 15:00-da 1-ci Taborun 30 əsgəri mühasirədən çıxıb, Tunel sahəsinə gəldi. Saat 16:00-da Vəng yaşayış məntəqəsi istiqamətində irəliləmək və əlverişli mövqedə pusqu qurmaq barədə general N.Sadıqov şəxsən sərəncam verir. Mühasirədən çıxan 1-ci taborun 30 əsgəridə bu tapşırığı yerinə yetirilməsinə cəlb edildi. Saat 16:00-da Bakı şəhərindən toplanmış 50 nəfər gənc əsgər Tunel mövqeyinə gətirildi. Döyüşə hazırlıq ermənilərin minaatanların və topların atəşi altında gedirdi, artıq bir neçə əsgər, o cümlədən N. Sadıqovun yanında durmuş rabitəçisi də yaralanmışdı. Saat 20:00-da ermənilər Vəng yaşayış məntəqəsi daxil olmaqla Tərtər çayının cənub sahili boyu köməyə göndərilən qüvvələri mühasirəyə aldı və onları darmadağın etdi. Martın 29-da günün sonuna Taxtabaşı-Keçiliqaya-Mərcimək-Ağqaya-Bağlıpəyə-Çayqovuşan-Qaragöl hüdudunu ələ keçirdi və 701-ci briqadanın 1-ci Taborunu əsas qüvvələrini geri çəkilməyə macal vermədən mühasirəyə aldı.[3]

Martın 30-da Kəlbəcərdə vəziyyət öz böhranlı mərhələsinə çatdı. Müdafiəni yarmış ermənilərin saxlanılması və Zülfüqarlı yaşayış məntəqəsindəki Kilsəli-Zülfüqarlı-Kürdhacı vacib yol bağlantısını ələ keçirməsinin, bununla da briqadanın yeganə təminat və hərəkət marşrutunu kəsməsinin qarşısını almaq məqsədilə Laçın rayonunun şimalında müdafiə olunan, 2-ci və 5-ci taborlara Zülfüqarlı yaşayış məntəqəsi istiqamətində döyüş ehtimalı ilə irəliləmək və Ömər-Tunel-Zülfüqarlı-Laçın marşrutunu ermənilərdən "təmizləmək" tapşırığı verilmişdi. Həmin vaxt artıq ermənilə Azərbaycan-Ermənistan dövlət sərhədi boyu Qılınclı-Kəlbəcər və Zod-Dəmirçidam istiqamətdə canlı qüvvə və texnika toplayaraq hücuma keçməyə hazırlaşırdı. Bu qüvvələrə qarşı bir-birindən uzaq olduğuna görə atəş dəstəyi olmayan, 100 kilometrlik dağlıq ərazidə 10 zastavaya bölünmüş sərhəd dəstələri tab gətirə bilmirdi. Ermənilər 40 nəfərlik SöyüdlüDikyurd sərhəd zastavalarına hər birinə, tərkibində şəxsi heyət 500 nəfər əsgər, bir necə tank və 20-yə qədər PDM olan qüvvə ilə hücum edirdi. Həmləyə məruz qalmış sərhəd dəstələrinə qarşı qüvvə və vasitələrin nisbəti 1/12 idi. Kəlbəcər döyüşündə 701-ci briqadaya qarşı çoxsaylı ağır texnika və silah-sursatla silahlanmış erməni və rus birləşmələri üç dəfə artıq (6 hərbi alayı, 1 tank taboru və vertolyotları) döyüşürdü. Kəlbəcər və Laçında yerləşən briqada və başqa bölmələr sağ cinahdan Ermənistan sərhədi boyunca erməni və rus ordu birləşmələri, cəbhə və sol cinahdan Qarabağ erməni ordusu və erməni birləşmələri, arxada isə keçilməz Murovdağ silsiləsi əhatəsində idi.[3]

