Zond (Sunda) boğazı

Zond boğazı (ind. Selat Sunda) — Yava adasını Sumatra adasından ayırır. Sakit okeanına daxil olan Yava dənizini Hind okeanı ilə birləşdirir. Boğazda çoxlu sayda vulkan məşəli adalar vardır. Krakatau vulkanında 1883-cü ildə dünya tarixində ən güclü partlayış və püskürmə baş vermişdir. Zond boğazının şimal-qərbdə eni 24 km təşkil edir. Dərinliyi 20 m-dir. Bu da boğazdan böyük tonnajlı gəmilərin üzməsini mümkünsüz edir. Uzunluğu 130 km təşkil edir. 1960-cı illərdən Yava və Sumatra adalarını birləşdirmək üçün körpü tikilməsi planlaşdırılır.

Zond boğazı
ind. Selat Sunda, sundan Selat Sunda
Ümumi məlumatlar
Eni minimum 24 km
Uzunluğu 130 km
Ən böyük dərinliyi 20 m
Yerləşməsi
5°55′ c. e. 105°53′ ş. u.HGYO
Ölkə  İndoneziya
Akvatoriyası
Ayırır Yava adasını Sumatra adasından
Zond boğazı xəritədə
Zond boğazı
Zond boğazı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar