Zolaqlı meyvə güvəsi

Zolaqlı meyvə güvəsi (lat. Anarsia lineatella) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin çökəkqanadlılar fəsiləsinin meyvə güvəsi cinsinə aid heyvan növü.

Zolaqlı meyvə güvəsi
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
İnfrasinif:
Ranqsız:
Dəstəüstü:
Yarımdəstə:
İnfradəstə:
Fəsiləüstü:
Yarımfəsilə:
Növ:
Zolaqlı meyvə güvəsi
Beynəlxalq elmi adı

Xarici quruluşu[redaktə | mənbəni redaktə et]

Kəpənəyin qanadlarının açılmış halda ölçüsü 11–14 mm-dir. Ön qanadları açıq boz rəngdədir. Yumurtaları oval formada olub sarıdır. Yaşıl tırtılların uzunluğu 8–12 mm, oxlov formasında olub çəhrayı, pupun uzunluğu 6–7 mm olub, qəhvəyi-sarı rəngdədir.

Həyat tərzi[redaktə | mənbəni redaktə et]

Zolaqlı meyvə güvəsi ikinci yaş tırtıl mərhələsində cavan zoğların qabığı altında qışlayır. Yazda, aprel ayının ikinci yarısında zərərvericinin ikinci nəslinin tırtılları qışlama yerlərindən çıxaraq, tumurcuq, çiçək və təzəcə açılmış yarpaqlarla qidalanırlar. Tırtılların inkişafı may ayının 15-dək çəkir. Puplaşma yetişmiş meyvələrin içərisində gedir. Pup mərhələsi 6-8 gün çəkir. Birinci nəslin kəpənəklərinin uçuşu may ayının axırlarına iyun ayının əvvəllərinə təsadüf edir. Şəkildən göründüyü kimi, birinci nəslin kəpənəklərinin uçuşu Lənkəran, Lerik və Astara rayonlarında iyunun 5-dən başlayaraq 25-30 gün çəkir. Kütləvi uçuş isə iyunun 15-25-nə təsadüf edir. İkinci nəslin kəpənəklərinin uçuşu isə iyulun 5-10 arasında başlayıb avqustun 5-15-də başa çatır. Kütləvi uçuş dövrü iyulun 20-dən avqustun 10-adək davam etməklə 15-20 gün çəkir. Kəpənəklər uçuşdan 6-8 gün sonra yumurta qoymağa başlayırlar. Onlar yumurtalarını cavan zoğların tumurcuq və meyvənin saplaq hissəsinə qoyurlar. Yumurta mərhələsinin inkişafı 20-24 C temperaturda 5-6 gün çəkir. Yumurtadan çıxmış tırtılların inkişaf dövrü meyvənin içərisində keçməklə 45-50 gün davam edir. Bir ildə iki nəsil verir.

Yayılması[redaktə | mənbəni redaktə et]

Azərbaycanda Lənkəran, Lerik və Astara rayonlarında, Şəki-Zaqatala bölgələrində rast gəlinir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]