30 mart saat 10:00-da Ermənistan ordusu Ermənistan Respublikası ərazisindən 2-ci cəbhəni açıb və dövlət sərhədini pozaraq Kəlbəcər rayonuna hücuma keçdi. Döyüş zamanı Azərbaycanın sərhəd dəstələri nə qüvvə, nə də vasitələrlə bir-birinə qarşılıqlı yardım edə bilmirdi. Saat 11:00-da Müdafiə Nazirliyi tərəfindən Kəlbəcərə göndərilən tabor 80 nəfər itirərək, Tunel sahəsində darmadağın edilmişdi. Kəlbəcər rayonunun yer səthinin mühüm sahələri, hakim yüksəkliklər və Tunel ermənilər tərəfindən tutulmuşdu. Saat 12:00-da Söyüdlü sərhəd zastavası Ermənistan ərazisindən tabora qədər qüvvə tərəfindən hücuma məruz qaldı. Zastavanın heyəti sərhəddən çəkilib əlverişli yerlərdə mövqeləndi. Saat 16:00-da ermənilər Ağdərə-Kəlbəcər istiqamətində Keçiliqaya-Comərd-Bağırlı-Qanlıgöl hüdudunu ələ keçirmişdi. Mühasirəyə düşən 1-ci taborun bir hissəsi Ermənistan tərəfindən işğal olunmuş Ağdərə rayonunun ərazisi ilə Tərtər rayonuna tərəf irəliləyib mühasirədən çıxırdı.[3]

Həmin gün "Kəlbəcər rayonunun əhalisinin təxliyə edilməsi (köçürülməsi) haqqında" Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin göstərişinə uyğun olaraq yerli əhalinin təxliyəsi başlandı. Təxliyəyə Kəlbəcər özünümüdafiə taborunun əsgərləri də cəlb olundular və daha müdafiə döyüşlərində iştirak edə bilmədilər. Bütün kommunikasiya yolları və yol bağlantılarında təşvişə düşmüş yerli əhalinin nəqliyyat vasitələri və əşyaları tıxaclar əmələ gətirdi. Bu tıxaclar öz növbəsində Azərbaycan ordusunun Kəlbəcər və Laçın rayonu ərazisində manevr imkanlarını tamamı ilə heçə endirdi. Bakı şəhərindən rayona vertolyotla Kəlbəcərə döyüşmək üçün gətirilən, hazırlıqsız dəstələr darmadağın edilərək yoxa çıxmışdı. Martın 30-da 701-ci briqadanın bölmələri müdafiə nazirinin əmri ilə Laçın rayonunun mövqeləri tərk edib, onu təqib edən ermənilərin hücumlarını dəf edərək, Kəlbəcər rayonuna geri çəkilməyə başladı. Lakin ermənilər geriçəkilməni aşkar edib, geri çəkilən bölmələri özünə cəlb edərək iflic etmək və ləngitmək məqsədilə Laçın-Kürdhacı yaşayış məntəqəsi istiqamətində təqibə başladı. Eyni zamanda Vardenis-Kəlbəcər-Qılınclı, Zod-Seyidlər-Yanşaq, Tunel-Qamışlı, Vəng-Yanşaq istiqamətlərində taktiki cəhətdən vacib yol bağlantıları ələ keçirmək, geri çəkilən briqadanın geri çəkilmə yollarını kəsmək, bir-birindən ayırıb parçalamaq və məhv etmək məqsədilə hücuma keçdi. 30 mart tarixində Kəlbəcər-Ağdərə istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin müdafiə üçün tərkibində 2 tank, 3 PDM və 20 əsgər olan zirehli dəstəsi qalmışdı.[3]

31 mart saat 16:00-da 701-ci Briqadanın bölmələri Laçın rayonunun şimalındakı mövqeləri tərk edib, onu təqib edən ermənilərin hücumlarını dəf edərək, Kəlbəcər rayonuna geri çəkilirdi. Özləri ilə apara bilmədiyi döyüş sürsatları və texnika məhv edildi. Günün sonuna ermənilər Kəlbəcər rayon inzibati mərkəzi ətrafdakı hakim yüksəklikləri, Keçiliqaya — Comərd-Bağrlı-Qanlıgöl hüdudunu və Laçın-Kəlbəcər marşrutu üzərindəki tuneli ələ keçirdi. Artıq bu şəraitdə 701-ci briqada mühasirəni yararaq əlverişli vəziyyətdə olan hakim yüksəkliklərdə mövqelənmiş ermənilərlə, qeyri bərabər döyüşlər apararaq, döyüşün gedişini dəyişə bilməzdi.[3]

Melkonyanın irəliləyişi

[redaktə | mənbəni redaktə et]

