Zombi 2 (it. Zombi 2) — 1979-cu ildə Qorxu filmi janrında çəkilən İtalyan filmidir. Filmin bəstəkarlarından biri olan Corcio Kaskio filmin titrlərndə Corcio Tuççi kimi göstərilmişdir. Filmin büdcəsi təxminən 1 milyon ABŞ dollarına yaxındır. Filmin ilk adı "Zombi" olur. 1978-ci ildə ABŞ rejissoru Corc Romero tərəfindən[1] ABŞ və İtaliya studiyalarının ortaq çəkilişi sayəsində "Ölülərin sübhü" (ing. Dawn of the Dead)[2][3] filmi çəkilir. Bu filmin büdcəsinin yarısını ssenaristlərdən biri olan Dario Arcento qoymuşdur. Bu səbəbdən filmin birbaşa satışa çıxarılması nəzarətini öz üzərinə götürmüş və filmin müvəffəqiyyət əldə etməsi üçün "Zombi: Ölülərin sübhü" (ing. Zombie: Dawn of the Dead) adı altında satışa çıxarmışdır.[4] İtalyan rejissoru Lüçio Fulçi satışda həmin filmin çəkəcəyi filmlə qarışdırılmamasından ötrü filmə "Zombi 2" vermişdir.[5] Lakin bir müddət sonra bu film ABŞ-də "Zombi" adı altında satışa çıxarılmışdır.[6]
Zombi 2 | |
---|---|
it. Zombi 2 | |
| |
Janr | Qorxu filmi |
Rejissor | Lüçio Fulçi |
Prodüserlər |
Fabritsio De Ancelis Uqo Tuççi |
Ssenari müəllifləri |
Eliza Briqanti Dardano Sakketti |
Baş rollarda |
Tisa Ferrou Yen Makkallok Al Kliver Riçard Conson Olqa Karlatos |
Operator | Serco Salvati |
Bəstəkarlar |
Fabio Frizzi Corco Kaskio Adrianno Cordanella Maurizio Carini |
İstehsalçı | Variety Film Production |
İlk baxış tarixi | 25 avqust 1979 |
Müddət | 91 dəqiqə |
Büdcə | 410 milyon İtalyan lirası |
Gəlir | 614 milyon İtalyan lirası |
Ölkələr | İtaliya |
Dil | İngilis dili |
İl | 1979 |
Rəng | Rəngli |
Çəkiliş yeri | Nyu-York |
IMDb | ID0080057 |
Vikianbarda əlaqəli mediafayllar |
Nyu-York sahillərinə naməlum səbəbdən boş yaxta daxil olur. Patrullardan biri Harbor yaxtanı araşdırarkən gözlənilmədən polislərdən biri qəribə görkəmli olan kişi tərəfindən öldürürür. Bu zaman digər polislər ona atəş açır və kişi dənizə düşür. Patrullar ölmüş polisi qəbirdə basdırırlar. Bir müddətdən sonra aydın olur ki, bu yaxta həkim Boulza aiddir.
Anna Boulz (Tisa Ferrou) yaxtanın sahibi Boulzun qızı olduğu üçün şübhə altındadır. Anna bilir ki, onun atası tropik adalara araşdırma aparmaq üçün getmişdir. Jurnalist Piter Vest (Yen Makkallok) bu barədə xəbərlərdə məlumat verir. Anna və Piter yaxtada görüşürlər. Bu zaman onlar burada məktub tapırlar. Məktubda yazılır ki, Boulz Matul adasındadır (Sent-Tomas, ABŞ-nin Virciniya adaları) və qəribə xəstəlikdən əziyyət çəkir. Anna və Piter bu işi birlikdə araşdırmağa qərara gəlirlər. Bu məqsədlə onlar yaxta heyətinə Brayan Kurt (Al Kliver) və Syuzen Barret (Auretta Gey) cütlüyünə qoşulurlar ki, tropik adanı tapsınlar.
Matul adası ölülərin dirildiyi lənətlənmiş yerdir. Həkim Devid Menard (Riçard Conson) adada yaşayır və burada gizli aradırmalar aparır. Onun qəzəbli həyat yoldaşı Paola (Olqa Karlatos) onun üzərinə zombi hücum etdikdən sonra adanı tərk etmək istəyir, lakin Menard onu fikrindən daşındırmağa çalışır ki, araşdırmalarına davam etsin.
Anna, Piter, Brayan və Syuzen bura gələn zaman zombilərlə rastlaşırlar. Zombilər heyətlərin çoxunu, o cümlədən həkim Menardı öldürürlər. Bir müddətdən sonra Syuzen zombiyə dönür və virusu Brayana keçirir. Anna və Piter Brayanı sübut kimi götürərək yaxta ilə buranı tərk edirlər. Onlar okeana çatırlar, lakin radioda Nyu-Yorka zombi taun xəstəliyinin yayıldığı xəbərini eşidirlər. Bu zaman zombilərin Nyu-York körpüsündən necə axışdıqları göstərilir.