Zohreh Sefati

Xanım Zöhrənin şəkli
Zöhrə Səfati

Həyatı[redaktə | mənbəni redaktə et]

Xanım Zöhrə Səfati qadın-Müctəhid. O, İranın Abadan şəhərində anadan olub və bu gün ölkənin ən güclü şəxsiyyətlərindən biri hesab olunur. Səfati İctimai-Mədəni Şuranın üzvü və Yüksək Mədəni İnqilab Şurasının nümayəndəsidir. Madam Səfati İranın Abadan şəhərində anadan olub və dindar ailədə böyüyüb. O, təqvalı, mehriban bir kişinin qızı idi və anası nəcib şəxsiyyəti və bütün Quranı əzbər bilməsi ilə məşhur idi. 1966-cı ildə ilahiyyat məktəbinə getməzdən əvvəl orta məktəb dərslərini evdə hazırlaşmışdır. Səfati Abadanda Fiqh, Ədəbiyyat və İslam elmləri üzrə ilkin kurslar alıb. 1970-ci ildə təhsilini davam etdirmək üçün Qum İlahiyyat Məktəbinə getdi. O, Ayətullah Şahidi, Ayətullah Həqqi, Ayətullah Əli Meşkini və Ayətullah Məhəmməd Həsən Əhmədi-Fakih (həyat yoldaşı) kimi məşhur alimlərin tələbəsi olub. Xanım Səfati ictihadın ən yüksək dərəcəsinə çatdı ki, bu da yalnız az sayda qadının əldə etdiyi nailiyyətdir. İctihad dərəcəsinə çatması Ayətullah Əli Yari Qəravi-Təbrizi (Ayətullah Naeyninin tələbəsi), Safi Gülpayqani, Fazil Lənkərani və Məhəmməd Həsən Əhmədi-Fəqih də daxil olmaqla, bir neçə Mərcei Təqlidlər tərəfindən təsdiq edilmişdir.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Səfati xanım 1970-ci ildə Qumda Qadın İlahiyyat Məktəbini təsis edib, həmçinin qadın məktəbləri də təsis edmişdir. Bu, onun akademik və elmi karyerasındakı gözəl işlərdəndir. O, İran prezidenti Mahmud Əhmədinejad tərəfindən təriflənən 3000 nümunəvi qadından biri olub və 2006-cı ilin oktyabrında İcra başçısı tərəfindən fəxri lövhə alıb. Xanım Zöhrə Səfatinin həyatı, nailiyyətləri və mübarizələri bütün şiə alimi olmaq istəyənlər üçün,xüsusi ilə də xanımlar üçün ilham və məlumat mənbəyi olmuşdur.


[1] [2]

  1. "Arxivlənmiş surət". 2022-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-29.
  2. "Arxivlənmiş surət". 2022-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-01.