1 aprel saat 10:00-da Dikyurd sərhəd zastavası ermənilərin tabora qədər qüvvəsi tərəfindən hücuma məruz qaldı. Zastavanın şəxsi heyəti rayon mərkəzinə geri çəkilərək mövqeləndilər. Saat 14:00 - Laçın rayonundan çıxmış 701-ci Briqadanın 4-cü Taboru tərkibində 100 nəfər əsgərlə mühasirəni döyüşlərlə daxildən yararaq, Kəlbəcər-Zod-Ağdərə yol bağlantısına çıxdı. Azərbaycan tərəfi Qamışlı körpüsünə aparan Kəlbəcər-Zod-Ömər-Ağdərə yol bağlantısı və yol sahəsi ələ saxlanmasını istəyirdi. Vacib yol bağlantısını müdafiə etmək üçün 701-ci briqadanın tərkibində zirehli qrupun 1 tank, 2 PDM, 15 nəfər əsgəri və 4-cü taborun 100 nəfərlik yüngül silahlarla silahlanmış şəxsi heyəti vardı. 4-cü tabor 75 əsgərlə Qamışlı körpüsü üzərindəki hakim Çiçəkli yüksəkliyində, 1 tank, 10 əsgər körpünün Zod-Qamışlı körpüsü istiqamətində, 2-PDM, 30 əsgər Kəlbəcər-Qamışlı körpüsü istiqamətində müdafiə mövqelərində mövqeləndi. Erməni dəstələri Tunel-Qamışlı, Zod-Qamışlı, Qılınclı-Qamışlı istiqamətlərində hücuma keçdi. Gün ərzində Çiçəkli yüksəkliyi 3 dəfə əldən ələ keçdi. Ermənilər 1 tank, 1 PDM və çoxsaylı itkilər verərək əldə etdiyi mövqelərdə dayandırıldı. 701-ci briqadanın bölmələri 7 şəhid 12 nəfər yaralı verdi.[3]

Murovdağ silsiləsi ilə Kəlbəcəri tərk edən azərbaycanlı qaçqınlar. 1993-cü il.

2 aprel saat 10:30-da Melkonyanın dəstələri səsucaldan və radio rabitəsi vasitəsilə saat 16:00-dək müqavimətə son qoymaq və təslim olmaq tələbinin səsləndirdi. Ermənilər təslim olanlara həyatını saxlamağa, müqavimət göstərənləri hamısını güllələməyə söz verirdilər. Saat 11:30-da Briqada komandiri son durumu 1-ci ordunun komandiri general N.Sadıqova məruzə edərək ultimatum barədə bildirir. N.Sadıqov panikaya düşməməyə göstəriş verdi. Saat 12:30-da ermənilərin kəşfiyyat-diversiya qrupu müdafiənin dərinliyində 1815 yüksəkliyinin şimal-qərb ətəklərində, Kəlbəcər-Qamışlı-Ağdərə yol bağlantısı və Qamışlı yaşayış məntəqələri arası yol üzərində əlverişli mövqelərdə pusqu quraraq yol ilə hərəkəti iflic etdi. Saat 16:00-da ermənilər 4-cü taborun bölmələrini darmadağın edib, yol üzərində hakim olan Çiçəkli yüksəkliyini ələ keçirdi və yola tərəf aşağı enərək, 701-ci briqadanın körpünü müdafiə edən 1 tank və 10 əsgərlik qüvvəsinə hücum etdi. Saat 18:00-da 701-ci briqada komandirinin sərəncamımda 14 nəfərdən ibarət şəxsi heyət qalmışdı və Qamışlı körpüsünü müdafiə etməyə çalışırdı. Azərbaycan-Ermənistan dövlət sərhədi boyu sərhədçi vəzifələrini yerinə yetirən və sərhədi müdafiə edən 3-cü taborun iki zastavası, ZəylikYellicə mühasirədə qalmışdı. Aprelin 2-də ermənilər 701-ci briqadanın Qamışlı körpüsünü müdafiə edən 14 nəfərlik dəstəni darmadağın edildi və briqadanın, düşmənin dərinliyində mühasirədə qalmış bölmələri nəzarətsiz ərazilərlə düşmən ərazisindən sızıb Murovdağ silsiləsini keçdi və Toğana yaşayış məntəqəsində yaradılmış qərargahda toplanmağa başladı.[3]

Melkonyanın fikrincə, Azərbaycan qüvvələrinin bir çoxu avadanlıqlarının çatışmazlığından hücuma hazır deyildi.[8] Melkonyan dəstəsinin altmış səkkiz nəfərə qədər azaldılmasına baxmayaraq, Kəlbəcərə irəli getmələrini əmr etdi.

