Zombie Frontier (ing. Zombie Frontier, azərb. Zombi Sərhəddi) — FT Games tərəfindən yaradılmış, Android əməliyyat sistemli mobil telefon və planşet kompyuterlər üçün nəzərdə tutulmuş, hərbi-fantastik janrda olan oyun. Zombie Frontier oyunlar seriasının birincisi, ilkidir. 8 iyun 2013-cü ildə oyunun davamı - Zombie Frontier 2:Survive buraxılmışdır.
Zombie Frontier | |
---|---|
| |
Hazırlayan | FT Games |
Yayımlayan | FT Games |
Distribüterlər | FT Games |
Seriya | Zombie Frontier |
Buraxılış tarixi | 17 sentyabr 2012 |
Sonuncu versiya | 1.24/ 5 iyul, 2015 |
Janrlar | Birinci şəxs atıcı |
Texniki məlumat | |
Platformalar | Android |
Oyun rejimləri | Birnəfərli oyun |
Daşıyıcılar | SD Kart |
İdarəetmə | Sensor |
Prosessor | Android 2.3 və + |
Oyun Zombie Frontier oyunlar seriasının ilk oyunudur. 21 yanvar 2014-cü ildə 1.20 versiyası çıxmışdır. Oyunun tutumu 20 mb-dır.
Oyunda hadisələr 2020-ci ildə naməlum bir ölkədə müxtəlif şəhərlərin quduzlaşmış insanlar-zombilər tərəfindən basılmasından bəhs edir. Oyunu oynayan oyunçu bu şəhərləri keçərkən ya verilmiş vaxt ərzində ölməməli ya da tapşırıqda verilən miqdara uyğun zombi öldürməlidir.
Birinci-şəxs atıcı olaraq oyun dünyasına baş qəhrəmanın gözləri ilə baxılır. Oyun müxtəlif mərhələlərə bölünüb. Müxtəlif şəhərlər zombilərdən təmizləndikcə xallar yığılır. Xallar nəticəsində mərhələlər (ing. level) keçilir. Mərhələlər keçildikcə "Z" adı verilən pul və "G" adı verilən qızıllar (ing. gold) qazanılır.
Oyunda yeganə düşmən, məhv edilməli olan rəqib zombilərdir. Baş qəhrəmanın isə heç bir müttəfiqi yoxdur.
Oyunda qumbara, avtomat, bronjilet və ilk yardım çantası mövcuddur. Oyuna başlarkən 3 qumbara və 3 ilk yardım çantası hədiyyə verilir. Sonradan qumbara və ilk yardım çantalarını "G"-lər hesabına mağazadan (ing. shop) alıb-artırmaq mümkündür.
Oyuna başlarkən 1 silah açıq olur. Mərhələlər keçdikcə müxtəlif silahlar açılır. Silahları hələ açılmamış "G"-lərlə də almaq mümkündür. Silahlar açıldıqdan sonra isə onları "Z"-lərlə almaq mümkündür. Hər bir silahın maksimum güllə tutumu 999-dur. Silahları "Z"-lər hesabına bir və ya iki dəfə təkmilləşdirmək və həmçinin darağtutumu qədər darağını doldurmaq mümkündür. Təkmilləşmə zamanı silahın göstəriciəri müəyyən qədər artır. Silahların siyahısı:
Adı | "G" ilə qiyməti | "Z" ilə qiyməti | Darağının güllə tutumu |
---|---|---|---|
M92F | - | - | 20;22 |
MP5 | - | 5000 | ;38 |
DE | 25 | ||
UMP | 50 | ||
M4 | 80 | ||
M16 | 150 | ||
Rifle | 350 | ||
M249 | 200 | ||
AK47 | 225 | ||
AUG | 300 | ||
KAM40 | 700 | ||
M32 | 1800 |
Oyunun online növünun olmaması səbəbindən şəbəkə oyun stili mövcud deyil. Oyun yalnız offline rejimində və biroyunçulu oynanılır.
Orijinal Zombie Frontier üçün FT Games tərəfindən 1 əlavə buraxılıb: Zombie Frontier 2:Survive (8 iyun 2013).
Survive - Oyunun bu seriyasında silahların, rəqib zombilərin və xəritənin yeniləndiyinin şahidi oluruq.
Zombie Frontier oyununun afişası
Zombie Frontier oyununun afişası