Aprelin 3-də ermənilər Laçın rayonunun şimalını və Kəlbəcər rayonunu işğal etdi. Günün sonuna Qarabağdakı erməni birlikləri Azərbaycan ordusunun geri çəkilən bölmələrini təqib edərək Ömər aşırımına çıxdı və Kəlbəcəri Gəncə ilə birləşdirən yol ayrıcını ələ keçirdi. 4 aprel saat 03:00-da 701-ci briqadanın bölmələri hücuma keçərək 26 nəfər şəhid, 20 nəfər yaralananlar itki verməklə Ömər aşırımı ermənilərdən azad etdi. Saat 13:00-da Ömər aşırımının ətəyinə Müdafiə Nazirliyinin tərəfindən iki briqada gətirildi. 5 apreldə Kəlbəcər şəhəri müdafiəçilərinin şəhərinin mərkəzinə sıxılmış son atəş nöqtələri ermənilər tərəfindən susduruldu. 7 apreldə Zəylik və Yellicə zastavalarının şəxsi heyəti Ömər aşırımında mühasirəni daxildən döyüşlərlə yarmaqla, itkilər verərək mühasirədən çıxıb.[3]

Monte Melkonyanın böyük qardaşı Markar şəhər sakinlərini narahat edən müharibə yorğunluğunu izah edirdi:

" Bir əli bandajlı və yanmış ayağı olan bir düşmən əsgəri eşşəyə minərək təslim olur. Böyük Vətən Müharibəsi medalları ilə bəzədilmiş solğun gödəkçədə olan bir yaşlı insan evini əbədi tərk edərkən ağlayır. Qara yazmada olan bir yaşlı qadın, çubuqda cırılmış vərəqə qoyaraq Monte və Abo [onun radio operatoru] ilə Azərbaycan türkcəsində salamlaşır, sonra qəflətən Montenin ayaqlarını öpmək üçün yerə çökür. Təəccüblənən və yöndəmsiz olan Monte geri çəkilməyə çalışır. "Yox!" deyə o qışqırır. "Yox" o, refleksli olaraq əyilir və qadını qolundan tutur. "Nə edirsiniz?" Anadolu Türkcəsində "Heç vaxt belə etmə!" deyə soruşur...[Melkonyan] [paytaxtda] bir sıra səliqəli, lakin parlaq vitrinlər və bir neçə toyuq tapdı. Şəhər sakinləri...yolda qida üçün toyuqları aparmamışdı. Həyatın yeganə başqa əlaməti, şəhərin mərkəzindən keçən yolun boş ortasında bir BMP idi.[9] "
Xarici video
Əhalinin Kəlbəcərdən helikopterlə təxliyə olunması.

Döyüş üçün Melkonyanın kontingenti vaxtında çatmasa da, bölgənin paytaxtı işğal olunmuşdu. Bəzi təsərrüfat həyatından başqa, şəhər əsasən tərk edilmişdi. Ermənilər Qarabağdan Ermənistana qədər uzanan bir ərazini, ümumilikdə 3000 kvadrat kilometr ərazini ələ keçirmişdi.[10] Bir çox azərbaycanlı qaçqın Murovdağ silsiləsinin Ömər aşırımından keçərkən donaraq ölmüşdü. Son helikopterlər aprelin 1-də yola düşdükdən sonra onlar dondurucu temperaturda güclü qarlı yerlərdən keçməyə məcbur oldular. YevlaxDaşkəsəndə yerləşən düşərgələrdə 39 minə yaxın mülki şəxs var idi. Münaqişə zonasından qaçqınları və yaralıları gətirən dörd azərbaycanlı Mi-8 helikopteri qəzaya uğramışdı, helikopterlərdən sonuncusu isə erməni qüvvələri tərəfindən vurulmuşdu.[11] Human Rights Watch araşdırmalarında Kəlbəcər hücumu zamanı erməni qüvvələrinin çoxsaylı müharibə qaydalarını pozduğunu, mülki əhalinin zorla xaric edilməsini, cəzasız atəş və girov götürülməsini həyata keçirtdiyini qeyd edirdi.[5]

Beynəlxalq təşkilatlar Kəlbəcər döyüşünə görə Qarabağda və Ermənistanda olan erməniləri tənqid etdi. Azərbaycan prezidenti Əbülfəz Elçibəyin baş məsləhətçisi Vəfa Quluzadə iddia edirdi ki, Ermənistanda yerləşən Rusiyanın 128-ci alayından yardım gəldiyi üçün bölgə çox asanlıqla Ermənistan tərəfindən işğal olundu. Əməliyyatın komandiri Qurgen Dalibaltayan bunu təkzib edərək, qeyd etmişdi ki, "Moskva [yəni Rusiya hökuməti] Ermənistanın hərbi əməliyyatlara tam nəzarət etmirdi".[12] Ermənistanın qərb qonşusu olan Türkiyə sərhədlərindən gələn humanitar yardımı dayandırdı. ABŞ hücumu pisləyərək, Ermənistan hökumətinə "kəskin cavab" verib, müşayiət məktubu göndərdi.[10][13][14]

30 aprel 1993-cü ildə Türkiyə və Pakistan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının bölgədəki erməniləri Kəlbəcərdən və Azərbaycanın digər ərazilərindən dərhal çəkilməsini tələb edən 822 saylı qətnaməsinə dəstək verdi. Türkiyə Prezidenti Turqut Özal Azərbaycan tərəfini hərbi müdaxilə etməyə çağırdı və aprelin 14-də keçmiş Sovet respublikalarına qastrol səfərinə çıxdı.[15] İran da Azərbaycandakı çox sayda qaçqının öz sərhədlərinə doğru cənuba qaçdığı üçün hücumu pisləmişdi.[16] Düşmən hücumlarına son qoymaq üçün mayın 6-da ABŞ, Rusiya və Türkiyə Kəlbəcər bölgəsindən Ermənistan qoşunlarının çıxarılması çağırışını təkrarladı və hər iki tərəfi rəsmi sülh danışıqlarına çağırdı.[17]

  1. DeRouen, Karl R.; Heo, Uk. Civil Wars of the World: Major Conflicts Since World War II, Volume 2. Santa Barbara, CA: ABC-CLIO, Inc. 2007. səh. 151. ISBN 1-85109-919-0.
  2. DeRouen and Heo. Civil Wars of the World, p. 152.
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 "Kəlbəcər döyüşü - Araşıdrma". karabakhmedia.az. karabakhmedia.az. 2020-02-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-02-26.
  4. 1 2 3 "Kəlbəcərin ermənilər tərəfindən işğalından 26 il keçir". 1news.az. 1news.az. 2020-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 fevral 2020.
  5. 1 2 Azerbaijan: Seven years of conflict in Nagorno-Karabakh. New York: Human Right Watch. 1994. 35–54. ISBN 1-56432-142-8. 2021-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-26.
  6. Melkonian. My Brother's Road, 243–244.
  7. Melkonian. My Brother's Road, 244.
  8. Melkonian. My Brother's Road, 247. A videotape shot during the fighting showed an encounter where an Armenian BMP fired a shell at Azeri troops covering behind a gas tanker. The shell hit the tanker and engulfed several dozen fighters in flames. After the battle ended, the videotape showed the Ganja intersection strewn with dead bodies with Monte pointing down the road, remarking "The farther you go down this road, the more corpses you'll find."
  9. Melkonian. My Brother's Road, 248.
  10. 1 2 Melkonian. My Brother's Road, 249.
  11. "Attacks in Caucasus Bring New Tide of Refugees". The New York Times. Murov Pass, Kelbajar, Azerbaijan. 1993-04-07. 2014-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 19, 2006.
  12. Hunter. The Transcaucasus in Transition, 88
  13. "Stirring Bad Blood". Time. 1993-04-19. 2010-10-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-05-11.
  14. David Binder. "U.S. Rebukes Armenia on New Drive in Caucasus". The New York Times. 1993-04-07. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-11.
  15. "Turk Says Russia Is Tangled in Caucasus War". The New York Times. 1993-04-15. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-11.. Özal's reasoning was based on his belief that the Russians had too great a role in the conflict.
  16. "Iranians Deliver a Warning To Azerbaijan and Armenia". The New York Times. 1993-04-13. 2018-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-09-21.
  17. "Azerbaijan, Armenia take steps toward cease-fire in enclave". Chicago Tribune. 1993-05-07.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]